Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-5601/2023 29.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. X2 məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını və şikayət vermiş şəxsin ərizəsini nəzərdən keçirib hesab edir ki, X1 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə həmin şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, inzibati qanunvericiliklə barəsində qərar çıxarılmış şəxsin həmin qərardan şikayət vermək hüququ olduğu kimi verdiyi şikayəti geri götürmək hüququ da var, buna görə də ərizə təmin edilərək şikayət ərizəsi baxılmadan onu verən şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X1 şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan şikayət vermiş şəxsə qaytarılsın. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5601/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-5601/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver