Məhkəmə qərarları › İş №3(006)-5663/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5663/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5663/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, protokolu tərtib etmiş Bakı şəhər BPİ X4 İdarəsinin YNH üzrə baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Şamaxı rayonu, Ərəbşalbaş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ X4 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs “DAF XF 105.460 YÜK” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sürücülük kateqoriyası üzrə idarə etmək hüququ olmadan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində hərəkətdə olarkən ehtiyatsızlıq nəticəsində zağ zolaqla hərəkət edən “Tofaş” markalı, **-LB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və zərbənin təsirindən həmin avtomobil “KİA Optima” markalı, **-AV-*** dövlət nömrə nişanlı avtomobilə dəyərək dayanmışdır. Toqquşma nəticəsində “Tofaş” və “KİA Optima” markalı avtomobillərin sahiblərinə maddi zərərin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “DAF XF 105.460 YÜK” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nəsimi rayonu Alı Mustafayev küçəsində hərəkətdə olarkən ehtiyatsızlıq nəticəsində “Tofaş” markalı, **-LB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və zərbənin təsirindən həmin avtomobil “KİA Optima” markalı, **- AV-*** dövlət nömrə nişanlı avtomobilə dəyərək dayanmışdır. Hadisə nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Lakin hadisə yerində xəsarət alan şəxs olmamışdır. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olsa da, sürücülük kateqoriyası üzrə “DAF XF 105.460 YÜK” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Törətdiyi inzibati xətadan peşmandır. Qeyd olunanları nəzərə alaraq, barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirmişdir ki, Şəxs 22 sentyabr 2023-cü il tarixdə “DAF XF 105.460 YÜK” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sürücülük kateqoriyası üzrə idarə etmək hüququ olmadan Nəsimi rayonu Alı Mustafayev küçəsində hərəkətdə olarkən ehtiyatsızlıq nəticəsində zağ zolaqla hərəkət edən “Tofaş” markalı, **-LB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və zərbənin təsirindən həmin avtomobil “KİA Optima” markalı, **- AV-*** dövlət nömrə nişanlı avtomobilə dəyərək dayanmış və toqquşma nəticəsində avtomobil sahiblərinə maddi zərərin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyətı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı, Bakı şəhər BPİ X4 İdarəsinin YNH üzrə baş inspektoru X2 tərəfindən tərtib edilmiş 12 oktyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B və C kateqroyaları üzrə 07 aprel 2031-ci il tarixədək avtomobil idarə etmək hüququ olmuşdur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati cəzanın tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar