Məhkəmə qərarları › İş №3(006)-583/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-583/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-583/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında X9 Xidmətinin protokolu tərtib etmiş: Bakı şəhər İdarəsinin nümayəndəsi X3 Barəsində inzibati xəta Şəxs MTK-nın nümayəndəsi haqqında iş üzrə icraat Vəkil aparılan: iştirakları ilə Şəxs MTK-nın (hüquqi ünvanı: ünvan 1: X7, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş 17 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MTK tərəfindən X11, X12, X4, X13 və X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Protokol baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsə də, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8 bildirdi ki, X11, X12, X4, X13 və X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi izahatlarında qeyd olunur ki, onlar xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Mahal Rezidens”də çalışıblar, onların iş yeri şirkətin Sumqayıtda yerləşən deposu olub, orada qumlama və boya işini görüblər. Onlara əmək haqqı kimi gündəlik hər nəfərə görə 30 manat müəyyən edilmiş, lakin yekun əmək haqqları verilməmiş, əmək müqaviləsi bağlanılmamışdır. Onları işə cəlb edən Qoşqar adlı şəxs olmuşdur. Müraciətlər üzrə aparılmış araşdırma nəticəsində qeyd olunan faktlar öz təsdiqini tapmış və buna görə də Şəxs MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şirkətin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın nümayəndəsi Vəkil izahatında göstərdi ki, tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyillər. Belə ki, X11, X12, X4, X13 və X10 izahatlarında “Mahal Rezidens”də çalışdıqlarını göstəriblər, lakin Şəxs MTK-nın Sumqayıtda yerləşən deposu olmayıb, ümumiyyətlə “Mahal Rezidens”lə Şəxs MTK-nın heç bir əlaqəsi yoxdur. Bu şəxslərlə Şəxs MTK arasında hər hansı əmək münasibətləri yaranmamış, onların MTK ilə heç bir əlaqəsi yoxdur. Tərtib olunmuş inzibati xəta haqqında protokolda bu şəxlərin MTK tərəfindən harada və hansı işlərə cəlb olunması barədə də heç bir qeyd göstərilməyib. X9 hər hansı mötəbər sübuta əsaslanmamış, yalnız şikayətçilərin ərizələrində qeyd olunan xüsusatları əsas götürərək qanunsuz protokol tərtib etmiş, orada adı göstərilən Qoşqar adlı şəxsin kimliyi və onun Şəxs MTK-yə aidiyyətinin olub-olmaması müəyyən edilməmişdir. Göründüyü kimi X2 nəzərdə tutulmuş ətraflı araşdırma aparmadan, Şəxs MTK-nın təqsirliyinə dair təkzibedilməz sübutlar toplamadan şirkətin inzibati xətanın törətməsi qənaətinə gəlmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 17 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna əsasən X11, X12, X4, X13 və X10 Şəxs MTK tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər; • X11, X12, X4, X13 və X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi izahatlarında qeyd olunur ki, onlar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Mahal Rezidens”də çalışıblar, onların iş yeri şirkətin Sumqayıtda yerləşən deposu olub, orada qumlama və boya işini görüblər. Onlara əmək haqqı kimi gündəlik hər nəfərə görə 30 manat müəyyən edilmiş, lakin yekun əmək haqqları verilməmiş, əmək müqaviləsi bağlanılmamışdır. Onları işə cəlb edən Qoşqar adlı şəxs olmuşdur; • Şəxs MTK-nın Bakı şəhər İdarəsinə ünvanladığı 02 noyabr 2022-ci il tarixli, 75 saylı məktubunda qeyd olunur ki, məktuba əlavə edilmiş şikayətdə adları göstərilmiş vətəndaşlarla Şəxs MTK arasında hər hansı əmək münasibətləri mövcud deyil və heç vaxt yaranmamışdir, ümumiyyətlə həmin şəxslərlə bağlı MTK-da heç bir məlumat yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X11, X12, X4, X13 və X5 müraciətləri əsasında aparılmış araşdırma tam və hərtərəfli həyata keçirilməmiş, bu şəxslərin adı çəkdiyi və onları işə cəlb etdiyi Qoşqar adlı şəxs müəyyən olunub izahatı alınmamış, şikayətçilərin işlədiyi Sumqayıtda yerləşən deponun və “Mahal Rezidens” adlı obyektin, habelə Qoşqar adlı şəxsin Şəxs MTK-yə aidiyyətinin olub-olmaması aydınlaşdırılmamışdır. Bununla da hüquqi şəxsin təqsirliyinə dair mötəbər sübutlar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3-cü maddə); • Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); • Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (12.1-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddə); • Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (53.2-ci maddə); • Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.2.1-ci maddə). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X11, X12, X4, X13 və X5 müraciətləri üzrə Şəxs MTK-nın təqsirliyi sübuta yetirilmədiyi üçün şirkət barəsində başlanılmız iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 114-117-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar