Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5688/2025 22.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs MMC-nin vəkili Vəkil iştirakı ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsindən daxil olmuş 3-33-1600/019/002110 nömrəli xx.xx.2025-ci il tarixli raporta əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********3896 sorğu nömrəli gömrük bəyannaməsi üzrə X1 qeydiyyatda olan “Farzana Tradinq” şirkətinə ixrac edilmiş “Təzə xurma” yükünün dəyəri olan 21000.00 (iyirmi bir min) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi ilə bağlı Gəncə Gömrük İdarəsində araşdırma aparılmışdır. "Ertaqro” MMC tərəfindən ixrac olunmuş malların müqabilində müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 21000.00 (iyirmi bir min) ABŞ dolları məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbinin aydınlaşdırılması məqsədilə MMC-nin qeydiyyatda olduğu ünvan 1 ünvanına xx.xx.2025-ci tarixli 3-33-1600/2- 000709/2025 saylı məktub göndərilərək xx.xx.2025-ci il tarixdə Gəncə Gömük İdarəsinin Yevlax Gömrük postuna (Əməliyyat və Təhqiqat Şöbəsi) dəvət olunmuşlar. Bundan sonra yuxarıda qeyd edilən bəyannamənin dəyərinin hansı tarixdə və hansı məbləğdə MMC-nin müvəkkil bank hesabına köçürülməsini təsdiq edən məlumatları VAİS-nin ‘Konsiqnasiyaya nəzarət” alt bölməsindən əldə edilməsi məqsədi ilə Yevlax gömrük postuna xx.xx.2025-ci il tarixli 3-33-1600/013/002682 nömrəli Xidməti qeyd ünvanlanmışdır. X4n daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1600/019/002694 nömrəli Xidməti qeydə əlavə edilmiş qoşmaya əsasən xx.xx.2024-cü il tarixli **********3896 sorğu nömrəli gömrük bəyannaməsinin dəyərinin 20582.66 (iyirmi min beş yüz səksən iki dollar altmış altı ABŞ dollarının xx.xx.2024-cü il tarixdə MMC-nin müvəkkil bank hesabına köçürüldüyü, 417.34 (dörd yüz on yeddi dollar otuz dörd sent) ABŞ dollarının isə xx.xx.2025-ci il tarixədək WC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən edilmişdir. Lakin, şirkət tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Vəkil verdiyi izahatında göstərmişdir ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xətanı qəbul edirlər, belə ki, ixrac etdikləri mallar müqabilində qarşı şirkət tərəfindən pulun müvəkkil banka ödənilməməsini təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin polkovnik-leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00900-00263/25 saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan 17 iyun 2025-ci il tarixli raportdan görünür ki, Gömrük xidmətinin "Vahid Avtomatlaşdırılmış idarəetmə xidmətindən əldə olunmuş məlumatlar əsasında Şəxs tərəfindən X4 1 (bir) bəyannamə üzrə ixrac edilən yükün 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasında müvəkkil bankda olan hesablarına 21000$ (iyirmi bir min dollar) olan vəsait köçürülməmişdir. Bununla əlaqədar tərəfimizdən Şəxsnə bəyannamələr üzrə göstərilmiş ünvanına 15 may 2025-ci il tarixli 3-33-1600/2-000543/2025 saylı bildiriş göndərilmişdir. Şəxs ixrac etdiyi yüklərin ödənişləri ilə bağlı Gömrük Postuna indiyə qədər heç bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 49-51, 114-115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 709 (yeddi yüz doqquz) manat, 48 (qırx səkkiz) qəpik məbləğinin 30 faizi miqdarında, yəni 212 (iki yüz on iki) manat, 84 (səksən dörd) qəpik məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-5688/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5688/2025
22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver