Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-5767/2025 01.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokolun surəti baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Belə ki, işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolun əsli deyil, surəti məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-2758/2025 saylı və xx.xx.2025-ci il tarixli, 3(006)-4212/2025 saylı qərardadlardan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında material eyni əsaslarla (protokolun əslinin deyil, surətinin təqdim edilməsi əsası ilə) geri qaytarılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi məhkəməyə təqdim etdiyi məktubda göstərmişdir ki, Şəxs QSC barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol və digər iş materialları X1 Sistemi (İRA) vasitəsi ilə, həmçinin protokolun əsli və sənədlər "xxxx" MMC-nin Poçt Xidməti vasitəsi ilə (SS922903069AZ) xx.xx.2025-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə çatdırılmışdır. Qeyd olunan məsələ ilə bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, Şəxs QSC barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol və digər iş materialları xx.xx.2025-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuş, məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(006)-834/2025 saylı qərardadı ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış və xx.xx.2025-ci il tarixli məktubla qeyd olunan qərardad və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixində poçt xidməti vasitəsilə (SS937732618AZ) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə (Bakı şəhəri, Svetlana Məmmədova küçəsi, 107) göndərilmişdir. Poçt göndərişlərinin izlənməsinə dair məlumatdan görünür ki, SS937732618AZ nömrəli göndəriş xx.xx.2025-ci il tarixində alıcıya (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə) çatdırılmışdır. Beləliklə, müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol məhkəmə tərəfindən protokolu tərtib etmiş orqana geri qaytarılmışdır. Azərbaycan Respublikasının İXM-nin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokolun əsli məhkəməyə təqdim olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokolun surətinin və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında material geri qaytarılsın. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-5767/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-5767/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver