Məhkəmə qərarları › İş №3(006)-5527/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5527/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5527/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 15.50 radələrində Bakı şəhəri, Hüseyn Seyidzadə 132b ünvanlı ərazidə istifadəsində olan «Hyundai Sonata» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidmətinin əməkdaşı tərəfindən durdurulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın, sevotoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkət davam etdirilməsinin törədilməsi əsası ilə barəsində xx.xx.2023-cü il tarixli İXP5734767 nömrəli protokol tərtib edilmişdir. Tərəfindən sözügedən protokolla bağlı inzibati qaydada elektron şikayət verilmiş və şikayətinin nəticəsinə dair ona Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2023-cü il tarixli Ə- 134935 nömrəli cavab məktubu ünvanlanmışdır. Həmin cavab məktubunda törətdiyi ehtimal edilən inzibati xətanın yol patrul xidməti inspektoru tərəfindən aşkarlandığı, sözügedən inzibati xətanın rəsmiləşdirilməsi ilə bağlı aparılan sənədləşdirmədə hər hansısa bir qanun pozuntusu olmadığı qeyd edilmişdir. Daha sonra tərəfindən aidiyyəti quruma müraciət edilmiş və inzibati xəta haqqında tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP6044099 nömrəli qərar xx.xx.2023-cü il tarixində ona təqdim edilmişdir. Nə yuxarıda istinad edilən protokol, nə də daha sonra həmin protokol əsasında qəbul edilən inzibati xəta haqqında tənbeh vermə qərarı ilə razılaşmır. Sözügedən qərar əsassız olduğu üçün ləğv edilməlidir. Bunu aşağıdakılarla əsaslandırır: Aidiyyəti dövlət qurumunun istinad etdiyi inzibati xəta tərəfindən törədilməmişdir. Qərara əsasən törədildiyi ehtimal edilən müvafiq inzibati xətanın törədilməsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi yox, məhz yol patrul xidməti inspektoru tərəfindən aşkarlanmışdır. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təasirsizlivini sübut etməyə borclu deyildir. Müvafiq hüquq norması onu deməyə əsas verir ki. şəxsi inzibati məsuliyyətə cəlb edən səlahiyyətli orqan (şəxs) şəxsin təqsirini sübuta yetirmək öhdəliyi daşıyır. Hazırkı iş üzrə müvafiq orqan tərəfindən bu istiqamətdə hər hansısa birfəaliyyət icra edilməmiş, protokolla bağlı şikayətim formal olaraq ümumi ifadələr istifadə edilməklə cavablandırılmış, istinad edilən inzibati xətanı törətdiyi ilə bağlı konkret hüquqi və faktiki əsaslar qeyd edilməmişdir. Yuxarı səlahiyyətli şəxs tərəfindən İXM-in 124.3 və 124.4-cü maddələrinə əsasən araşdırma aparılan zaman aidvvəti guruma dəvət edilməmiş və məsələ ilə badlı mövqeyim araşdırılmamışdır. Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2023-cü il tarixli Ə-134935 nömrəli cavab məktubunda hansı dəlillərin araşdırıldığı qevd edilməmiş, məsələ ilə baqlı ümumi ifadələr şəklində mövqe bildirilmişdir. Müvafiq şikayətin araşdırılması zamanı isin hallarının düzgün arasdırılmaması və vekundaaidivvəti vəzifəli şəxs tərəfindən İXM-in 53-cü maddəsinin tələbləri çərçivəsində icraat xitam verilməsi barədə qərarın qəbul edilməlməməsi ilə nəticələnmişdir. Yuxarıda qeyd edilənlərə və İXM-in 53-cü, 134.1.3-cü, 135.1.3-cü maddələrinin tələblərinə əsasən Bakı şəhər BPİ DYPİ tərəfindən barəsində tərtib edilən inzibati xəta haqqında tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP6044099 nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı qərarın əsassız və qanunsuz olduğuna görə həmin qərarın ləğv edilməsini tələb etmişdir. Verilmiş şikayət əsassızdır. Barəsində qərar qəbul edilmiş şəxs tərəfindən qeyd edilən tarixdə və vaxtda svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkət davam etdirilmişdir. Bu fakt onlarda olan videogörüntü ilə öz təsdiqini tapır. İnzibati xətanın törədilməsi ilə bağlı videogörüntüləri əks etdirən 01 ədəd diski təqdim edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXMin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 01 ədəd diskə baxış keçirilən zaman X2 xx.xx.2023-cü il tarixdə saat 15:50-də “Hyundai Sonata” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi müşahidə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsi tərəfindən Kamil Əsgərova ünvanlanmış xx.xx.2023-cü il tarixli, Ə-134935 nömrəli məktubdan görünür ki, araşdırma zamanı törədilmiş inzibati xətanın aşkar olunması və sənədləşməsi zamanı qanunazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Məhkəmə, şikayət verən şəxs X4 oğluna istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar