Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-579/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Famko Kuryer və Kargo" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, “Famko Kuryer və Kargo" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Famko Kuryer və Kargo" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Famko Kuryer və Kargo" MMC-də vətəndaş X7 2021-ci ilin aprel ayından 16 dekabr 2021-ci il tarixədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, “Famko Kuryer və Kargo" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi L.Z.İsmayılova inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Z.A.Mövsümov ərizə ilə müraciət edərək 2021-ci ilin aprel ayından 16 dekabr 2021-ci il tarixədək “Famko Kuryer və Kargo" MMC-də işlədiyini, lakin son 2 ay, yəni noyabr və dekabr aylarının əmək haqqını almadığını bildirmişdir. Şikayət üzrə araşdırma aparılarkən müəyyən olunmuşdur ki, Z.A.Mövsümovun “Famko Kuryer və Kargo" MMC-də əmək müqaviləsi olmadan qeyriqanuni işə cəlb edildiyi müəyyən olunmuşdur. “Famko Kuryer və Kargo" MMC-nin əməlində inzibati xətanın əlamətlərinin olması müəyyən edildiyindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq “Famko Kuryer və Kargo" MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Famko Kuryer və Kargo" MMC-nin nümayəndəsi S.Ə.Qasımov tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmayaraq göstərmişdir ki, “Famko Kuryer və Kargo" MMC-nin işə götürməklə bağlı səlahiyyətli şəxsi MMC-nin direktoru X8r. Z.A.Mövsümov isə A.H.Hüseynov ilə hər hansı əmək və ya digər münasibətlərə daxil olmamış, Z.A.Mövsümov MMC-nin səlahiyyəti olmayan işçisi X9 ilə əlaqədə olmaqla müəyyən işləri görmüşdür. Z.A.Mövsümov ilə MMC arasında hər hansı rəsmi və ya faktiki əmək münasibətləri mövcud olmamışdır. Bu səbəbdən, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şahid qismində iştirak edən “Famko Kuryer və Kargo" MMC-nin direktoru X10 izahatında göstərmişdir ki, o, “Famko Kuryer və Kargo" MMC-nin direktoru vəzifəsində işləyir. Z.A.Mövsümovu tanımır, onunla hər hansı əmək münasibətlərində olmamışdır. Protokolu tərtib etmiş inzibati orqan “Famko Kuryer və Kargo" MMC-nin işçisi X9 ilə əlaqə saxlamışdır, lakin, onun bundan xəbəri olmamışdır, protokol məhkəməyə göndərildikdən sonra məlumatı olmuşdur. O, M.T.Kərimov ilə danışaraq məsələni aydınlaşdırmış, sonuncuya şiddətli töhmət verilmişdir. Hal-hazırda MMC-nin 14 işçisi var. Z.A.Mövsümov da izahatında M.T.Kərimovu tanıdığını, onunla müqavilə bağladığını bildirir. Bu səbəbdən, tərtib edilmiş protokol əsassızdır. Bu səbəbdən, inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şahid qismində iştirak edən “Famko Kuryer və Kargo" MMC-nin İnsan Resursları üzrə mütəxəssisi vəzifəsində işləyən X6 izahatında göstərmişdir ki, protokolu tərtib etmiş vəzifəli şəxs X4 qəbulunda olmuşdur. A.Q.Babayeva ona bildirmişdir ki, Z.A.Mövsümov ərizəsində Məhəmməd adlı şəxsin onu işə götürdüyünü bildirmişdir. Z.A.Mövsümov “Famko Kuryer və Kargo" MMC-nin işçisi olmamışdır, Z.A.Mövsümov ilə MMC arasında hər hansı əmək münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən “Famko Kuryer və Kargo" MMC-nin işçisi X9 izahatında göstərmişdir ki, o, “Famko Kuryer və Kargo" MMC-də işləyir, sıravi işçidir, koordinator vəzifəsində işləyir. Əsas vəzifəsi çeşidləyi məktubların göndərişlərini etməkdir. Z.A.Mövsümov ondan müvafiq məktubları götürməklə ünvanlara çatdırırmış və gördüyü işə müvafiq Z.A.Mövsümova pul verirmiş, sonuncu “Famko Kuryer və Kargo" MMC-nin işçisi olmamışdır, MMC ilə hər hansı əmək münasibətlərində olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Famko Kuryer və Kargo" MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 02 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən vətəndaş Z.A.Mövsümovun şikayətinə əsasən “Famko Kuryer və Kargo" MMC-də Z.A.Mövsümovun 2021-ci ilin aprel ayından 16 dekabr 2021-ci il tarixədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 31 yanvar 2022-ci il tarixli, 03/22 nömrəli əmrdən görünür ki, “Famko Kuryer və Kargo" MMC-nin inzibatçı-koordinatoru X5 vəzifə səlahiyyətlərini aşması təsbit edilmişdir. Bununla o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” bəndində (iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafələrini pozmamaq) nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə səlahiyyətləri pozmuş, buna görə də “Famko Kuryer və Kargo" MMC-nin inzibatçıkoordinatoru X1 xəbərdarlıqla şiddətli töhmət inzibati tənbehi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən inzibati xəta haqqında protokol tərtib olunarkən ancaq vətəndaş Z.A.Mövsümovun tərəfindən onlara təqdim olunmuş sənədlər nəzərə alınmış, sonuncunun “Famko Kuryer və Kargo" MMC-də əmək müqaviləsi olmadan işləməsi sübuta yetirilməmiş və inzibati xətanın törədilməsinin müəyyən olunması üçün əlavə araşdırma aparılmamışdır. Bu hal eyni zamanda X11 Xidmətinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahat ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi Z.A.Mövsümovun Famko Kuryer və Kargo" MMC tərəfindən qeyrirəsmi əmək münasibətlərinə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə obyektiv, tam və hərtərəfli araşdırma aparılmamışdır. Lakin, məhkəmə baxışı zamanı obyektiv, tam və hərtərəfli araşdırma aparılmış, nəticədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi L.Z.İsmayılova və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Famko Kuryer və Kargo" MMC-nin nümayəndəsi S.Ə.Qasımovun izahatları, məhkəmə iclasında şahid kimi dindirilmiş M.T.Kərimov, H.V.Haqverdiyev, A.H.Hüseynovun ifadələrinə əsasən müəyyən edilmişdir ki, Z.A.Mövsümov Famko Kuryer və Kargo" MMC tərəfindən əmək münasibətlərinə cəlb edilməmişdir. Üzərinə sübutetmə yükü düşən inzibati xəta haqqında protokol tərtib etmiş orqan isə “Famko Kuryer və Kargo" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs “Famko Kuryer və Kargo" MMC hazırkı inzibati xəta üzrə subyekt hesab edilə bilməz, əməlin obyektiv cəhətini təşkil edən hərəkətlərin edilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının həmin Məcəllənin 48-ci maddəsinə əsasən,inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs “Famko Kuryer və Kargo" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Famko Kuryer və Kargo" MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-579/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-579/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver