Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5531/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, C.Zeynalov küçəsi, ev 13, mənzil 44; VÖEN:**********) barəsində Azərbaycan Respublikası X2 Bakı regional bölməsi tərəfindən Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC istehlakçıların hüquqlarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən Azərbaycan Respublikası X2 Bakı regional bölməsinin vəzifəli şəxsinin qanuni yazılı tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun və barəsində icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Azərbaycan Respublikası X2 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “Qida təhlükəsizliyi sertifikatının ləğv olunması və malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri çağırılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə” qəbul edilmiş edilmiş xx.xx.2023-cü il tarixli, 130 nömrəli qərara əsasən multimonitorinq planı çərçivəsində Şirvan- Salyan regional bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanda fəaliyyət göstərən “Vasif” marketdən 1 kq çəkidə “Aprikot Garden” əmtəə nişanlı, istehsal tarixi xx.xx.2022-ci il, son istifadə tarixi xx.xx.2024-cü il göstərilən ərik qurusu məhsulundan nümunə təmin edilərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun Milli Referens Laboratoriyasına təqdim edilmişdir. Laboratoriyanın həmin məhsul barədə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, **********/LAB01-23001-T-001 nömrəli sınaq protokoluna əsasən ərik qurusu məhsulunda kükürd dioksidin miqdarı normadan yüksək olmuşdur. Bununla da həmin məhsullar üzrə nəzarət tədbirinin həyata keçirilməsi zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, bu məhsul partiyası Şəxs MMC tərəfindən İD********** nömrəli müraciət əsasında idxal olunmuş və sertifikatlaşdırılmışdır. Bu səbəbdən də həmin məhsul partiyasına verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilmiş və məhsulların dövriyyəsi dayandırılmışdır. Şəxs MMC tərəfindən İD********** nömrəli müraciət əsasında idxal olunmuş ərik qurusu məhsulları 20 gün müddətinə istehlakçılardan, bazarlardan və digər satış obyektlərindən geri çağırılması və göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə X2 Bakı regional bölməsinə məlumatın verilməsi qərara alınmışdır; • “Azerexpresspost” poçt xidməti tərəfindən təqdim edilmiş qəbzə əsasən bu qərar X2 Bakı regional bölməsinin xx.xx.2023-cü il tarixli, 3-441/2-1-10609/23 saylı məktubu ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Zeynalov küçəsi, ev 13, mənzil 44, Şəxs MMC-yə təqdim edilmişdir; • Azərbaycan Respublikası X2 Bakı regional bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-44-1/2-1-11380/23 saylı və xx.xx.2023-cü il tarixli, 3-44-1/2-1-11755/23 saylı bildirişlərdə xx.xx.2023-cü il tarixli, 130 nömrəli qərarın son icra müddətinin xx.xx.2023-cü il olduğu qeyd olunaraq onun icrası barədə məlumatın verilməməsi göstərilmişdir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: • Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət nəzarəti tədbirləri çərçivəsində qəbul etdiyi qərar və ya qida subyektlərinin öz təşəbbüsü əsasında həmin subyektlər tərəfindən istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmalı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu haqda dərhal məlumatlandırılmalıdır (30.1-ci maddə); • Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qəbul etdiyi qərar əsasında geri çağırılması nəzərdə tutulduqda və bu qərar qida subyektləri tərəfindən verilmiş müddətdə icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin məhsulların istehlakçılardan, bazardan və digər satış obyektlərindən yığışdırılması ilə bağlı qərar qəbul edir və həyata keçirir. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan qida və yem məhsullarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tələbi əsasında geri çağırılmasına və ya yığışdırılmasına yalnız həmin məhsulların təhlükə riski sübut olunduqda yol verilir (30.2-ci maddə); • Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyat və sağlamlıq üçün təhlükəli hesab edilən qida və yem məhsulları bu Qanunun 30.9-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada utilizasiya və ya məhv edilməlidir (30.5-ci maddə). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-5531/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5531/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver