Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5677/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, 00100-00650/25 (EP 0223639) nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə daxil olmuş 3-33-11/012/034361 raporta əsasən "xxxx" tərəfindən **********9704 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş "səyyar teatrlar (sökülmüş halda)” yükünün təkrar idxal öhdəlik müddəti xx.xx.2024-cü-if tarixində bitmişdir. Lakin, öhdəlik müddətinin bitməsinə baxmayarag yüklərin digər gömrük proseduru altında rəsmiləşməsinə dair təkrar idxal gömrük bəyannaməsi xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli **********9704 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəggəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların təkrar idxal edilib-edilməməsini və ya digər gömrük proseduru altında rəsmiləşdirilib-rəsmiləşdirilmədiyini müəyyən etməkdən ötrü Gömrük xidmətinin "Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursuna keçirilən baxış zamanı müəyyən edilmişdir ki, **********9704 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların öhdəlik müddəti xx.xx.2024-cü il tarixinə gədər müəyyən edilmişdir. Lakin, öhdəlik müddətinin bitməsinə baxmayarag yüklərin digər gömrük proseduru altında rəsmiləşməsinə dair təkrar idxal gömrük bəyannaməsi xx.xx.2024-cü İİ tarixində **********8282 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal edilmişdir. Nəticədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış hüquqi şəxs Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 11/012/034361 saylı raporta əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən **********9704 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitmişdir. Lakin öhdəlik müddətinin bitməsinə baxmayaraq şirkət tərəfindən yüklərin digər gömrük proseduru altında rəsmiləşməsinə dair tədbir görülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 499.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 193-cü maddəsinə və “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 nömrəli 2 sentyabr 2013-cü il tarixli qərarının 6.3-cü bəndinə əsasən prosedur sahibi müvəqqəti idxal müddəti basa çatanadək müddətin uzadılması barədə gömrük orqanına müraciət etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqsiri sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1200 (bir min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5677/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5677/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver