Məhkəmə qərarları › İş №3(006)-554/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-554/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-554/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protoklu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi, ev 245, mənzil 29; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* (00700-00274/23/1) saylı və 499.1.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* (00700-00273/23/1) saylı inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 02 sentyabr 2022-ci il tarixdə **********3030 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Altlıqlar və mal daşınması üçün analoji platformalar” yükünü Türkiyə Respublikasında qeydiyyatda olan “Yoglass Cam.San ve Tic.A.Ş” şirkətindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilərək Sumqayıt Gömrük İdarəsində rəsmiləşdirildiyi, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların bir qismini təkrar ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş, qalan hissəsi 02 sentyabr 2023-cü il tarixdə öhdəlik müddətinin bitməsinə baxmayaraq həmin mallar bugünədək qeri qaytarılmadığı və yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilmədiyi qeyd edilmişdir. Bundan əlavə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 mart 2022-ci il tarixdə **********1868 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Altlıqlar və mal daşınması üçün analoji platformalar” yükünü Gürcüstan Respublikasında qeydiyyatda olan “LGG” şirkətindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilərək Sumqayıt Gömrük İdarəsində rəsmiləşdirildiyi, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların bir qismini təkrar ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş, qalan hissəsi 30 mart 2023-cü il tarixdə öhdəlik müddətinin bitməsinə baxmayaraq həmin mallar bugünədək qeri qaytarılmadığı və yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilmədiyi qeyd edilmişdir. **********1868 sorğu nömrəli gömrük bəyannaməsinin 12-ci qrafasına əsasən “Altlıqlar və mal daşınması üçün analoji platformalar” yükünün dəyəri 1088 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müəssisənin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 izahatında bildirdi ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 02 sentyabr 2022-ci il tarixdə **********3030 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Altlıqlar və mal daşınması üçün analoji platformalar” yükünü Türkiyə Respublikasında qeydiyyatda olan “Yoglass Cam.San ve Tic.A.Ş” şirkətindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilərək Sumqayıt Gömrük İdarəsində rəsmiləşdirildiyi, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların bir qismini təkrar ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş, qalan hissəsi 02 sentyabr 2023-cü il tarixdə öhdəlik müddətinin bitməsinə baxmayaraq həmin mallar bugünədək qeri qaytarılmadığı və yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilmədiyi qeyd edilmişdir. Bundan əlavə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 mart 2022-ci il tarixdə **********1868 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Altlıqlar və mal daşınması üçün analoji platformalar” yükünü Gürcüstan Respublikasında qeydiyyatda olan “LGG” şirkətindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilərək Sumqayıt Gömrük İdarəsində rəsmiləşdirildiyi, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların bir qismini təkrar ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş, qalan hissəsi 30 mart 2023-cü il tarixdə öhdəlik müddətinin bitməsinə baxmayaraq həmin mallar bugünədək qeri qaytarılmadığı və yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilmədiyi qeyd edilmişdir. Aşkar olunmuş faktların araşdırılması üçün raportla müraciətlər edilmiş və müvafiq araşdırmalardan sonra inzibati xəta tərkibi müəyyən edildiyindən inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3 və 499.1.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi Azərbaycan Respublikası Sumqayıt Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00700-00273/23/1 saylı və xx.xx.2024-cü il tarixli, 00700-00274/23/1 saylı inzibati xəta haqqında protokollarla, gömrük bəyannaməsi və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********3030 saylı gömrük bəyənnaməsindən görünür ki, «X6. ve Tic.A.Ş.» şirkəti tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinə 2022-ci ilin sentyabr ayında müvafiq mallar idxal edilmişdir və həmin bəyannamədə 02 sentyabr 2023-cü il tarixədək həmin malların bir qisminin qayıtmasına zəmanət verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********1868 saylı gömrük bəyənnaməsindən görünür ki, «LGG» şirkəti tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinə 2022-ci ilin mart ayında müvafiq mallar idxal edilmişdir və həmin bəyannamədə 30 mart 2023-cü il tarixədək həmin malların bir qisminin qayıtmasına zəmanət verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.2-ci maddəsinin tələbinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinin tələbinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3 və 499.1.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 49-51, 114-115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ixrac gömrük prosedura altında yerləşdirilmiş malların ümumi dəyəri 1088 manat pul vəsaitinin 20 (iyirmi) faizi həcmində, yəni 217 (iki yüz on yeddi) manat 60 (altmış) qəpik məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar