Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5636/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, Şəxs vətəndaş X4 məxsus “Hyundai” markalı avtomobili səbəbsiz olaraq cızmış, nalayiq ifadələrlə təhqiredici sözlər yazaraq avtomobilin üzərinə qoymuşdur. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 izahatında göstərmişdir ki, ünvan 4 ünvanında yaşayan X8 xx.xx.2025-ci il tarixdə DİN-in “102” Xidməti Zəng Mərkəzi sisteminə müraciət edərək, həmin tarixdə təxminən saat 12 radələrində ünvan 5 ünvanının qarşısında parkinq olunan “Hyundai Elantra” markalı Az **- SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa tərəfinin buferinin və mühərrikin qapağının ön hissəsinin cızıldığını aşkar etdiyini bildirmişdir. O, bunu edən şəxsin xx.xx.2025-ci il tarixdə günorta saatlarında avtomobil ünvan 5 ünvanının qarşısında saxlanılan zaman valideyni X5 ilə mübahisə edən dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı su daşıyan avtomobilin sürücüsü olduğunu güman etdiyini qeyd etmişdir. Faktla bağlı araşdırma aparılmış və qeyd olunan faktda cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrinin tərkibi müəyyən olunduğundan barəsində həmin maddələrlə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 5 ünvanının qarşısında olan “Hyundai Elantra” markalı AZ **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa tərəfinin buferini və mühərrikin qapağının ön hissəsini cızan şəxs o olmuşdur. Həmçinin həmin avtomobilin üzərinə təhqir və nalayiq ifadələr yazdığı kağız parçasını yerləşdirmişdir. Bunu etməsinə səbəb isə xx.xx.2025-ci il tarixdə ünvan 5 ünvanında gözəllik salonunda işləyən anasına özünə məxsus olmayan və etibarnamə ilə idarə etdiyi **-EF-*** dövlət qeydiyyat nişanlı “Honda İnsight” markalı avtomobillə su gətirərkən “Hyundai Elantra” markalı AZ **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qadın sürücüsünün onunla mübahisə etməsi olmuşdur. Belə ki, o, idarə etdiyi avtomobili Alı Mustafayev küçəsi, 3 ünvanının qarşısında saxlayandan bir neçə dəqiqə sonra “Hyundai Elantra” markalı AZ **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilini onun parkinq etdiyi avtomobilin arxasında saxlamış və əli ilə ona işarə edərək ondan avtomobili parkinq etdiyi yerdən çıxarmasını və öz avtomobilini orada parkinq etməsini istəmişdir. O isə ona “niyə?” deyərək sual edəndə həmin qadın səs tonunu yüksəldərək ona aqressiv cavab vermiş və səhv parkinq etdiyini, nəticədə isə 3 avtomobilin yerini tutduğunu bildirmişdir. O, avtomobilini səhv şəkildə parkinq etdiyini yalnız bundan sonra başa düşmüş və həmin qadından öz avtomobilini onun avtomobilinin arxasından geri çəkməsini xahiş etmişdir ki, avtomobili yanlış səkildə parkinq etdiyi verdən çıxara bilsin. Lakin qadın onun xahişinə əməl etməmiş və avtomobili onun avtomobilinin arxasında parkinq edərək oranı tərk etmişdir. O da ondan sonra parkinq olunan avtomobillərin yanını tərk edərək suları gözəllik salonunda işləyən valideyninə aparıb vermişdir. Bundan sonra geri qayıdarkən isə "'Hyundai Elantra” markalı AZ **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili onun idarə etdiyi avtomobilin arxa hissəsinə daha da sıxlaşdıraraq parkinq etdiyini görmüşdür. O, buna görə əsəbləşmiş və ilk öncə həmin avtomobilin sağ arxa tərəfinin buferini və mühərrikin qapağının ön hissəsini cızmış, daha sonra isə həmin avtomobilin üzərinə təhqir və nalayiq ifadələr yazdığı kağız parçasını yerləşdirmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 12 radələrində qızı X9 tərəfindən ünvan 5 ünvanının qarşısında parkinq olunan “Hyundai Elantra” markalı AZ **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa tərəfinin buferinin və mühərrikin qapağının ön hissəsinin cızıldığı aşkar edilmişdir. Bunu edən şəxsin xx.xx.2025-ci il tarixdə günorta saatlarında avtomobil ünvan 5 ünvanının qarşısında saxlanılan zaman onunla mübahisə edən dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı su daşıyan avtomobilin sürücüsü olduğunu güman etmişdir. Çünki həmin şəxsə tərəfindən avtomobili bir qədər kənarda saxlamasını xahiş etdiyi zaman qarşı tərəfin ona aqressiv və nalayiq ifadələrlə cavab verərək bunu etməyəcəyini dediyinə görə bu cür gümana gəlmişdir. Həmçinin avtomobili saxlayandan sonra həyətə düşən zaman avtomobilin üzərində təhqir və nalayiq ifadələr yazılmış kağız aşkar etmiş, həmin kağızı əsəbləşərək cırıb zibil qabına atmışdır. “Hyundai Elantra” markalı AZ **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və hadisə nəticəsində ona 800 manat ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi az miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, 510-cu maddəsi isə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin qeyd hissəsinə görə bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş 19 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla öz təsdiqini tapsa da, protokol İXM-nin 232-1-ci maddəsinə münasibətdə geri qaytarılmalı, Şəxs İXM-nin 510-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati iş üzrə materiallar öyrənilərək müəyyən edilmişdir ki, Şəxs tərəfindən avtomobilə dəyən ziyanın məbləği qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyənləşdirilməmiş, yəni ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı mütəxəssis və ya ekspert rəyi alınaraq iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə az miqdarda ziyan vurduqda inzibati xəta hesab olunur və vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə növündə tənbeh tədbiri nəzərdə tutulur. Həmin maddənin qeyd hissəsinə görə isə, “az miqdar” ziyan dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bundan başqa, inzibati xəta haqqında protokolda “Hyundai Elantra” markalı avtomobilin X4 məxsus olduğu qeyd olunsa da, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 qeyd olunan avtomobilin ona məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Həbibli X6 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək ona inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal inzibati qaydada tutulmadan azad olunsun. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş 19 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol İXMnin 232-1-ci maddəsinə münasibətdə natamam olduğundan işə baxılarkən tamamlamaq mümkün olmadığından Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-5636/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5636/2025
19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver