Məhkəmə qərarları › İş №3(006)-583/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-583/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-583/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin (hüquqi ünvanı: ünvan 1 **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2025-ci il tarixli qərara və və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2025-ci il tarixli qərar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara əsasən "xxxx" MMC tərəfindən “X4. Və Tic. LTD ŞTİ” ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 01/2023 nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixli, **********7082 nömrəli 1 bəyənnamə üzrə ixrac olunan yüklərin müqabilində müvəkkil bank hesabına köçürülməli olan pul vəsaitinin 15000 ABŞ dolları xx.xx.2023-cü il tarixdə avans şəklində əvvəlcədən, qalan vəsaitdən 57000 ABŞ dolları və 15000 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə, ümumilikdə 87000 ABŞ dolları müvəkkil bank hesabına qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, **********7082 nömrəli gömrük bəyannaməsindən görünür ki, "Bakı Tekstil Fabriki” MMC tərəfindən ümumi invoys dəyəri 91.583,20 ABŞ dolları olan malların Türkiyə Respublikasında fəaliyyət göstərən "X4. Və Tic. LTD ŞTİ” şirkətinə ixracı bəyan edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, protokol əsassız tərtib edilmişdir. Belə ki, onlar dəfələrlə ödənişin olması ilə bağlı qarşı tərəfə bildiriblər. Göstərilənləri nəzərə alaraq hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı qəbul etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı və iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən “X4. Və Tic. LTD ŞTİ” ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 01/2023 nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixli, **********7082 nömrəli 1 bəyənnamə üzrə ixrac olunan yüklərin müqabilində müvəkkil bank hesabına köçürülməli olan pul vəsaitinin 15000 ABŞ dolları xx.xx.2023-cü il tarixdə avans şəklində əvvəlcədən, qalan vəsaitdən 57000 ABŞ dolları və 15000 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə, ümumilikdə 87000 ABŞ dolları müvəkkil bank hesabına qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində köçürülmüş, xx.xx.2023-cü il tarixli, **********7082 nömrəli gömrük bəyannaməsi ilə "Bakı Tekstil Fabriki” MMC tərəfindən ümumi invoys dəyəri 91.583,20 ABŞ dolları olan malların Türkiyə Respublikasında fəaliyyət göstərən "X4. Və Tic. LTD ŞTİ” şirkətinə ixracı bəyan edilmiş, bununla da “Bakı Tekstil Fabriki" MMC tərəfindən “X5. vo Tic. LTD ŞTİ* şirkəti ile bağlanmış 01 fevral 2023-cü il tarixli, 01/2023 nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixli, **********7082 nömrəli gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş “maşınla və ya əllə toxunmuş trikotaj uşaq geyimi və uşaq geyimi üçün ləvazimatlar” növlü yükün deyəri olan xarici valyutada olan 91583,2 (doxsan bir min beş yüz seksən üç dollar, iyirmi sent) ABŞ dolları məbləğində pul vəsaitinin 87000 (seksən yeddi min) ABŞ dollarının ödənilmiş, 4583,2 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil edilmiş bank hesabına köçürülməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs MMC-nin barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyəri 4583,2 ABŞ dolları məbləğinin otuz faizi – 1.374,96 ABŞ dolları məbləğində inzibati cərimə edilməsini və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta dəyəri 4583,2 ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 1.374,96 ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar