Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-566/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X4, Hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 09 yanvar 2023-cü il tarixli MN saylı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Şəxs tərəfindən 21 dekabr 2022-ci il tarixdə, saat 10:40-da əmək müqaviləsi və ya mülki müqavilə hüquqi qüvvəyə minmədən X11, X12, X17, X5 və X23 tikinti işlərinə cəlb edilməsi göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin etibarnamə nümayəndəsi X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verib əlavə olaraq göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidməti tərəfindən aparılmış yoxlama zamanı ünvan 1 ünvanında hüquqi şəxs Şəxs tərəfindən X9, X10, X13, X3 və X21 əmək müqaviləsi və ya mülki müqavilə hüquqi qüvvəyə minmədən tikinti işlərinə cəlb edilməsi müəyyən edilmişdir. Baxmayaraq ki, həmin şəxslər yoxlama aparıldıqdan sonra dərhal əmək müqaviləsi bağlamaqla işlərin yerinə yetirilməsinə cəlb edilmişdir, lakin qeyd olunan hal hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini istisna etmir. Qeyd olunmalıdır ki, xx.xx.2022-ci il tarixli, KY221877120 saylı “sahibkarlıq sahəsində aparılan yoxlamalarının vahid reyestri məlumatları haqqında çıxarış”a əsasən "xxxx" Müstəqil Şirkətin tikinti işlərini apardığı ünvan 1 ünvanında plandankənar montorinqin aparılması barədə qərar qəbul edilmiş və həmin qərar əsasında aparılmış yoxlama zamanı qeyd olunan ünvanda digər şirkətlərin olduğu aşkar olunmuşdur. Ərazidə işləyən 40 nəfər şəxs yoxlanılan zaman hüquqi şəxs Şəxs tərəfindən 5 nəfər şəxsin əmək müqaviləsi və ya mülki müqavilə hüquqi qüvvəyə minmədən tikinti işlərinə cəlb edilməsi bilavasitə aşkar edilmişdir. Qeyd olunan fakt üzrə dərhal X30 Xidməti əməkdaşları tərəfindən sənədləşmə işləri aparılaraq Şəxs nümayəndəsinin izahatı alınmış və daha sonra 09 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Qeyd olunanların nəzərə alınaraq, hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Hüquqi şəxs Şəxs nümayəndəsi (vəkili) Vəkil məhkəməyə yazılı etiraz təqdim etmiş və ona uyğun izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 yanvar 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında xx.xx.2022-ci il tarixdə saat 10:40-da X14 və digər 4 (dörd) nəfər əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bildirir ki, göstərilən inzibati xəta haqqında protokol əsassız şəkildə tərtib edilmişdir, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir və iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati orqan tərəfindən iş materiallarına əlavə edilmiş 20 dekabr 2022-ci il tarixli, KY221877120 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən" çıxarışdan görünür ki, yoxlayıcı orqan - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı isə - "xxxx" Müstəqil Şirkətidir. Eyni zamanda iş materiallarına əlavə edilmiş 19 dekabr 2022-ci il tarixli qərardan da birbaşa görünməkdədir ki, yoxlama qərarı "xxxx" Müstəqil Şirkəti barəsində verilmişdir. Göründüyü kimi, "xxxx" Müstəqil Şirkəti barəsində açılan yoxlama qərarı əsasında, tamamilə başqa hüquqi şəxs, yəni Şəxs MMC barəsində qeyriqanuni yoxlama aparılmış və nəticədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəyə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Göründüyü kimi, yoxlayıcı orqan öz səlahiyyətlərini aşaraq, "xxxx" Müstəqil Şirkəti barəsində yoxlama aparmaq əvəzinə, yoxlama aparılan ünvan 3ektində olan bütün şirkətləri yoxlamışdır. Bu hərəkətlərini əsaslandırmaq üçün isə iş materiallarına "xxxx" Müstəqil Şirkəti ilə Şəxs MMC arasında bağlanmış 01 oktyabr 2022-ci il tarixli, 6F-EXC- P/10/22 nömrəli podrat müqaviləsini əlavə etmişdir. Bununla inzibati orqan əsaslandırmağa çalışmışdır ki, Şəxs MMC həmin ərazidə podratçı kimi fəaliyyət göstərdiyi üçün həmin şirkət də yoxlanılmalıdır. Bu əsasla da razı deyil. Belə ki, inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş müqaviləyə nəzər sadıqda görünür ki, həmin müqavilə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektində aparılan tikinti işləri ilə bağlıdır. Lakin, yoxlama aparılan ünvan ünvan 3ektidir. Həmin obyektdə yoxlama aparılan dövrdə Şəxs MMC tərəfindən heç bir iş görülməməkdə idi və hansısa işçi əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin görülməsinə cəlb edilməmişdir. Sadəcə olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 12 ünvanında tikinti işlərini aparan "xxxx" Müstəqil Şirkəti tərəfindən Şəxs MMC həmin tikinti obyektində hörgü-suvaq işlərinin görülməsi üçün təklif verməsi üçün dəvət olunmuş və yoxlama günü Şəxs MMC tərəfindən görüləcək işlərinin smetasının çıxarılması üçün mütəxəssislər cəlb edilmişdir. Həmin mütəxəssislər yoxlama gedən zaman heç bir işlə məşğul olmamış, hətta iş paltarında belə olmamışlar. Bununla belə, əlavə problem çıxmaması üçün həmin 5 nəfər şəxslə yoxlama aparılan zaman əmək müqavilələri bağlanmış və yekun yoxlama aktı tərtib olunan zaman onlar müəssisənin əmək müqaviləsi üzrə işçiləri olmuşlar. Bu barədə məlumat yoxlama aparan yoxlayıcılara da bildirilmiş, lakin nəzərə alınmamışdır. Bütün göstərilən məsələlər inzibati xəta haqqında protokolu tərtib edən inzibati orqan olan X30 Xidmətinin əməkdaşlarına da həm şifahi, həm də yazılı (izahat) formada bildirilsə də, inzibati orqan tərəfindən əlavə heç bir araşdırma aparılmamış, etirazda göstərilən məsələlərə münasibət bildirilməmiş və formal olaraq inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Hətta, inzibati orqan bununla da kifayətlənməmiş, eyni inzibati xətaya görə hüquqi şəxsin vəzifəli şəxsi barəsində də ayrıca 09 yanvar 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol da tərtib etmiş və həmin protokol əsasında 19 yanvar 2023- cü il tarixli ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edərək, əlavə 4500 manat cərimə də tətbiq etmişdir. Beləliklə də, inzibati orqan heç bir əsas olmadan Şəxs MMC-yə qarşı qərəzli mövqe tutmuşdur. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Yoxlama aktı prosessual pozuntularla tərtib olunmuş, heç bir iş görməyən, görüləcək işlərin smetasını çıxartmaq üçün dəvət olunmuş 5 nəfər mütəxəssis əmək müqaviləsi olmadan işə cəlb edilmiş şəxs kimi aktlaşdırılmış, həmin şəxslərin eyni gündə əmək müqavjləsi üzrə işə götürülməsi nəzərə alınmamışdır. Göründüyü kimi, Şəxs MMC tərəfindən əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işçilər işlərin görülməsinə cəlb edilməmişdir və bu səbəbdən İXM-nin 192.1-ci maddəsinin tərkibi yaranmamışdır. İnzibati xəta haqqında protokolu tərtib edən inzibati orqan bu məsələlərdən məlumatlı olsa da və bütün müvafiq məlumatları əldə etsə də, qərəzli şəkildə "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Eyni Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Barələrində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 20 dekabr 2022-ci il tarixli KY221877120 nömrəli çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi “tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 aprel 2017-ci il tarixli fərmanına əsasən "xxxx" Müstəqil Şirkətində insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünü idarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi, bir və ya bir neçə insanın ölümü təhlükəsi ilə plandankənar (növbədənkənar) yoxlamanın təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin 19 dekabr 2022-ci il tarixli MİHO/4.1-3.2-2022-83 nömrəli tikinti obyektində plandankənar yoxlamanın (monitorinqin) keçirilməsi haqqında qərarın surətindən aydın olur ki, Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin olmasına dair dövlət orqanlarından daxil olan hesabatların və zəruri olan digər materialların araşdırılması və aparılmış müqayisəli analitik təhlillər əsasında aşkar edilmiş şübhə hallarının yerində araşdırılması məqsədi ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən, “Tikinti sənəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında'' Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 6-cı hissəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyindən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə və insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olmasına dair şübhələrə əsaslanaraq ünvan 1 ünvanında tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı "xxxx" Müstəqil Şirkətində 2022-ci ilin 20-22 dekabr tarixlərində (3 iş günü müddətində) bu qərar ilə tərkibi müəyyən edilən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X33 X2 tərəfindən plandankənar yoxlama (monitorinq) həyata keçirilməsi, plandankənar yoxlama (monitorinq) Dövlət Agentliyinin sədrinin “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində yoxlamaların aparılması ilə bağlı bəzi münasibətlərin tənzimlənməsi haqqında” 2017-ci il 11 sentyabr tarixli **********00674 nömrəli əmri ilə təsdiq edilmiş və reyestrdə qeydiyyata alınmış yoxlama suallarına uyğun olaraq aparılması, plandankənar yoxlamada X33 X1 şöbəsinin X6nin təşkili sektorunun baş məsləhətçisi X24, baş məsləhətçisi X25, aparıcı məsləhətçiləri X18, X28, X34, məsləhətçiləri X26, X22, X19, X29, Rzazadə Zöhrab Vəkil oğlunun iştirakları təmin olunması qərara alınmış, əsas isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində yoxlamaların aparılması ilə bağlı bəzi münasibətlərin tənzimlənməsi haqqında” 2017-ci il 11 sentyabr tarixli **********00674 nömrəli əmri və Əmək X1 2022-ci il 07 dekabr tarixli MİHO/4.1-3- 2022-2063 nömrəli məktubu ilə təqdim edilən 18724 nömrəli tikinti obyektində plandankənar yoxlamanın (monitorinqin) keçirilməsi zərurətinə dair Əsaslandırma göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin yoxlama aktından görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Müstəqil Şirkətində aparılan yoxlamada iştirak edən yoxlayıcı (yoxlayıcılar) X33 X1 şöbəsinin X6nin təşkili sektorunun baş məsləhətçisi X24, baş məsləhətçisi X25, aparıcı məsləhətçiləri X18, X28, X34, məsləhətçiləri X26, X29 olmuş, yoxlama aparılması haqqında qərar və sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat sahibkarın səlahiyyətli nümayəndəsinə yoxlamanın keçirilməsinə dair qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, yoxlama suallarının siyahısı, video və foto avadanlıqlardan çəkiliş aparılmasına dair bildiriş və CD (qanunvericilik aktları və digər sənədlər) təqdim olunmuşdur. Ona yoxlamanın aparılması ilə bağlı hüquq və vəzifələri elan edilmişdir. İş materiallarında olan "xxxx" Müstəqil Şirkəti tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayışdan görünür ki, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X33 X2 tərəfindən müşahidə kameraları, Analitik tanıma sistemi və Elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Fərmanın 6-cı hissəsinə əsasən dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq Dövlət Agentliyinin 2022-ci il 19 dekabr tarixli MİHO/4.1-3.2-2022-83 nömrəli qərarına əsasən ünvan 1 ünvanında tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı "xxxx" Müstəqil Şirkətində qeyri-rəsmi əmək münasibətlərinin olub-olmaması hallarının monitorinqi aparılmış və bu barədə 2022-ci il 21 dekabr tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı "xxxx" Müstəqil Şirkəti ilə podrat müqaviləsi əsasında fəaliyyət göstərən Şəxs (VÖEN: **********) tərəfindən tikinti işlərinə cəlb edilmiş 2 nəfər şəxslə əmək müqaviləsinin bağlanıldığı, 5 nəfər şəxsin isə əmək müqaviləsi bağlanılmadan fəaliyyətə cəlb edildiyi (Cədvəl 1, Cədvəl 2) müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Müstəqil Şirkəti tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayışa əlavə edilmiş cədvəl 1 və cədvəl 2-dən görünür ki, Şəxs tərəfindən X14, X15, X27, X7 və X35 əmək və ya mülkihüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan 09 yanvar 2023-cü il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən ünvan 1 ünvanında 21 dekabr 2022-ci il tarixdə saat 10:40-da aktda adları qeydə olunan X14, X15, X27, X7 və X35 əmək və ya mülki-hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsi cəlb edilmişdir. İş materiallarında olan Şəxs və "xxxx" Müstəqil Şirkəti arasında bağlanmış 6F-EXC- P/10/22 nömrəli, 01 oktyabr 2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, sifarişçi "xxxx" Müstəqil Şirkəti və icraçı Şəxs olmaqla müqavilə əsasında işlərin icraçı tərəfindən tam və keyfiyyətlə yerinə yetirilməsi, keyfiyyətlə yerinə yetrilmiş işlərin müqabilində isə sifarişçi tərəfindən muzdun (haqqın) ödənilməsi müqavilənin predmetini təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.118.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə görə həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin 19 dekabr 2022-ci il tarixli MİHO/4.1-3.2-2022-83 nömrəli tikinti obyektində plandankənar yoxlamanın (monitorinqin) keçirilməsi haqqında qərarı "xxxx" Müstəqil Şirkəti barəsində olsa da, Şəxs və "xxxx" Müstəqil Şirkəti arasında bağlanmış 6F-EXC-P/10/22 nömrəli, 01 oktyabr 2022-ci il tarixli podrat müqaviləsi nəzərə alınmaqla inzibati xətanın bilavasitə yoxlama zamanı aşkar olunması nəzərə alınmalıdır. Həmçinin, məhkəmə yoxlama zamanı Şəxs tərəfindən X9, X10, X13, X3 və X21 görüləcək işlərinin smetasının çıxarılması üçün dəvət edilməsini və yoxlama gedən zaman heç bir işlə məşğul olmamasına tənqidi yanaşaraq hesab edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs tərəfindən X14, X15, X27, X7 və X21 21 dekabr 2022-ci il tarixdə, saat 10:40 radələrində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 20 dekabr 2022-ci il tarixli KY221877120 nömrəli çıxarış, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin 19 dekabr 2022-ci il tarixli MİHO/4.1-3.2-2022-83 nömrəli tikinti obyektində plandankənar yoxlamanın (monitorinqin) keçirilməsi haqqında qərar, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin yoxlama aktı, "xxxx" Müstəqil Şirkəti tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayış, inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs tərəfindən ünvan 1 ünvanında 21 dekabr 2022-ci il tarixdə saat 10:40-də aktda adları qeydə olunan X14, X15, X27, X7 və X35 əmək və ya mülki-hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsi cəlb edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən: 1.İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs tərəfindən işçi ilə əmək müqaviləsi bağlanılmadan işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Həmçinin inzibati xəta aşkar olunduqdan sonra qeyd olunan şəxslərin əmək müqaviləsi bağlanılmaqla işlərə cəlb edilməsi MMc-nin məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Məhkəmə araşdırması zamanı Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Elməddin Hüseynov