Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5682/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 529.1-1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-nin BŞİ-nin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-46920/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə "xxxx" ASC-nin direktor müavini Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək bildirmişdir ki, "xxxx" ASC-nin direktor müavini Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 900 manat məbləğində inzibati cərimə tətbiq olunmuş, qeyd olunan qərarın icrasının təmin edilməsi ilə bağlı Şəxs xx.xx.2024-cü il tarixli, 3-17-5/2-46920/2024 nömrəli məktub göndərilsə də, sonuncu tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar məktubda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Odur ki, onun barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmədə iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs direktor müavini olduğu "xxxx" ASC-nin direktoru X3 tərəfindən məhkəməyə ünvanlanan ərizədə göstərilmişdir ki, Şəxs "xxxx" ASC-nin direktoru vəzifəsində işlədiyi dövrdə cəmiyyətin keçmiş əməkdaşı X1 haqq hesabının gec ödənilməsinə görə həm X4 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli MN1292057 nömrəli, həm də X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN1613353 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məclləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Buna baxmayaraq, dövlət büdcəsinə faydalarının olması məqsədi ilə hər iki inzibati tənbeh vermə haqqında qərarlar tərəflərindən icra edilərək, 900 manat və 1200 məbləğində inzibati cərimələr ödənilmişdir və bu barədə Əmək Müfəttişliyinə yazılı məlumat verilmişdir. (Ödəniş tapşırıqlarının və digər sənədlərin surəti bu ərizəyə əlavə edilir). Yuxarıda göstərilənlərə əsasən Əmək Müfəttişliyi tərəfindən məhkəməyə müraciət edilməsinin heç bir hüquqi əsası yoxdur və bu səbəbdən inzibati tənbeh verilməsi barədə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından görünür ki, "xxxx" ASC-nin direktor müavini Şəxs Azərbaycan Respublikasının İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin "xxxx" ASC-nin direktor müavini Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-46920/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən "xxxx" ASC-nin direktor müavini Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən 900 manat inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarın icrasını təmin etmək üçün Şəxs əmək haqqından hər ay 50% olmaqla 900 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 7 gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar müvafiq qaydada tam icra olunmuş, cərimənin ödənilməsi təmin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hesabına 900 manat pul ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı və xx.xx.2024-cü il tarixli, 3-17-5/2- 46920/2024 nömrəli məktubu X5 tərəfindən xx.xx.2024-cü il tarixində icra edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən müvafiq cərimə şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunana qədər ödənilmiş, belə olan halda isə inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-5682/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5682/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver