Məhkəmə qərarları › İş №3(006)-5642/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-5642/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-5642/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 11 dekabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətini məhkəmədə baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 11 dekabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-cü maddəsi ilə qərar qəbul edilmişdir, ona görə ki, xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən “X3” gözəllik salonunda X2 tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyəti (kosmetoloji) göstərilməsi faktı aşkar edilmişdir. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, X1 ünvanı (VÖEN **********) ünvan 2baycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səalhiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətin və protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim tərəfindən şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, verilmiş şikayətin Nəsimi rayon məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4 və 132.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 11 dekabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti aidiyyəti üzrə baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilsin. Hakim: Elməddin Hüseynov İş № 3(006)-5642/2023 PROTOKOL 25 dekabr 2023-cü il Bakı şəhəri Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 11 dekabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə baxaraq aidiyyatı üzrə baxılmasına dair qərardad qəbul etdim. Prosessual hərəkət saat 10:20-də başlandı. Prosessual hərəkət saat 10:30-da başa çatdı. Protokol 25 dekabr 2023-cü il tarixdə tərtib olundu. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar