Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5751/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, qərar xx.xx.2025ci il tarixdə təqdim edilmiş, lakin yol polisindən fərqli olaraq qərarda/protokolda hansı gün təqdim edilməsi qeyd olunmamışdır. Buna görə məhkəməyə qərardan ilk müraciəti qəbul edilməmiş və bildirilmişdir ki, müddətlər keçmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin X8 Xidməti tərəfindən cavabdeh "xxxx" MMC barəsində aparılan araşdırma və tərtib edilən protokol şirkətin nümayəndəsinin iştirakı olmadan, prosessual tələblərə riayət etmədən həyata keçirilmişdir. Bu, cavabdehin izahat və müdafiə hüququnun pozulması deməkdir, habelə İnzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun deyildir. Buna dair qanunvericiliyin tələblərini qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasım təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Maddə 89.1 - Bu maddəyə əsasən, inzibati xəta haqqında işə baxılarkən təqsirləndirilən şəxsin iştirakı təmin olunmalıdır. Maddə 91.1 - Təqsirləndirilən şəxsə işə baxılacağı barədə vaxtında və düzgün şəkildə məlumat verilməlidir, əgər şəxsə bu barədə məlumat verilməyibsə və ya o, iştirak edə bilməyibsə, işə onun iştirakı olmadan baxılması qanunsuz sayılır. Maddə 92.1 - Təqsirləndirilən şəxsə özünü müdafiə etmək hüququ verilir. Bu hüquq onun iştirakı olmadan təmin edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60 - Hər kəsin məhkəməyə müraciət etmək və ədalətli mühakimə olunmaq hüququ vardır. Maddə 61 - Hər kəsin müdafiə hüququ vardır. Avropa İnsan Hüquqları Konvensiyası: Maddə 6 ədalətli məhkəmə araşdırması hüququnu təmin edir. Bu maddəyə əsasən, hər kəsin öz işinin ədalətli və açıq şəkildə araşdırılması hüququ vardır. Araşdırma zamanı prosesual qaydalara riayət edilməməsini görmək üçün, diqqəti şikayətçinin ərizəni təqdim etdiyi vaxta baxaraq və izahatla qərarın qəbul edilməsi vaxtı ilə müqayisə edib belə bir nəticəyə gəlmək olar. İzahatla qərarın arasındakı vaxt fərqinə baxanda görsənir ki, izahatda qeyd edilən məsələlər araşdırılmamış, şikayətçi dəvət olunmamış və əlavə faktlara dair suallar verilməmiş, əlavə izahatı alınmamışdır. Yəni əmək müfəttişləri ancaq cəzalandırmaq niyyətində olmaqları hiss olunur. Bununla bərabər şirkətin ünvanına göndərilən bildirişlərin izləmə kodlarına baxıb (SS929325246AZ, SS929373255AZ, SS929373269AZ) azərpoçtun saytında yoxlayanda görsənir ki, bildirişlər şirkətə çatdırılmamış, təqdim edilməmişdir. Sübüt olaraq azərpoçtun saytından skrinlər əlavə edilir. Sonradan onun xəbəri olanda o, materiallar ilə tanış olmaq istəmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq daxili araşdırma aparıb özünü sübüt etmək üçün araşdırma materialların sürətlərini istəmiş, lakin əmək müfəttişi Qarayeva Aytən imtina etmişdir. Bununla yenə görsənir ki, özünü müdafiə etməyə şərait yaradılmamışdır. Hesab edir ki, araşdırmanın nəticəsi kimi təqdim edilən iddia və protokol əsassızdır və X3 şikayətinə dair aşağıda göstərilənləri bildirə bilər: X7 əvvəllər "xxxx" MMC/ASC-də işləmişdir və işdən rəsmi qaydada azad edilmişdir. Onun "xxxx" MMC ilə heç bir əmək münasibəti olmamışdır. Şəxsi əşyaların götürülməsinə dair şərait yaradılmışdır. Şirkət ilə Səmədova N.Ə arasında əməkdaşlıq və tabelik münasibətləri mövcud olmamışdır və bu səbəbdən əmək müqaviləsi bağlanmamışdır. Səmədova N.Ə dəfələrlə işə qəbul üçün müraciət etmiş, lakin əmək müqaviləsi bağlanması üçün əsas olmadığından imtina cavabı verilmişdir. Keçmiş dövrlərdə işdə yol verdiyi nöqsanları və qanunsuz hərəkətlərinə görə (korporativ sirlərin digər şirkətlərlə ötürülməsi, digər şirkətlərlə çalışması, bizə aid icarə sahəsində bizim şirkətin avadanlıqdan istifadə edib digər şirkətlərin işin görülməsi,) onunla əməkdaşlıq məqsədə uyğun deyil və təhlükəli idi. İmtinadan sonra həmin şəxs yenidən müraciət edərək bildirdi ki, 100-150 manata və ümümiyyətlə pulsuz işləməyə hazırdır. Bu hal onu bildirir ki, onun şəxsi maraqları var və şübhələri var ki, tenderə aid məlumatları onların rəqiblərinə ötürmüşdür. Ən azından Qasid MMC/ASC dövrlərdə işlədiyi müddəti və əmək məvacibini təqdim etməklə onun gəlirləri ilə xərclərin fərqinə baxıb görmək olar ki, digər kölgəli işlərlə məşğul olması halları ola bilərdi. Ağır xəstəlikdən əziyyət çəkdiyindən səhhətinə xərcləri çoxdur və ölkədə real yaşayış minimumu nəzərə alınmaqla görmək olar ki, aldığı məvacib ona kifayət edə bilməzdi. Sübüt olaraq çıxarışlar təgdim edilir. Daha sonra o, şirkətdən şikayət edəcəyini deyərək şirkətə təzyiq göstərmiş, əsassız iddialar irəli sürmüşdür və tələb edirdi onu işə götürsünlər. Səmədova N.Ə şikayət etdikdən sonra bildirmişdir ki, şirkət böyük məbləğdə cərimələnəcək və guya Əmək müfəttişliyi ona 5000 beş min manat verəcəkdir. Lakin hesab edir ki, Əmək Müfəttişliyində belə korrupsiya halları ola bilməz, amma gələcəkdə daxili araşdırmanın aparılması üçün əsasdır. Ən azından əmək müfəttişləri araşdırmanı dəqiq aparması, qanunvericiliyin tələblərin pozulması və özünü müdafiə etmək şəraiti yaradılmamasından onda şübhələr yaranmışdır. Səmədova N.Ə-nin təqdim etdiyi sənədlər şirkətə aid deyildir, hüquqi qüvvə daşımır və heç bir rəsmi qeydiyyatda yoxdur. Ümümiyyətlə şirkətdə şirkət vəsiqələri mövcud deyil, nəzərdə tutulmamışdır. Səmədova N.Ə tərəfindən təqdim edilən vəsiqə şirkətə aid deyil, rəsmi qeydləri yoxdur, nömrəsi yoxdur, adi bir hüquqi əsası olmayan kağız parçasıdır. Bu vəsiqənin standartlara uyğun olmaması və heç yerdə qeydə alınmaması, nömrəsi və əmri olmaması onun hüquqi qüvvəsin olmamasının göstəricisidir. Xidməti vəsiqələrə qarşı tələblər müəyyən dövlət qurumlarına və publik müassisələrə aid olduğundan, hesab edir ki, həmin tələblərdə MMC və müxtəlif qurumlara qarşı tətbiq edilə bilər. Ən azından hüquqi dövlətdə yaşayır və məntiqə uyğun vəsiqə olmalıdır. Müxtəlif normativ-hüquq aktlarında qeyd edilən xidməti vəsiqələrə qarşı tələblər bunlardır: Xidməti vəsiqələrin tərtibatında aşağıdakı məlumatlar əks olunmalıdır: Vəsiqənin seriyası və nömrəsi: Hər bir vəsiqəyə unikal seriya və nömrə verilir. Vəsiqənin verildiyi təşkilatın adı: Vəsiqəni verən müəssisə və ya təşkilatın tam adı göstərilir. Vəsiqə sahibinin şəxsiyyəti haqqında məlumatlar: Adı, soyadı, atasının adı, vəzifəsi və digər zəruri məlumatlar daxil edilir. Fotoşəkil: Vəsiqə sahibinin rəngli fotoşəkli yerləşdirilir. Vəsiqənin verilmə və etibarlılıq müddəti: Vəsiqənin hansı tarixdə verildiyi və nə qədər müddətə etibarlı olduğu qeyd olunur. «İmza və möhür: Vəsiqəni təsdiq edən şəxsin imzası və təşkilatın rəsmi möhürü ilə təsdiqlənir. e-qanun.az Səmədova N.Ə. şikayəti qisas əsasındadır və yuxanda qeyd etdiyi halları nəzərə alaraq görmək olur ki, Səmədova N.Ə "xxxx" MMC/ASC-də işlədiyi dövrdə yol verdiyi nöqsanlara görə onlar risk edib onu işə götürməmişlər. Yuxanda göstərilənləri və həmçinin prosessual qaydalara riayət edilməməsini nəzərə alaraq, İnzibati Xətalar Məcəlləsinin 104-cü, 133-cü, 135-ci maddələrini və digər qanunvericiliyin tələblərini, onun yaşını, ağır səhhətini və əmək məvacibinin miqdarını rəhbər tutaraq onun barəsində başlanmış inzibati iş üzrə qəbul edilmiş 12 avqust 2025ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X6 əməliyyatçı vəzifəsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Şikayət tamamilə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş X4 məhkəmə iclasında iştirak etməmişdir. Şikayət vermiş şəxs X4 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə şikayət vermiş X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxsin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati tənbeh vermə haqqında” 12 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, vətəndaş X5 ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əməliyyatçı vəzifəsi üzrə işlərin xidmətlərin görülməsinə cəlb edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 3000 (üç min) məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən X4 tərəfindən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X8 Xidmətinin Bakı Şəhər İdarəsi X4 tərəfindən işçilərin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsinə dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X4 barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 12 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil olmuş məlumat əsasında araşdırılma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Hazırki halda daxil olmuş məlumat əsasında səlahiyyətli vəzifəli şəxs tərəfindən araşdırma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə edilmiş qeydə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X4 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Anar İbadzadə