Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-574/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs (hüquqi ünvanı: ünvan 1EN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İş materialında olan sənədlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən keçirilən səyyar yoxlaması zamanı Şəxsnə aid sənədlər yoxlanılmış və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin tələblərinin pozulduğu aşkar edildiyindən, hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 01 noyabr 2021-ci il tarixli protokol tərtib olunaraq, protokol ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında Şəxs MMC-yə aid sənədlər yoxlanılmış və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın legallaşdırılma və terrorçuluğun maliyyələşdirilməsinə” qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun tələbləri pozularaq cəmiyyət tərəfindən daxili nəzarət sistemi tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 01 noyabr 2021-ci il tarixli, № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC adlı nəzarət subyektində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə sentyabr 2018-ci il tarixdən avqust 2021-ci il tarixədək dövr üzrə növbəti səyyar yoxlama aparılmışdır. Yoxlama müvafiq qanunvericilik aktlarına uyğun olaraq aparılmışdır. Yoxlamanın başlanılmasından əvvəl “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli Qərar və digər zəruri sənədlər MMC-in direktoru X3 təqdim edilməsi təmin edilmişdir. “Yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 12.10.2021-ci il tarixli Tələbnamə ilə nəzarət olunan subyekt tərəfindən Qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri 7 iş günü müddətində, yəni 28.10.2021-ci tarixə kimi yoxlayıcılara təqdim olunması tələb edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq tələbnamədə qeyd olunan sənədlərin olmadığını bildirmişdir. Həmin Qanunun 12.1.8-ci maddəsinə əsasən monitorinq iştirakçılarında rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxsin təyin edilməsini nəzərdə tutmuşdur. Həmin Qanununun 5.4-cü maddəsinə görə monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 12-ci maddəsinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Yuxarıda qeyd edilənlər vergi ödəyicisi tərəfindən İXM-in 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edir. P.Bəkalıyev göstərilənlərə əsasən cəmiyyət barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan “Nəzarət olunan subyektin səyyar yoxlamasına dair 01.11.2021-ci il tarixli akta əsasən Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair” tələblərin 9-cu bəndinə əsasən monitorinq subyektinin strukturu daxilində məsul şəxsin müəyyən edilməsi müvafiq qərarla (əmr, sərəncam və s.) rəsmiləşdirilir. Həmin qərarda məsul şəxsin 6-cı bənddə nəzərdə tutulmuş tələblərə uyğunluğunu göstərən məlumatlar qeyd olunmalıdır. Monitorinq subyektinin rəhbərliyi tərəfindən imzalanmış qərarın bir surəti 2 (iki) iş günü müddətində Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmalıdır. İş materiallarında olan sənədlərdə Şəxs MMC tərəfindən struktur daxilində məsul şəxs təyin edilməsi barədə müvafiq qərarın (əmr, sərəncam və s.) bir surəti 2 (iki) iş günü müddətində Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmamışdır. İş materiallarında olan sənədlərə əsasən Şəxs MMC maliyyə manitorinqində iştirak edən digər hüquqi şəxsdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin 25.06.2010-cu il tarixli 002 nömrəli qərarına əsasən “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair” tələblərin 6-ci bəndinə əsasən məsul şəxsin peşə ixtisasına və təcrübəsinə dair tələblərə əsasən ali təhsilə və monitorinq subyektinin əsas fəaliyyəti çərçivəsində azı 2 illik iş stajına malik olması, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli qanunvericiliyi, beynəlxalq standartları və tələbləri bilməsi, monitorinq subyektinin fəaliyyətinin ayrı-ayrı başlıca sahələri haqqında məlumatlı olması, Azərbaycan Respublikasının dövlət dilini mükəmməl bilməsi və törədilmiş cinayətə görə məhkumluğun olmaması gözlənilməlidir. Tələblərin 9-cu bəndinə əsasən monitorinq subyektinin strukturu daxilində məsul şəxsin müəyyən edilməsi müvafiq qərarla (əmr, sərəncam və s.) rəsmiləşdirilir. Həmin qərarda məsul şəxsin 6-cı bənddə nəzərdə tutulmuş tələblərə uyğunluğunu göstərən məlumatlar qeyd olunmalıdır. Monitorinq subyektinin rəhbərliyi tərəfindən imzalanmış qərarın bir surəti 2 (iki) iş günü müddətində Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmalıdır. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 10.02.2019-cu il tarixli 767-İİİQ nömrəli Qanununun 1.0.8-ci maddəsinə əsasən “monitorinqdə iştirak edən digər şəxslər - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər, lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorları, vəkillər, notariuslar, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri, auditor xidmətləri göstərən şəxslərdir”. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən daxili nəzarət sistemi monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən həyata keçirilən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan kompleks daxili nəzarət tədbirləridir. Qanunun 5.1-ci maddəsinə əsasən Monitorinqdə iştirak edən digər şəxslər tərəfindən bu Qanunun 9-11-ci və 12-1-ci maddələrinin tələbləri aşağıdakı qaydada tətbiq olunur: Qanunun 5.1.3-cü maddəsinə əsasən notariuslar, vəkillər, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri, auditor xidmətləri göstərən şəxslər aşağıdakı əməliyyatları həyata keçirdikdə: 5.1.3.1. daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar əməliyyatlar; 5.1.3.2. müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması ilə əlaqədar əməliyyatlar; 5.1.3.3. müştərinin bank və ya qiymətli kağız hesablarının idarə olunması ilə əlaqədar əməliyyatlar; 5.1.3.4. hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin alqısatqısı ilə əlaqədar əməliyyatlar. Qanunun 5.4-cü maddəsinə əsasən Monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 12-ci maddəsinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinq Xidmətinin 25.06.2010-cu il tarixli 002 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 06.07.2010-cu il tarixli 3925 nömrə ilə Dövlət qeydiyyatına alınmış “Hüquqi şəxs olan Monitorinq iştirakçıları və Monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə “Məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair tələblərin”in 2-ci bəndinə əsasən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci və 12-ci maddələrinə uyğun olaraq, hüquqi şəxs olan monitorinq iştirakçısı və monitorinqdə iştirak edən digər şəxs cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidir. Monitorinq İştirakçıları və Monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydalarının 5.3-cü bəndinə əsasən formada bir ulduzla işarələnmiş və onların daxilindəki bir ulduzla işarələnmiş yarımbəndlərin doldurulması məcburidir. Bu Qaydaların 1 nömrəli əlavəsinin 1.11-ci bəndində məsul şəxslər barədə məlumatlar nəzərdə tutulmuşdur ki, qeyd edilən məlumatlar bir ulduzla verilmiş, bu qeyd edilən məlumatın “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən təqdim edilməsini məcburi hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsinə əsasən Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhz İXM-nin 598.1.3-ci maddəsindəki "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. "Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair tələblər” də “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş hüquqi şəxs olan monitorinq iştirakçısı və monitorinqdə iştirak edən digər şəxs tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxsin (bundan sonra məsul şəxs) peşə ixtisasına və təcrübəsinə dair tələbləri müəyyən edir. Göstərilənlərə əsasən məsul şəxsin müəyyən edilməsi barədə müvafiq qərarın (əmr, sərəncam yə s.) bir surətinin 2 iş günü müddətində Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması İXM-nin 598.1.3-ci maddəsindəki inzibati məsuliyyətə səbəb olur. Ona görə də Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırki qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər və verilmiş izahat ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə təqsirli bilinərək, 15000 (on beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-574/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-574/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver