Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-579/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1, Qərarı qəbul etmiş orqanın nümayəndəsi X3 iştirakları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edərək göstərmişdir ki, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsində heç bir tikinti işləri aparılmamış, lakin buna baxmayaraq onun xəbəri olmadan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi üzrə qərar qəbul olunaraq o, 600 manat məbləğində cərimə edilmişdir. Qərarın mövcudluğu barədə məlumatı olduqdan sonra bu barədə onu qəbul etmiş quruma müraciət edərək ona məxsus torpaq sahəsində heç bir tikinti işlərinin aparılmadığını bildirmiş və müraciəti əsasında torpaq sahəsinə səlahiyyətli nümayəndələr tərəfindən baxış keçirildikdən sonra bu fakt bir daha öz təsdiqini tapmışdır. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndələri həmin qərarın əsassız olaraq qəbul olunuduğunu etriaf edərək onun ləğv edilməsi üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarı qəbul etmiş orqanın nümayəndəsi X5 izahatında bildirdi ki, X1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsində onun müarciəti əsasında baxış keçirildikdən sonra həmin ərazidə tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir. Bununla bağlı sənədlər məhkəməyə təqdim olunur. Məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. Məhkəmə hesab edir ki, araşdırma aparan qurum tərəfindən inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, barəsində icraat aparılan şəxsin dəlilləri öyrənilməmiş, bununla da zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-579/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-579/2020
24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver