Məhkəmə qərarları › İş №3(006)-570/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-570/2022

09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-570/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 16.07.2021-ci il tarixli, MN ******* saylı inzibati təbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı M Ü Ə Y Y Ə N E T D İ M: Şikayətdə göstərilir ki, M.İbadov 09.04.2019-cu il tarixdə “X4” MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, 02.07.2021-ci il tarixdə isə həmin vəzifədən azad olunmuşdur. Lakin buna baxmayaraq bir neçə gün sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən barəsində 08.07.2021-ci il tarixli, MN ******* saylı protokol və bu protokol əsasında 16.07.2021-ci il tarixli, MN ******* saylı qərarla inzibati cərimə olunmuşdur. Həmin qərar qanunsuz olduğu üçün onun ləğv edilməsi xahiş olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarından və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən müəyyən edilir ki, şikayət verən şəxsin yaşayış yeri Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 3A-dır, inzibati xətanın törədildiyi yer isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu, ev 7-dir. Bundan əlavə işdə vəzifəli şəxsin qərarından verilmiş şikayətə şikayətçinin yaşayış yeri üzrə baxılması barədə vəsatət mövcud deyil. Qeyd olunanlarla əlaqədar hesab edirəm ki, hazırkı şikayətə inzibati xətanın törədildiyi yer üzrə baxılmalı və bununla bağlı şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci və 132.2-ci maddələrinə görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olub-olmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü, 132.1.1-ci və 132.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 16.07.2021-ci il tarixli, MN ******* saylı inzibati təbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar