Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5589/2023 28.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 Qərarı qəbul etmiş qurum: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 Şikayət vermiş şəxsin vəkili: “YASA” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X13 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, “X22” X23 direktoru vəzifəsində işləyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhəri idarəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmiş və buna səbəb kimi işçi X10 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verildiyi halda son haqq-hesabın xx.xx.2023-cü il tarixdə ödənildiyi göstərilmişdir. X16 xx.xx.2023-cü il tarixdə aptek bölməsində “provizor” vəzifəsində işləmiş və öz xahişi ilə xx.xx.2023-cü ıl tarixdə işdən azad olunmuşdur. Həmin tarixdə də onun son haqqhesabı ödənilmişdir. Sonradan riyazi hesablamalarda son haqq-hesabın ödənilməsində texniki yanlışlıq olduğu müəyyən edilmiş və qalan vəsait də xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Göründüyü kimi, işçiyə son haqq-hesabın ödənilməsindən boyun qaçırılamış, sadəcə olaraq riyazi hesablamada olmuş səhv aradan qaldırılmışdır. Belə olan halda inzibati tənbehin tətbiq olunması düzgün olmamışdır. Göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxsin vəkili Vəkil şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 izahatında bildirdi ki, “X22'” X23 işçisi olmuş X10 əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 83cü maddəsinin 2-ci hissəsinin tələbinə riayət olunmamış, işçi ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq, ona son haqq-hesab xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. X5 haqq-hesabının ödənilməməsində qanun pozuntusuna yol verildiyindən “X22'” X23 direktoru X2 Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunaraq 700 manat məbləğində cərimə edilmişdir. Şikayətin rədd olunmasını xahiş edir. İş materiallarında olan: • X16 “X22'” X23 direktoru X9 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədə onu xx.xx.2023-cü il tarixdən işdən azad edilməsini xahiş edir; • “X22'” X24 üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 18-1-2/3-1-2026/2023 saylı əmrə görə Sığortanın təşkili və innovasiya şöbəsinin Aptek bölməsində “provizor” vəzifəsində işləyən X16 ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir; • “X22” X23 İnsan Resursları şöbəsinin möhürü əks olunmuş çıxarışa əsasən X14 məxsus ******************** saylı hesaba xx.xx.2023-cü il tarixdə 725,79 manat və 190,13 manat, xx.xx.2023-cü il tarixdə isə 80,97 manat pul mədaxil olunmuşdur; • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən “X22” X23 direktoru X13 tərəfindən X10 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilsə də, son haqq-hesab xx.xx.2023-cü il tarixdə ödənildiyi üçün o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir; • “X22'” X24 üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 18-1-2/3-1-2152/2023 saylı əmrlə Maliyyə şöbəsi Mühasibatlıq bölməsinin mühasibi X1 haqq-hesab hesablamasında yol verdiyi riyazi səhvə, əmək funksiyalarını - vəzifə öhdəliklərini tam yerinə yetirmədiyinə görə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq elan edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin 68-cu maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Bu Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd olunan Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə müəyyən edilir ki, işçi X4 Tibbi Mərkəz” X23 direktoru X9 xx.xx.2023-cü il tarixdə ərizə ünvanlayaraq onu həmin tarixdən işdən azad olunmasını xahiş etmiş, bununla əlaqədar qurum üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 18-1-2/3-1-2026/2023 əmrlə onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən həmin tarixdən xitam verilmiş, eyni zamanda ona son haqq-hesab kimi 725,79 manat və 190,13 manat pul da bu tarixdə ödənilmişdir. Daha sonra son haqq-hesabın ödənilməsində riyazi səhvə yol verildiyi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə X10 hesabına əlavə olaraq 80,97 manat pul mədaxil olunmuş, eyni zamanda bu pozuntuya yol vermiş işçiyə də müvafiq əmrlə yazılı xəbərdarlıq edilmişdir. Göründüyü kimi, “X22” X23 direktoru X13 tərəfindən qanun pozuntusuna yol verilməmiş, işçiyə son haqq-hesabın ödənilməsi üçün vaxtında tədbirlər həyata keçirilmiş, həmçinin bu ödənişin hesablanmasında riyazi hesablamalar nəticəsində yol verilən nöqsan da aradan qaldırılmışdır. Bu hal da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə nəzərdə tutulmuş xətanın törədilməsini, ümumiyyətlə hadisənin mövcudluğunu istisna edir. Çünki, həmin maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-5589/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5589/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver