Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-5662/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı «Azərenerji» SC 1N-li Bakı Elektrik Tikinti Təmir Sahəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: «Azərenerji» SC 1N-li Bakı Elektrik Tikinti Təmir Sahəsi tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, qeyd olunan inzibati xəta haqqında material daha əvvəl də baxılması üçün məhkəməyə təqdim olunmuş, material araşdırılarkən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hüquqi və faktiki ünvanlarının göstərilmədiyi, qeyd olunan VÖEN-in başqa hüquqi şəxsə aid olduğu qeyd olunmuş, protokolda inzibati xətanın mahiyyətinin konkret nədən ibarət olması göstərilmədən, sadəcə İXM-in inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxsin inzibati məsuliyyətə cəlb edilə bilməməsi göstərilmişdir. Göstərilənlər nəzərə alınaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.*8.2*25-ci il tarixli, 3(**6)-5113/2*25 saylı qərardadı ilə «Azərenerji» SC 1N-li Bakı Elektrik Tikinti Təmir Sahəsinin Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair İXP ******* saylı, 1*.*7.2*25-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə geri qaytarılmışdır. Hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.*8.2*25-ci il tarixli, 3(**6)- 5113/2*25 saylı qərardadında göstərilən nöqsanlar aradan qaldırılmadan İXP ******* saylı, 1*.*7.2*25-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 1**.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları (1**.5.3); inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti (1**.5.4.) göstərilir. Həmin Məcəllənin 1*9.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 1*9, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «Azərenerji» SC 1N-li Bakı Elektrik Tikinti Təmir Sahəsinin Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair İXP ******* saylı, 1*.*7.2*25-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-5662/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-5662/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver