Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5744/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə əsasında nümayəndəsi X6 ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X4 şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “X8 Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri kimi iştirakı olmadan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində xx.xx.2025-ci il tarixində, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında tərtib olunmuş qərarı rəhbəri olduğu qurumun kargüzarlığı tərəfindən xx.xx.2025-ci il tarixində almışdır. Həmin qərarın müzakirəsində iştirakı olmamışdır, iştirakı təmin edilməmişdir. Ona bu barədə heç bir məlumat verilməmişdir, iştirakı olmadan inzibati xəta haqqında MN 0024235, MN ******* saylı, 01,07.2025-ci il tarixli əsassız, qanunsuz qərar qəbul olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsində nəzərdə tutulmuş bu inzibati xətanı törədən şəxs kimi X4 qeyd edilmişdir. Qərarın qəbul olunmasına əsas kimi, “X1 əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verilmiş, 2 nömrəli Regional Sukanal İdarəsi ləğv edilmiş, bu səbəbdən vətəndaşın işə bərpa edilməsi məsələsi “X8 Xidməti” publik hüquqi şəxsinə 3-17-5/2-50503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icrası məcburi göstərişin icra olunmamasıdır” qeyd edilmişdir. X1 “X8 Xidməti” publik hüquqi şəxsdə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbi pozularaq öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olduğu halda xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndinə əsaslanaraq keçmiş "xxxx" ASC-nin (hüquqi varisi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs) 2 nömrəli Regional Sukanal idarəsinin rəisi X5 tərəfindən xitam verildiyini bildirmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsininin apardığı araşdırma zamanı məlum olmuşdur ki, əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Şikayətçi qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi xx.xx.2025-ci il tarixində, 3- 17-5\2-13862/2025 saylı məktubla “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin rəhbərliyinə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Şikayətçi qeyd edir ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxs min manat məbləğində cərimə edilməsi əsassız və qanunsuzdur, absurddur. O, “X8 Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri kimi tabeliyində olmayan idarənin - keçmiş "xxxx" ASC-nin (hüquqi varisi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs) 2 nömrəli Regional Sukanal idarəsinin rəhbərliyinə X1 əmək müqaviləsinə xitam verilməklə əmr verdirməmişdir, göstərilən inzibati xətanı törətməmişdir. Şikayətçi eyni zamanda bildirir ki, tərtib edilmiş protokollar və məcburi göstəriş müvafiq qaydada tərtib olunmamışdır. Belə ki, qərar onun iştirakı olmadan tərtib olunmuşdur. Qərar tərtib olunarkən və məcburi göstəriş qəbul edilərkən onun iştirakı təmin olunmayıb, imza etməmişdir. Göstərilənlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş qərarın qanunsuz və əsassız, qərəzli olmasını təsdiq edir və bu səbəbdən həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə əsasında nümayəndəsi X11 şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi xəbərdar olunmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 01 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verilmiş, 2 nömrəli Regional Sukanal İdarəsi ləğv edilmiş, bu səbəbdən vətəndaşın işə bərpa edilməsi məsələsi ilə bağlı “X8 Xidməti” publik hüquqi şəxsinə 3-17-5/2-50503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icrası məcburi göstəriş göndərilmiş, lakin həmin göstəriş icra olunmamışdır. Bu səbəbdən “X8 Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri X4 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində şərti olaraq tətbiq edilməklə 1000 manat cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X8 Xidməti” publik hüquqi şəxsin 27 oktyabr 2025-ci il tarixli, 3-53-2/2-9072/2025 saylı məktubundan görünür ki, keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyindən fəaliyyət göstərmiş X2 (həmçinin 2 nömrəli X16 İdarəsi) varisliyi müəyyən edilməmişdir. Bu səbəbdən keçmiş "xxxx" ASC tərəfindən X2 fəaliyyətinə xitam verilməklə, işçilərin sayı və ştatları ləğv olunmuşdur. 2025-ci ilin iyul ayında həmçinin, Ucar şəhərində fəaliyyətdə olmuş 2 nömrəli Regional Sukanal İdarəsinin fəaliyyətinə xitam verilməklə, işçilər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 "b" - (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) maddəsinə əsasən keçmiş "xxxx" ASC tərəfindən əmək müqavilələrinə xitam verilməklə, işdən azad olunmuşlar. "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən bu Fərmanın 5.3-5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X8 Xidməti publik hüquqi şəxsi yaradılmışdır. Həmin Fərmanın 6.3-cü bəndinə əsasən X8 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Sözügedən Fərmanın icrası ilə bağlı aparılan struktur dəyişikliyinə əsasən keçmiş "xxxx" ASC-nin tabeliyində olan 2 nömrəli X16 İdarəsi “X10 Xidməti” publik hüquqi şəxsin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə ilk olaraq qeyd edir ki, X1 əmək müqaviləsinə 2 nömrəli Regional Sukanal İdarəsi tərəfindən xitam verilmişdir. Bununla bağlı İ.İsmayılov tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edilmişdir. Müraciət inzibati orqan tərəfindən araşdırılmış və 2 nömrəli Regional Sukanal İdarəsi tərəfindən qanunvericiliyin tələbinin pozularaq əmək müqaviləsinə xitam verilməsi müəyyən edilmişdir. 2 nömrəli Regional Sukanal İdarəsi ləğv edildiyi üçün İ.İsmayılovun işə bərpa edilməsi məsələsi ilə bağlı “X8 Xidməti” publik hüquqi şəxsinə 3-17-5/2-50503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icrası məcburi göstəriş göndərilmiş, lakin həmin göstəriş icra olunmamışdır. Bu səbəbdən “X8 Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri X4 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində şərti olaraq tətbiq edilməklə 1000 manat cərimə cəzası təyin edilmişdir. Şikayətçi öz şikayətində yuxarıda adıçəkilən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin onun tərəfindən qəbul edilmədiyini, özünün “X8 Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri olduğunu və 2 nömrəli Regional Sukanal İdarəsinin onun sədri olduğu hüquqi şəxslə hər hansı bir hüquqi bağlılığının (varisi) olmadığını qeyd etmişdir. "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən bu Fərmanın 5.3-5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X8 Xidməti publik hüquqi şəxsi yaradılmışdır. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən X8 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Beləlikə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X1 işə bərpa edilməsi ilə bağlı öhdəlik düzgün olaraq “X8 Xidməti” publik hüquqi şəxsin üzərinə qoyulmuşdur və bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 3-17-5/2-50503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icrası məcburi göstərişi “X8 Xidməti” publik hüquqi şəxsə göndərilmişdir Lakin göstəriş publik hüquqi şəxsin İdarə Heyətinin sədri X4 tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.5-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır və onun barəsində haqlı olaraq inzibati orqan tərəfindən inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-5744/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5744/2025
31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver