Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-578/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 və X1, Şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəxs (hüquqi ünvanı: Ağcabədi rayonu, Avşar kəndi VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2, 253-1.4, 253.5.1 və 541ci maddələri üzrə tərtib olunmuş 27.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2, 253-1.4, 253.5.1 və 541-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Protokola əsasən Şəxs Mənzil Tikinti Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov 36F ünvanında tikinti sahəsindəki 3 ədəd şam ağacının zədələnmiş, 1 ədəd sərv ağacı qanunsuz köçürülmüş, ərazidəki ağaclar mühafizə olunmamış və DEEAnın 17.07.2021-ci il tarixli rəyinin şərtlərinə əməl olunmamışdır. Məhkəmə iclasında iştirak edən X4 və X3 izahatlarında bildirmişlər ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinə daxil olmuş məlumat əsasında Şəxsnə məxsus tikinti ərazisinə baxış keçirilmiş və nəticədə bəzi nöqsanlar aşkar olunmuşdur. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov 36F ünvanında Şəxs MTK tərəfindən aparılan tikinti işləri zamanı 3 ədəd şam ağacının zədələnməsi, 1 ədəd sərv ağacının MİHO-nun rəyi olmadan götürülməsi, ərazidəki digər ağaclarla bağlı mühafizə tədbirlərinin görülməməsi nəticəsində Ekoloji qanunvericiliyin və İXM-nin 253-1.2.2, 253-1.4, 253.5.1 və 541-ci maddələrinin tələbləri pozulmuşdur. Faktla əlaqədar Şəxs MTK barəsində müvafiq protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Sonradan aydınlaşdırılmışdır ki, 1 ədəd sərv ağacı Şəxs MTK tərəfindən köçürülməmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, tərtib olunmuş protokolla qismən razıdırlar. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov 36F ünvanında tikinti işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Agentliyinin 17.07.2021-ci il tarixli rəyində göstərilmişdir ki, tikinti sahəsinin ətrafında tikinti altına düşməyən yaşıllıqlar mövcuddur, tikinti altına 4 ağac düşür, bunlar “ayland” cinsinə məxsus ağaclardır. Ekoloji rəydə tikinti altına düşməsi zəruri olan 4 ədəd “ayland” ağacının mövsümü müddətdə rayon icra hakimiyyəti tərəfindən ETSN-nə müraciət əsasında rəy alınmaqla qərar əsasında götürülməsinin təmin edilməsinin zəruriliyi göstərilmişdir. Tərtib olunmuş protokolda isə 1 ədəd sərv ağacının qanunsuz köçürüldüyü göstərilmişdir. Halbuki ekoloji rəydə bununla bağlı heç nə göstərilməmişdir. Ola bilər nə vaxtsa köçürülmüş olsun, lakin tikinti başladıqdan sonra belə hal olmamışdır. Protokolun şam ağaclarının zədələnməsinə dair hissəsi ilə razıdırlar. Belə ki, tikinti işləri aparılan zaman kran bir neçə dəfə şam ağaclarına dəymiş, həmin ağaclar əyilmişdir. Lakin yaşıllıqlar öz yerindədir. Şəxs MTK tərəfindən yaşıllıqların məhv edilməsi halına yol verilməmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 253.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini qəbul edirlər. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2, 253-1.4 və 541-ci maddələri üzrə barələrində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki Şəxs tərəfindən tikinti aparılan ərazidə şam ağacları zədələnmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Agentliyinin 17.07.2021-ci il tarixli rəyinin 4-cü bəndinin 5-ci abzasından görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılmış layihəni nəzərə alaraq, ərazidə tikinti işlərinin aparılmasına dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sahədə tikinti işlərinin başlanılması üçün “Tikintiyə icazə” sənədi aldıqdan sonra tikinti altına düşməsi zəruri olan 4 ədəd “ayland” ağacının mövsümü müddətdə rayon icra hakimiyyəti tərəfindən ETSN-nə müraciət əsasında rəy alınmaqla qərar əsasında götürülməsinin təmin edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-5.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə - fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam təsdiqini tapır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2 və 253-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən həmin hissələrdə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə - fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, hazırkı işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qismində yoxlama obyektinin məxsus olduğu Şəxs vəzifəli şəxsi cəlb olunmadığından iş üzrə icraata həmin hissədə də xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona inzibati qaydada cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 6000 (altı min) manat inzibati cərimə tənbehi tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2, 253-1.4 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair hissədə iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-578/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-578/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver