Məhkəmə qərarları › İş №3(006)-560/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-560/2022

08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-560/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Ermənistan, Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, 06.11.2021-ci il tarixdə Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayonda yerləşən “Balakən” kafedə döymüş və sonuncuya məxsus telefonu götürüb getmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Şəxs qeyri-rəsmi nikah münasibətlərində yaşayırlar. 06.11.2021-ci il tarixdə aralarında mübahisə yaranmış, Şəxs Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayonda yerləşən “Balakən” kafedə döymüş və sonuncuya məxsus telefonu götürüb getmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 25.11.2021-ci il tarixli, 1068 №-li rəyinə əsasən, Zərərçəkmiş şəxs təpə nahiyyəsində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmamışdır. İş üzrə toplanmış materialda cinayət tərkibi olmadığından “cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərar qəbul edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərarın icrası Nəsimi RPİ-nin 19-cu PŞ-nə həvalə edilmişdir. Tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunmuş və toplanmış materialla birlikdə məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs 06.11.2021-ci il tarixdə ona zəng edərək iş yerinə gələcəyini və çay qoymasını bildirmişdir. Şəxs onun iş yerinə gəlmiş, çay içmiş, bu zaman aralarında mübahisə yaranmış, Şəxs ona əl qaldıraraq baş nahiyyəsindən vurmuş və ona məxsus telefonu götürərək getmişdir. Şəxs tutulmasını istəmir, lakin telefonunu geri qaytarmasını tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs özü ona zəng vuraraq iş yerinə çay içməyə çağırmış, gələndən sonra isə onu təhqir etməyə başlamışdır. O, əsəbiləşib, Zərərçəkmiş şəxs baş nahiyyəsindən vurmuşdur. O, Zərərçəkmiş şəxs ayrılmaq istəyir, lakin sonuncu ondan ayrılmaq istəmir. Zərərçəkmiş şəxs vursa da, ona məxsus telefonu götürməmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan 25 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 25.11.2021-ci il tarixli, 1068 №-li rəyinə əsasən Zərərçəkmiş şəxs sağ təpə nahiyyəsinin qançır şişkinliyi bərk küt əşyanın təsirindən müayinədən 4-5 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 06.11.2021-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmamışdır. 1-NK/2858 saylı material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, material üzrə Amil adlı şəxsin barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada müvafiq tədbir görülməsi üçün qəbul olunmuş qərarın icra edilməsi Nəsimi RPİ-nin 19cu PŞ-yə həvalə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib edilmiş 08 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməldə onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar