Məhkəmə qərarları › İş №3(006)-559/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-559/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-559/2024 02.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs – Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı – X1, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən daxil olmuş 02 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 02 fevral 2024-cü il tarixdə saat 10:20 radələrində Nəsimi rayonu, Neftçilər prospekti 145 ünvanının qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 02 fevral 2024-cü tarixdə saat 10:20 radələrində Nəsimi rayonu, Neftçilər prospekti ünvanında etibarnamə üzrə idarə etdiyi “Opel” markalı 99MS533 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman YPX əməkdaşı onu saxlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzərində sənədləri olmadığından polis əməkdaşı komputer vasitəsi ilə sənədləri yoxladıqdan sonra duracağa getməli olduğunu bildirmiş lakin Şəxs səbəbini soruşduqda səbəb əsaslandırılmamış, nəticədə aralarında mübahisə olduğundan o, Nəsimi Rayonu 22-ci Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı – X2 02 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs 02 fevral 2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, barəsində inzibati iş üzrə icraat aparılan şəxsə münasibətdə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs heç bir müqavimət göstərmədiyindən, onun əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X3 bildirdi ki, efir vasitəsi ilə göstəriş alaraq avtomobili Neftçilər prospektində (X5rşısında) dayandırmış, daha sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs avtomobili duracağa aparmalı olduğunu bildirmiş, lakin Şəxs onun göstərişlərinə qəsdən tabe olmamış, mübahisə etmiş, sonda məcbur qalaraq post patrul əməkdaşlarını çağırmış, Şəxs yenə də qəsdən tabe olmadığından şöbəyə gətirilmişdir. Eyni zamanda bildirdi ki, qeyd olunan xüsusatlar CD-diskdə öz əksini tapır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Kompakt diskdəki görüntülərdən aydın olur ki, “Opel Combo” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara müqavimət göstərir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 02 fevral 2024-cü il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 02 fevral 2024-cü il tarixdə saat 10:20 radələrində Nəsimi rayonu, Neftçilər prospekti 145 ünvanının qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15:10-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidin izahatı və iş materiallarında olan CD-disk və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 02 fevral 2024-cü il tarixdə polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini – yəni ictimai qayda əleyhinə olduğunu, təqsirin dərəcəsini - həm DYPİ, həm də təkrarən PPX əməkdaşlarına tabe olmamasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli «02» fevral 2024-cü il, saat 15:10-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «02» fevral 2024-cü il, saat 15:10 tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatı üçün cəmi 24 (iyirmi dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar