Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-559/2023 25.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(005)-146/2023 saylı qərardadı ilə (Hakim: H.E.Kamranov) şikayətçi V.O.Vəliyevin Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində, onun idarə etdiyi **-JU-*** “BMC” Markalı avtobusun və **-UO-*** dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin işitirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə ilə bağlı “102” zəng mərkəzi ilə əlaqə saxlayıb hadisə ilə bağlı məlumat vermiş və DYP-nin gəlməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə Bakı şəhəri DYPİ YPX baş inspektor polis baş leytenantı X2 gəlmiş, sonuncu hadisə yerini təhqiq etmədən, əraziyə baxış keçirmədən, avtomobillərin şəklini çəkmədən, onun sənədlərini alaraq Bakı şəhərə DYP-nin inzibati binasına gəlməsini tələb etmişdir. xx.xx.2023-cü il tarixində inspektorun qeyd etdiyi otağa yaxınlaşmış, sonuncu ona boş kağıza imza atdırıb otaqdan çıxartmış, bir müddət sonra digər nəqliyyat vasitəsinin sürücüsünü otağa çağıraraq sürücülük vəsiqəsini təqdim edib yola salmışdır. Sonradan onu otağa çağıran polis baş leytenantı M.N.Səmədov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib etdiyini və həmin protokol əsasında TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxardığını bildirmişdir. Baş vermiş hadisəni araşdıran inspektor tərəfindən heç bir video görüntüyə baxış keçirilməmiş, "xxxx" MMC-nin balansında olan avtobuslara yerləşdirilən kamera görüntülərinin götürülməsi üçün müraciət edilməmiş, hadisə olduqdan sonra tərəflərin hər ikisinin izahatları alınmalı olduğuna baxmayaq, onun istər hadisə yerində, istərsə də Bakı şəhər DYP-nin inzbati binasında heç bir izahatı alınmamış və izahat yazmamışdır. İnspektor onun savadzılığından istifadə edərək boş kağıza imza etdirmiş, onu təqsirli hesab etmişdir. O, inspektordan hadisəni niyə araşdırmadığını soruşsa da ondan heç bir cavab almadan, otaqdan çıxarılmışdır. Həmçinin bildirmişdir ki, o, 2020-ci ildən "xxxx" MMC-də sürücü vəzifəsində çalışır. Cəmiyyətin balansında olan “BMC” markalı avtobus idarə edir. İdarə etdiyi avtobusların təhlükəsizliyi ilə bağlı dörd bir yanı kamera ilə təchiz edilib və avtobus hərəkətdə olan zaman çəkiliş aparılır. Cəmiyyətdə yol hərəkətinin təşkili və təhlükəsiz hərəkətin təmin edilməsi ilə bağlı yetərincə savadlı mütəxəssislər vardır. Avtobusun video görüntüləri DİN-dən gələn sorğular əsasında aidiyyəti üzrə təqdim edilir və ya sürücü barəsində protokol tərtib edilən zaman daxili araşdırma üçün çıxarılaraq incələnir. xx.xx.2023-cü il tarixdə ona tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla birlikdə cəmiyyətin inzibati binasına yaxınlaşıb video görüntüyə baxış keçirmiş, görüntülərə baxış keçirilən zaman müəyyən olundu ki, baş vermiş hadisədə təqsir onda yox, **-UO-*** dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsündə olmuşdur. Belə ki, qeydə alınmış videogörüntüdə açıq şəkildə görünür ki, bir zolaqlı yolda, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1.3 üfüqi nişanlanma xəttinin tələblərini kobud şəkildə pozaraq, qarşıdan gələn nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa çıxır və onun sol tərəfində dayanır. O, sağdan və soldan və eyni zamanda parklanmış nəqliyyat vasitələrinə heç bir maneə yaratmadan dönəcəyinə əmin olduqdan sonra sola dönmək istəmiş, bu zaman əks zolağa keçmiş və onun sol tərəfinə düşmüş **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də anidən onunla eyni istiqamətə manevr etmiş və arxa sağ qanadı ilə onun idarə etdiyi avtobusun sol tərəfini vurmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin yəni, 5-ci bəndinə əsasən, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən evni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Hər nə qədər Bakı şəhəri DYPİ-nin YPX baş inspektor polis baş leytenantı M.N.Səmədov görməzdən gəlsə də, qanunda hər şey açıq və aydın şəkildə yazılıb. Qanuna görə, “Lexus” markalı avtomobilin sürücüsü onun sol tərəfinə düşdüyü üçün və onlar eyni səmtə getdiklərinə görə eyni zamanda manevr etdikləri üçün **-UO-*** dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü ona mütləq şəkildə yol verməlidir. Göründüyü kimi hadisə DYP-nin əməkdaşı tərəfindən izahatı alınmamış, görüntülərə baxış keçirilməmiş, avtobusun video görüntüləri "xxxx" MMC-dən istənilməmiş, yol-nəqliyyat hadisəsinin baş vermə səbəbləri düzgün araşdırılmamışdır. Göstərilənlərə əsasən Bakı şəhəri DYPİ YPX baş inspektor polis baş leytenantı M.N.Səmədov tərəfindən tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və inzibati icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi V.O.Vəliyev şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Şəhər BPİ-nin DYPİ-nə lazımi qaydada məlumat verilsə də, Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bakı Şəhər BPİ-nin DYPİ-nin ünvanına məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyesterin 8 sıra nömrəsi ilə). Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini, DVD diskdə olan videogörüntülərə baxış keçirib və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Bakı Şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, V.O.Vəliyev xx.xx.2023-cü il tarixdə, saat 20:25-də S.Rüstəm küçəsində “BMC Procity 12 M” avtobus markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Bakı Şəhəri DYPİ PX-nin baş inspektoru M.N.Səmədov tərəfindən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, **-UO-*** dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü 01 yanvar 2023-cü il tarixdə bir zolaqlı yolda 1.3 üfüqi nişanlanma xəttinin tələblərini kobud şəkildə pozaraq, qarşıdan gələn nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa çıxır və onun sol tərəfində dayanır. “BMC Procity 12 M” avtobus markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil sola dönərkən, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks zolağına və sol tərəfinə keçmiş**-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə eyni istiqamətə manevr etmiş və arxa sağ qanadı ilə sonuncu avtomobilin sol tərəfini vurmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, V.O.Vəliyev xx.xx.2023-cü il tarixdə, saat 20:25-də Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində “BMC Procity 12 M” avtobus markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman onun əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozması aşkar edilmiş, sonuncunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, V.O.Vəliyevin barəsində Bakı Şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, V.O.Vəliyev barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta hadisənin kim tərəfindən törədilməsi araşdırılmamış, DYP-nin əməkdaşı tərəfindən izahatı V.O.Vəliyevin hadisə ilə bağlı izahatı alınmamış, hadisəylə bağlı kamera görüntülərinin olub-olmaması araşdırılmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin yəni, 5-ci bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı Şəhər BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhər BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı Şəhər BPİ-nin DYPİnə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin 01 yanvar 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-559/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-559/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver