Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-5562/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş 15 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Yasamal rayon məhkəməsinin 06 fevral 2019--cu il tarixli, 2(004)-301/2019 saylı icra sənədi üzrsüz səbəbdən icra edilmir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Yasamal rayon məhkəməsinin 06 fevral 2019cu il tarixli, 2(004)-301/2019 saylı icra sənədindən onun xəbəri olmuş və aliment üzrə ödənişlər tərəfindən əvvəllər edilmişdir. Lakin sonradan icra sənədində qeyd edilmiş uşaqların onun qeyri-rəsmi olaraq himayəsində qalması səbəbindən aliment üzrə ödənişlərin edilməsi zərurəti aradan qalxmışdır. Belə ki, hal-hazırda Nəsimi rayon məhkəməsində onun iddiaçı olduğu “alimentin silinməsi” iddiası ilə əlaqədar mülki işə baxılır. Qeyd olunan iş üzrə yekun məhkəmə aktı çıxarılmasa da, ekspertiza təyin edilmişdir. Bununla yanaşı uşaqların qeyri rəsmi olaraq onun himayəsində olması nəzərə alınmalıdır. Göründüyü kimi, o, icra məmurunun qanuni tələbini yerinə yetirməkdən imtina etməmişdir. Göstərilənləri nəzərə alaraq, onun barəsində tərtib edilmiş, protokol və ona əlavə edilmiş sənədlərin Nəsimi rayon İcra Şöbəsinə qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X7 bildirmişdir ki, Yasamal rayon məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(004)-301/2019 saylı icra sənədi üzrə Şəxs aliment üzrə ödənişləri əvvəllər etmidir. Lakin sonradan icra sənədində qeyd edilmiş uşaqlar Şəxs qeyri-rəsmi olaraq himayəsində qaldığından alimentin ödənilməsindən imtina etmişdir. Belə ki, hal-hazırda Nəsimi rayon məhkəməsində alimentin silinməsi ilə əlaqədar mülki işə baxılır. Qeyd olunan iş üzrə yekun məhkəmə aktı çıxarılmasa da, ekspertiza təyin edilmişdir. Həmin ekspertiza qərarına uyğun olaraq uşaqların atanın və ya ananın yanında qalması ilə bağlı məqamlar aydınlaşdırılmalı, həmçinin yekun məhkəmə aktı qəbul edilərkən alimentin silinməsi ilə əlaqədar məsələ öz həllini tapmalıdır. Ümumiyyətlə, Şəxs tərəfindən qeyri-rəsmi olaraq aliment üzrə müxtəlif ödənişlər edilmişdir. Göründüyü kimi, Şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməkdən imtina etməmiş, yalnız Nəsimi rayon məhkəməsinin icraatında olan “alimentin silinməsi” iddiasının yekun qərarını gözləməkdədir. Həmçinin qeyd olunmalıdır ki, Şəxs uşaqları da ananın deyil, məhz atanın yanında qalmalarını istəyirlər. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində tərtib edilmiş və protokol və ona əlavə edilmiş sənədlərin Nəsimi rayon İcra Şöbəsinə qaytarılmasını xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X8 bildirdi ki, Yasamal Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(004)-301/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 24 aprel 2006-cı il təvəllüdlü X6, 21 noyabr 2009-cu il təvəllüdlü X1, 10 yanvar 2014-cü il təvəllüdlü X4 və 15 iyun 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 27 avqust 2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək hər ya hər uşağa görə 154 manat, ümumilikdə 616 manat, 01 yanvar 2019-cu il tarixdən etibarən hər ay hər uşağa görə 160 manat, ümumilikdə 640 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədləri üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Şəxs icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra üzrə ödənişləri tam olaraq yerinə yetirməkdən yayınmışdır. Hal-hazırda tələbkarlar məhkəmə qərarının icra edilməsini tələb edir. Borclu tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Nəsimi rayon məhkəməsinin qərarından görünür ki, Şəxs cavabdeh X2rşı “aliment borcunun silinməsi, uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə ekspertiza təyin edilmiş, həmin qərarda ekspert qarşısında “xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X9 valideynlərindən Şəxs, yaxud X5 ən çox psixoloji-emosional bağlılığı və valideynlərindən kimin yanında saxlanılmasının uşaqların psixoloji durumuna əsasən məqsədəmüvafiq olması müəyyən edilməsi və xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X13 valideynlərindən hansının yanında qalmaq istədiklərini seçərkən sərbəstdirlərmi və bu seçim onların iradəsinə uyğundurmu? Onlar seçim edərkən valideynləri və ya digər şəxslər tərəfindən psixi təsirə məruz qalmışlarmı?” sualları qoyulmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi icra şöbəsinin icraatına daxil olduqdan sonra icra tədbirləri görülsə də, Şəxs aliment üzrə ödənişləri etməməsinin səbəbləri araşdırılmamış, Polina Demidovaya qarşı Nəsimi rayon məhkəməsində “aliment borcunun silinməsi, uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsinin olması və həmin iddia üzrə yekun məhkəmə qərarının qəbul edilməməsi müəyyən edilmədən və bu istiqamətdə araşdırmalar aparmadan icra məmuru protokol tərtib etmişdir. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış Nəsimi Rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Nəsimi Rayon İcra Şöbəsinə qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-5562/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-5562/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver