Məhkəmə qərarları › İş №3(006)-5737/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5737/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5737/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X12 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 539.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X1 əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verilmiş, 2 nömrəli X29 İdarəsi ləğv edilmiş, bu səbəbdən vətəndaşın işə bərpa edilməsi məqsədilə Şəxsnə 3-17-5/2- 50503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icrası məcburi göstəriş verilmiş, lakin icra olunmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X19 protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi Şəxs idarə heyətinin sədri X9 məhkəməyə etiraz ünvanlayaraq qeyd etmişdir ki, 3(006)-5737/2025 saylı inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən onun iştirakı olmadan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində xx.xx.2024-ci il tarixində, MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin həmin pozuntuya görə eyni zamanda rəhbəri olduğu Şəxs xx.xx.2024-ci il tarixində, MN ******* nömrəli İnzibati xəta haqqında qərardad tərtib olunmaqla cərimə olunması qərara alınmışdır. Barəsində və “X14 Xidməti" X27 haqqında İnzibati xəta haqqında tərtib olunmuş protokollarla rəhbəri olduğu qurumun kargüzarlığı tərəfindən xx.xx.2025-ci il tarixdə almışdır. Adı çəkilən protokolların müzakirəsində iştirakı olmamışdır, təmin edilməmişdir. Ona bu barədə heç bir məlumat verilməmişdir, iştirakı olmadan İnzibati xəta haqqında MN 2340011, MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokolların müzakirəsi keçirilməklə əsassız, qanunsuz qərar qəbul olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsində nəzərdə tutulmuş bu inzibati xətanı törədən şəxs kimi onun X3 və rəhbəri olduğu “X14 Xidməti" X27 qeyd edilmişdir. Əsas kimi, X1 əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verilmiş, 2 nömrəli Regional Sukanal İdarəsi ləğv edilmiş, bu səbəbdən vətəndaşın işə bərpa edilməsi məsələsi “X14 Xidməti" X20 3-17-5\2- 50503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icrası məcburi göstərişin icra olunmamasıdır” qeyd edilmişdir. Bildirir ki, vətəndaş X1 “X14 Xidməti" X23 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbi pozularaq öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olduğu halda xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b“ (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndinə əsaslanaraq keçmiş “Azərsu" ASC-nin (hüquqi varisi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X27) 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi X10 tərəfindən xitam verildiyini bildirmişdir. Həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsininin apardığı araşdırma zamanı məlum olmuşdur ki, əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 04 02.2025-ci il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi xx.xx.2025-ci il tarixində, 3- 17-5\2-13862/2025 saylı məktubla “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X24 rəhbərliyinə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Sonradan ona çatdırılan, iştirakı olmadan tərtib olunmuş sözügedən protokolda qeyd olunur ki, “X14 Xidməti" X24 məruzəçisi protokol müzakirəsinə dəvət olunsa da, iştirak eməmişdir. Qeyd edilənlərdən də, görünür ki, “X14 Xidməti" X24 İdarə Heyətinin sədri kimi tamamilə ona aidiyyəti olmayan bu işdə onun və rəhbəri olduğu qurum barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında həm protokollar tərtib olunmuş, digər tərəfdən guya o, adıçəkilən protokolun müzakirəsinə dəvət olunsa da, iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi. əmek şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadın arın və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxs min manat məbləğində cərimə edlməyim əsassız və qanunsuzdur, absurddur. Mən “X14 Xidməti" X24 İdarə Heyətinin sədri kimi tabeliyində olmayan idarənin keçmiş “Azərsu" ASC-nin (hüquqi varisi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X27) 2 nömrəli Regional Sukanal İdarəsinin rəhbərliyinə X1 əmək müqaviləsinə xitam əmri verməmiş, göstərilən inzibati xətanı törətməmişdir. Eyni zamanda bildirir ki, tərtib edilmiş protokollar və məcburi göstəriş müvafiq qaydada tərtib olunmamışdır. Belə ki, protokol, qərar onun iştirakı olmadan tərtib olunmuşdur. Protokol tərtib olunarkən və məcburi göstəriş qəbul edilərkən onun iştirakı təmin olunmamışdır, imza etməmişdir. Göstərilənlər təsdiq edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş barəsində və qurum haqqında protokollar qanunsuz və əsassızdır, qərəzlidir ləğv edilməlidir. Tabelikdə olmayan idarənin rəhbərliyi tərəfindən hər-hansı inzibati xəta törədilibsə o, məsuliyyət, cavabdehlik daşımır. Hazırkı işin faktiki hallarından da göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində və İdarə Heyətinin sədri kimi rəhbəri olduğu Şəxs X27 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, hazırki iş üzrə səlahiyyətli orqan (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Bu barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraadatında olan (hakim: xanım Solmaz Mustafayeva) xx.xx.2025-ci il tarixli, № 3(006)- 4213/2025 saylı qərardadı ilə 'X14 Xidməti" X25 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli, MN-2340016 nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəmdə xx.xx.2024-ci il tarixli, MN ******* nömrəli və eyni pozuntuya görə “X14 Xidməti" X25 barəsində tərtib olunmuş xx.xx.2024-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolların ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi Şəxs nümayəndəsi X5 məhkəməyə etiraz təqdim etmiş və etiraza uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxsnə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17- 5/2-50503/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, vətəndaş X1 2 nömrəli Regional Sukanal İdarəsində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Araşdırma zamanı məlum olmuşdur ki, X1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbi pozularaq öhdənizdə orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olduğu halda xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndinə əsaslanaraq 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi X10 tərəfindən xitam verildiyi məlum olmuşdur. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 192.6-cı maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. 2 nömrəli Regional Sukanal İdarəsinin ləğv edilməsi, həmçinin X4 əmək müqaviləsinə xitam verilməsi nəzərə alınaraq X1 yenidən 30 (otuz) gün ərzində işə bərpa edilməsinin nəticəsi barədə X13 Xidmətinə məlumat verməyiniz zəruridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5- ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsinə əsasən (əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödenişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxsn rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-56249/2025 nömrəli bildirişdə qeyd olunmuşdur ki, vətəndaş X1 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətinə Nazirlik yanında X13 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. X13 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 11:00-da 3 saylı Bakı DOST Mərkəzinə (Nərimanov rayonu, Heydər Əliyev prospekt 183B) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunur. Rəhbərliyin və ya səlahiyyətli nümayəndənin iştirakını təmin etməyi və iş üzrə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmçinin 100.2-ci maddəsinə əsasən Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Password: 300066, Məsələnin daha operativ həlli məqsədilə müvafiq sənədlərin mailto:banovsha.rzayeva@sosial.gov.azElektron ünvan elektron poçt ünvanına göndərilməsi mümkündür. (Əlaqələndirici şəxs - Bənövşə Rzayeva) Qeyd: Azərbaycan Respublikası İnzibati Xəta ar Məcəlləsinin 57.3-cü maddəsinə əsasən ünvan sahibi olmadıqda bildiriş ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Bildirişi və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri qəbul etməkdən imtina edən və səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı, yaxud onun işlədiyi yer üzrə müdriyyətin vəzifəli şəxsləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 531-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunur. Əmək müqviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 17-k nömrəli məktubdan əmrdən görünür ki,”2 № li Regional Sukanal İdarəsi/İqtisadiyyat və uçot şöbəsi bölməsində "Mühasib" vəzifəsində işləyən X6 ilə bağlanılmış 5X2SV4B000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70.“b" - işçilərin sayı və ya ştatları ixtisar edildikdə» maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilməsi, işçinin xx.xx.2019 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 17 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin İqtisadiyyat və uçot şöbəsi həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə xx.xx.2025-ci il tarixli sorğu ünvanlanaraq məhkəmənin icraatında olan 3(006)- 5737/2025 saylı inzibati iş üzrə araşdırma zərurəti ilə əlaqədar olaraq 2 nömrəli X29 İdarəsinin varisi (hazırda hansı qurumun tərkibində və tabeliyində fəaliyyət göstərməsi) barədə qısa müddət ərzində məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi Şəxs idarə heyətinin sədri X9 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala baxıldığının, araşdırma zərurəti ilə əlaqədar olaraq 2 nömrəli X29 İdarəsinin varisi (hazırda hansı qurumun tərkibində və tabeliyində fəaliyyət göstərməsi) barədə İcraatınızda olan № 3(006)-5737/2025 saylı inzibati iş üzrə 21 oktyabr 2025-ci il tarixli sorğu müraciət tərəfindən qəbul olunaraq baxılmışdır. Əsas kimi, X1 əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verilmiş, 2 nömrəli Regional Sukanal İdarəsi ləğv edilmiş, bu səbəbdən vətəndaşın işə bərpa edilməsi məsələsi Şəxsnə 3-17-5/2- 50503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icrası məcburi göstərişin icra olunmamasıdır” qeyd edilmişdir. Bildirir ki, vətəndaş X1 Şəxs X23 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbi pozularaq öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olduğu halda xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndinə əsaslanaraq keçmiş "xxxx" ASC-nin (hüquqi varisi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X27) 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi X10 tərəfindən xitam verildiyini bildirmişdir. Tabelikdə olmayan idarənin rəhbərliyi tərəfindən hər-hansı inzibati xəta törədilibsə o və rəhbəri olduğu qurum məsuliyyət, cavabdehlik daşımırlar. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” məlum 2023-cü il 17 noyavr tarixli 2356 nömrəli Fərmanına əsasən: Agentliyin tabeliyində aşağıdakı X27lər yaradılsın: bu Fərmanın 3-cü hissəsi və 5.3-5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X26 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X14 Xidməti; bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti; tabeliyindəki Azərbaycan Meliorasiya və X26 Səhmdar Cəmiyyətinin Meliorasiya X8 çevrilmə formasında yenidən təşkili yolu ilə Su və X11 İnstitutu; tabeliyindəki Azərbaycan Meliorasiya və X26 Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X7 Müdiriyyəti; tabeliyindəki Azərbaycan Meliorasiya və X26 Səhmdar Cəmiyyətinin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu. Göründüyü kimi hüquqi varisliklə bağlı heç bir müddəa sözügedən Fərmanda qeyd olunmamışdır. Keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində, nəzdində fəaliyyət göstərmiş X2 varisliyi müəyyən edilməmişdir. Bu səbəbdən keçmiş "xxxx" ASC tərəfindən X2 fəaliyyətinə xitam verilməklə, işçilərin sayı və ştatları ləğv olunmuşdur. 2025-ci ilin iyul ayında həmçinin, Ucar şəhərində fəaliyyətdə olmuş 2 nömrəli Regional Sukanal İdarəsinin fəaliyyətinə xitam verilməklə, işçilər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70”b” - (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) maddəsinə əsasən əmək müqavilələrinə xitam verilməklə, işdən azad olunmuşlar. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən bu Fərmanın 5.3-5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X26 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X14 Xidməti X25 yaradılmışdır. Həmin Fərmanın 6.3-cü bəndinə əsasən X14 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən X27dir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki X27lərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxsn Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Hazırki işin faktiki hallarından da göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəmdə və İdarə Heyətinin sədri kimi rəhbəri olduğu Şəxs X27 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, hazırki iş üzrə səlahiyyətli orqan (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Bu barədə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraadatında olan (hakim: xanım Solmaz Mustafayeva) xx.xx.2025-ci il tarixli, № 3(006)-4213/2025 saylı qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli, MN-2340016 nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi Şəxs idarə heyətinin sədr müavini İlqar Ağayev tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3(006)-5737/2025 nömrəli sorğuya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X23 araşdırılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanın 6.2-ci bəndinə əsasən X14 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən X27dir. Fərmanın 6.3-cü bəndinə əsasən isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən X27dir. Odur ki, sözügedən Fərmanın icrası ilə bağlı aparılan sturuktur dəyişikliyinə əasən keçmiş "xxxx" ASC-nin tabeliyində olan 2 nömrəli X29 İdarəsi “Regional su Melorasiya Xidməti” X24 tabeliyinə verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, «X14 Xidməti” X25 Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də «X14 Xidməti” X20 həmin maddə ilə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 4.20-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsində 195.1-ci, 195.2-ci, 477-ci maddələrində, 539-cu maddəsinin adında, 539.1, 539.1-1,539.2, və 556.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Qanununun qeyd olunan normasına əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta (hazırkı işə münasibətdə) icrası məcburi olan göstərişin vaxtında və tam yerinə yetirilməməsi anından törədilmiş hesab olunur. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi Şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3(006)-5737/2025 nömrəli sorğuya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X23 araşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanın icrası ilə bağlı aparılan sturuktur dəyişikliyinə əasən keçmiş "xxxx" ASC-nin tabeliyində olan 2 nömrəli X29 İdarəsi “Regional su Melorasiya Xidməti” X24 tabeliyinə verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs «X14 Xidməti” X20 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə icrası məcburi olan göstəriş verilsə də, «X14 Xidməti” X25 tərəfindən həmin göstəriş icra edilməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi Şəxs idarə heyətinin sədri X9 tərəfindən verilmiş etirazda qeyd etdiklərinə tənqidi yanaşıb hesab edir ki, etirazda göstərilən həmin hallar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «X14 Xidməti” X18 inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «X14 Xidməti” X25 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X14 Xidməti” X25 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar