Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-5581/2023 22.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədlər tərəfimdən nəzərdən keçirilərkən müəyyən olnur ki, mübahisələndirilən qərardan şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra verildiyindən və şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası xahiş olunmadığından, bu şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 3(006)-5452/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. Lakin məhkəmənin həmin qərardadında göstərilənlərə əməl olunmadan X1 yenidən şikayətlə məhkəməyə müraciət etmişdir. Məsələ ilə bağlı qeyd olunmalıdır ki, şikayətə əlavə edilmiş sənədlərə əsasən X1 hazırki mübahisələndirdiyi qərarın ləğv olunması ilə bağlı hələ 25 oktyabr 2023-cü il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etmişdir. Bu da onu göstərir ki, şikayətçi bu qərardan ən azından artıq oktyabr ayında məlumatlı idi və həmin vaxtdan da qərardan məhkəməyə şikayət vermək üçün qanunla müəyyən edilmiş müddət keçmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə edə bilər. Bir sözlə, inzibati tənbeh vermə haqqında qərardan şikayətlə yuxarı orqana müraciət etməsi ondan vaxtında məhkəməyə şikayət etməsinə maneə yaratmır. Göstərilənlərlə əlaqədar hesab edirəm ki, şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət olmadığından, mübahisələndirilən qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-5581/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-5581/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver