Məhkəmə qərarları › İş №3(006)-573/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-573/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-573/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında Azərbaycan Respublikası Ekologiya və protokolu tərtib etmiş: Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə Barəsində inzibati xəta "xxxx" MTK-nın nümayəndəsi haqqında iş üzrə icraat 11 saylı Vəkil bürosunun vəkili aparılan hüquqi şəxs: Şəxs2 iştirakları ilə "xxxx" MTK (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Keşlə ştq., məktəb, ev 4A, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1ci maddəsi üzrə tərtib olunmuş 22.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə "xxxx" MTK tərəfindən ünvan 2 ünvanda aparılan tikinti işləri zamanı ətraf mühitə atılan maddələrin miqdarı yol verilə bilən normadan artıq olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.11.2021-ci il tarixli, 3(006)-3330/2021 saylı qərarı ilə "xxxx" MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi üzrə təqsirli bilinərək 10.500 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19.01.2022-ci il tarixli, 3(103)-120/2022 saylı qərarı ilə rayon məhkəməsinin qeyd olunan qərarı ləğv edilərək iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarında göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi yalnız Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22.10.2021-ci il tarixli, 73120 nömrəli aktına istinad edib natamam sübutlar əsasında işi araşdırmaqla hüquqi şəxs "xxxx" MTK-nı qeyd olunan xətanın törədilməsində təqsirli bilmişdir. "xxxx" MTK-ya qarşı irəli sürülən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində “ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına” görə tənbeh tədbiri müəyyən olunsa da, birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokolda formal olaraq qeyd olunan "xxxx" MTK tərəfindən ünvan 3 ünvanda aparılan tikinti işləri ilə bağlı “ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması”nı əsas götürmüş, lakin ətraf mühitə atılan zərərli maddələrin miqdarının hansı üsulla normativlərdən artıq olması halının müəyyən edilməsi və zərərli maddələrin nədən ibarət olması aydınlaşdırmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 13.09.2021-ci il tarixli, 0524 nömrəli monitorinq aktı təhlil edilərkən müəyyən olunmuşdur ki, həmin tarixdə Bakı şəhəri, Nəsimi Rayonu, Ruhulla Axundov küçəsi, bina 15, 23 saylı mənzildə ətraf ərazidə atmosferin havasına yayılan tozun miqdarının təyini üzrə monitorinq keçirilmiş, lakin ölçmə işlərinin həyata keçirilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MTK-nın rəhbərliyinə məlumat verilməsi göstərilsə də, məlumatın hüquqi şəxsə göndərilməsi və ya çatdırılmasına dair hər hansı sübutedici sənədlər iş materiallarına əlavə edilməmişdir. Protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli göstərilsə də, həmin xüsusi texniki vasitənin yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 15, mənzil 23-də yaşayan X1 Nazirliyin “Qaynar xətti”nə daxil olmuş müraciəti üzrə Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarının şikayətçi və digər sakinlərin iştirakı ilə birgə aparılan monitorinq zamanı sözügedən ünvanda “Maşınqayıran” MTK tərəfindən ərazidə mövcud olan tikililərin söküntüsünün aparıldığı müəyyən olunmuşdur. Atmosfer havasına atılan tozun miqdarını müəyyən etmək üçün “Temtop Airing-1000” tipli avadanlıqla müvafiq qaydada aparılmış ölçmənin nəticələrinə əsasən təyin edilən göstəricilərdən PM2,5 – 27,8 mq/m3 (norma 25 mq/m3), PM10 – 61,3 mq/m3 (norma 50 mq/m3) təşkil etmişdir. Monitorinqin nəticəsi barədə 13.09.2021-ci il tarixli, 0524 saylı akt tərtib olunmuşdur. Monitorinq aparılması ilə əlaqədar MTK-nın rəhbərliyinə məlumat verilmiş, lakin qurumun nümayəndəsi tədbirdə iştirak etsə də, özünü təqdim etməmiş və aktı imzalamaqdan imtina etmişdir. Beləliklə ölçülərin nəticələrinə əsasən "xxxx" MTK tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin tələblərinin pozulması faktı aşkar olunmuşdur. “Temtop Airing-1000” tipli tozluq ölçən avadanlıq barədə müvafiq sertifikatları da məhkəməyə təqdim edir. MTK-nın məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nın nümayəndəsi vəkil Şəxs2 izahatında göstərdi ki, MTK barəsində tərtib edilmiş protokol ilə razı deyillər. İlkin olaraq qeyd edir ki, bu protokol hüquqi şəxs "xxxx" MTK-nın nümayəndəsinin iştirakı olmadan tərtib edilmiş, ölçmə işlərinin həyata keçirilməsi zamanı MTK-ya məlumat verilməmiş, belə məlumatın göndərilməsi və ya çatdırılmasına dair hər hansı sübut təqdim olunmamışdır. Bundan əlavə, protokolda guya MTK tərəfindən atmosferə atılan tullantıların qatılıq həddinin yuxarı olmasını müəyyən etmək üçün tullantıların yaranma mənbəyi göstərilməmiş, tullantıların yaranmasında "xxxx" MTK-nın səbəb olub-olmaması müəyyən edilməmiş, eləcə də həmin tullantıların qatılıq həddinin normadan artıq olub-olmaması, onların texniki vasitələrin köməkliyi ilə ölçülübölçülməməsi, həmin texniki vasitələrin dövlət standartlarına uygun gəlib-gəlməməsi, istifadəsi barədə sertifikat haqqında da məlumatlar əks olunmamışdır. Göründüyü kimi icraat qanun pozuntuları ilə aparılmış, MTK-nın təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 22.10.2021-ci il tarixli, 73120 saylı akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 15, mənzil 23-də yaşayan X3 tərəfindən “yaşadığı ərazidə söküntü işlərinin aparılması və yaranan toz-torpağın sakinləri narahat etməsi barədə” Nazirliyin “Qaynar xətti”nə məlumat daxil olmuşdur. Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları şikayətçi və digər sakinlərin iştirakı ilə birgə aparılan monitorinq zamanı sözügedən ünvanda "xxxx" MTK tərəfindən ərazidə mövcud olan tikililərin söküntüsünün aparıldığı və söküntü işləri zamanı atmosfer havasına atılan tozun miqdarını müəyyən etmək üçün müvafiq qaydada aparılmış ölçmənin nəticələrinə əsasən təyin edilən göstəricilərdən PM2,5 – 27,8 mq/m3 (norma 25 mq/m3), PM10 – 61,3 mq/m3 (norma 50 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən yüksək olduğu müəyyən olunmuş və monitorinqin nəticəsi barədə 13.09.2021-ci il tarixli, 0524 saylı akt tərtib olunmuşdur. Monitorinq aparılması ilə əlaqədar MTK-nın rəhbərliyinə məlumat verilmiş, lakin qurumun nümayəndəsi tədbirdə iştirak etsə də, özünü təqdim etməmiş və aktı imzalamaqdan imtina etmişdir. Ölçülərin nəticələrinə əsasən "xxxx" MTK tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin tələbləri pozulmuşdur; - 13.09.2021-ci il tarixli, 0524 saylı monitorinq aktına görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin “Qaynar xətt” vasitəsilə daxil olan müraciətlə bağlı ünvan 2 ünvanda ətraf ərazidə atmosfer havasına yayılan tozun miqdarının təyini üzrə monitorinq keçirilmişdir. Monitorinq qeyd olunan ünvanda yerləşən "xxxx" MTK-ya məxsus tikinti işləri aparılan zaman ətrafa yayılan tozun miqdarının tədqiqindən ibarət olmuşdur. Ölçmə işləri sabit hava şəraitində saat 12:05-12:30 radələrində və səyyar “Temtop” cihazı vasitəsilə aparılmışdır. Söküntü işləri aparılan zaman ətrafa yayılan tozun miqdarı PM2,5 – 27,8 mq/m3 (norma 25 mq/m3), PM10 – 61,3 mq/m3 (norma 50 mq/m3) təşkil etmiş və yol verilən hədd daxilini keçdiyi müəyyən olunmuşdur. Monitorinqdə şikayətçi Xəlilova Nurlana iştirak etmişdir; - OMS 07346 saylı “Yoxlama Şəhadətnaməsi”nə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin sifarişi üzrə “Temtop Airing-1000” tipli tozluq ölçən avadanlığı 30.12.2021-ci il tarixdə yoxlamadan keçmişdir. Növbəti yoxlama tarixi – 29.12.2022-ci il. Avadanlığın seriya (zavod) nömrəsi və istehsalçısı göstərilməmişdir. Ölçmə diapazonu - (0+999) µg/m3, (0+50) °C, (0+90) %rh. Məhkəmə iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, "xxxx" MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi üzrə başlanılmız iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə məsuliyyət müəyyən edir. Həmin Məcəlləyə əsasən: - İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddə); - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). Məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 22.10.2021- ci il tarixli, 73120 saylı aktda Nazirliyin “Qaynar xətti”nə daxil omuş şikayətə əsasən araşdırma aparılmışdır. Araşdırma nəticəsində ünvan 2 ünvanda "xxxx" MTK tərəfindən atmosferə atılan tullantıların qatılıq həddi normadan (PM2,5 – 27,8 mq/m3 (norma 25 mq/m3), PM10 – 61,3 mq/m3 (norma 50 mq/m3) artıq olması göstərilir. Lakin, bu normativlərin konkret olaraq hansı hüquqi sənədlərlə tənzimlənməsi göstərilməmiş, zərərli maddələrin nədən ibarət olması dəqiqləşdirilməmişdir. Bununla bağlı məhkəməyə də heç bir tutarlı sənəd təqdim oluna bilinməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 13.09.2021-ci il tarixli, 0524 nömrəli monitorinq aktında həmin tarixdə ünvan 2 ünvanda ətraf ərazidə atmosferin havasına yayılan tozun miqdarının təyini üzrə monitorinq keçirilməsi və ölçmə işlərinin aparılması barədə "xxxx" MTK-nın rəhbərliyinə məlumatın verilməsi göstərilsə də, belə məlumatın hüquqi şəxsə göndərilməsi və ya çatdırılmasına dair hər hansı sübutedici sənəd məhkəməyə təqdim olunmamışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bundan əlavə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MTK barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli göstərilsə də, həmin xüsusi texniki vasitənin yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə görə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Məhkəməyə təqdim olunmuş OMS 07346 saylı “Yoxlama Şəhadətnaməsi”ndən isə müəyyən edilir ki, ölçmə işlərində istifadəsi ehtimal olunan “Temtop Airing-1000” tipli tozluq ölçən avadanlığı yalnız monitorinqdən sonra - 30.12.2021-ci il tarixdə yoxlamadan keçmiş və növbəti yoxlama tarixi 29.12.2022-ci il qeyd olunmuşdur. Qeyd olunanlaran başqa məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, X2 görə: - Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 398-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır (102.1-ci maddə); - İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir (102.2-ci maddə); - İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır (102.5-ci maddə); - İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir (102.6-cı maddə): - İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir (103.1-ci maddə). Hazırki işdən müəyyən edilir ki, ətraf mühitin mühafizəsi sahəsində guman edilən inzibati xəta hadisəsi 13.09.2021-ci il tarixdə baş versə də, inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən inzibati araşdırmanın aparılması haqqında qərardad qəbul edilməmiş, ümumiyyətlə isə işlə bağlı ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılmasına rast gəlinmir. 48 saat müddət ərzində tərtib olunub baxılması üçün aidiyyəti üzrə göndərilməli olunduğu halda, inzibati xəta haqqında protokolun nə səbəbə görə hadisədən 1 aydan artıq vaxtın keçməsindən sonra - 22.10.2021-ci il tarixdə tərtib olunması əsaslandırılmamışdır. Beləliklə, yol verilmiş pozuntularla bağlı məhkəmə tərəfindən yuxarıda sadalanan bütün hallar belə nəticəyə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nın təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmir. İnzibati Xətalar Məcəlləsinə əsasən: “ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); “ Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (53.2ci maddə); “ Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.2.1-ci maddə). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar