Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-5502/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində etibarnamə ilə idarə etdiyi “Toyota prius (hibrid)” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, C.Hacıbəyli küçəsi ilə hərəkətdə olarkən özünü təqdim etməməsi səbəbindən müəyyənləşdirə bilmədiyi X7 əməkdaşı tərəfindən saxlanılmış, o, saxlanma səbəbini C.Hacıbəyli küçəsində hərəkətdə olarkən və dönmə əməliyyatını yerinə yetirərkən yolayırıcına işıqforun qadağanedici işarəsi zamanı hərəkətini davam etdirilməsi ilə əsaslandırmağa çalışmışdır. X9 əməkdaşı törətdiyi güman olunan inzibati xəta hadisəsi ilə bağlı bilavasitə vəzifə borcu olsa belə, konkretliyi ilə ona sübut edə bilməyincə barəsində inzibati xəta haqqında protokol tərtib etdi. O, isə öz növbəsində həmin protokola etirazını bildirərək zəruri yazılı qeydlərini etdi və inzibati işə baxılması üçün müvafiq idarəyə dəvət olunacağını güman edərək bir müddət gözləməyə başlamışdır. Etirazının isə əsas səbəbi yolayırıcını işıqforunun qırmızı işığında deyil, yolayırıcını artıq keçməkdə olarkən yalnız sarı işığının yanmağa başlaması, bu məqamda isə kifayət qədər intensiv olan hərəkət zamanı qəfil tormozlama ilə arxadan gələn nəqliyyat vasitələri üçün real təhlükə yaradılmaması, eyni zamanda yol polisi əməkdaşının da israr etdiyi guya qırmızı işıqda yolayırıcıya daxil olmağının sübuta yetirilməsi üçün foto-video görüntülərin əldə edilməsi olmuşdur. Bir müddət gözlədikdən sonra müvafiq idarəyə dəvət olunmayınca xx.xx.2023cü il tarixində bu dəfə elektron qaydada şikayət etmək məcburiyyətində qalmışdır. Çox təəcüblüdür ki, məhz həmin, yəni xx.xx.2023-cü il tarixinə, saat 13:00-a Bakı şəhər X7 idarəsinə dəvət olunmağı ilə bağlı xx.xx.2023-cü ildə poçt vasitəsi ilə göndərilən rəsmi bildirişi xx.xx.2023-cü il tarixində almışdır. Həmin müvafiq ştrix kodla olan zərfin surətini şikayətinə əlavə etmişdir. Absurd hesab olunacaq bu vəziyyəti araşdırmaq üçün rəsmi bildirişi aldığı günün ertəsi günü çağırıldığı ünvana gedərək müvafiq sənədləri təqdim edərək ilk öncə bu məsələnin araşdırılmasını xahiş etmişdir. Artıq inzibati tənbeh tətbiq etmə haqqında qərarın qüvvəyə mindiyini deyən və çaşqınlıq içində olan əməkdaşdan baxdıqdan sonra nədənsə geri qaytarmaq istəmədiyi həmin zərfi geri alaraq, məsələyə yalnız məhkəmədə obyektiv baxılaraq hüquqi qiymət verilməsinin mümkünlüyünü nəzərə alaraq bu şikayəti yazmaq qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, EQ 17906916 saylı qərarın əsassız və qanunsuz olduğuna görə həmin qərarın ləğv edilməsini tələb etmişdir. Verilmiş şikayət əsassızdır və özünümüdafiə xarakteri daşıyır. Buna görə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-4562/2023 nömrəli qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul eidlmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin quruma göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-4562/2023 nömrəli qərarı əsasında ləğv edilmiş və iş yenidən baxılması üçün həmin orqana göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə X2 şikayətinə mahiyyəti üzrə artıq baxılaraq hüquqi qiymət verilmişdir. Həmin iş üzrə məhkəmənin ləğv edilməmiş qərarı mövcuddur ki, bu isə öz növbəsində şikayətin dəlillərini araşdırmaq zərurətini aradan qaldırır. Həmçinin işə yenidən baxılmasının nəticəsi barədə məhkəməyə hər hansı qərar təqdim edilməmişdir. Buna görə də şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5502/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-5502/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver