Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-585/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan Şəxs barəsində Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində polis əməkdaşının qanuni tələblərini pozub ona qarşı tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 19cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarix, saat 03:13 radələrində Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın inspektorları polis baş serjantı Yaqubov Tural və polis serjantı Ramazanov Hikmət Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində xidmətdə olarkən 2 ədəd nəqliyyat vasitəsinin yüksək sürətlə idarə olunmasını görmüşlər. Dərhal onların arxası ilə hərəkət etmişlər və hər iki sürücüyə saxla əmrini vermişlər və hər iki, yəni **-AZ-*** dövlət qeydiyyat naşanlı nəqliyyat və **-BX-*** dövlət qeydiyyat naşanlı avtmobillər saxladıqdan sonra onlar sürücülərə yaxınlaşıb özlərini təqdim etmişlər. Sürücülərə yaşayış sahəsində qoyulmuş sürət həddini kobud şəkildə aşmaları və manevr etmə qaydaslarını pozduqları bildirilmişdir. Daha sonra hər iki avtomobilin Baş Dövlət Yol Polis İdarəsəsinin mühafizə olunan duracağına təmin olunmasını izah etmişlər, lakin sürücülər polisin qanuni tələbinə tabe olmamışlar. Onlar dərhal növbətçi hissəyə məlumat vermiş və əraziyə ƏÇPA-nın 9731 saylı çağırışı ilə avtopatrul gəlmiş və sürücülər ərazi üzrə Nəsimi RPİ-nin 19-cu PŞ-nə aparılaraq təhvil verilmişlər. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-cü il tarixdə dostlar ilə kafedə oturarkən həyat yoldaşı ona zəng edərək xəstə olan uşağının halının pisləşdiyini demişdir. O, zəngdən dərhal sonra çölə çıxaraq avtmobilini işə salmış və təcili olaraq evinə getmişdir. Yolda YPX əməkdaşı onu və dostunu saxlayaraq sürət həddinin aşdığını və bununla bağlı avtomobillin duracağa yerləşləşdiriləcəyini bildirmişdir. Onlar isə sürət həddinin aşdıqları üçün cərimə yazılmasını xahiş etmişlər. Onlar tərəfindən polisin qanuni tələblərinə tabe olmama halı baş verməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın inspektorları polis baş serjantı X4 zahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarix, saat 03:13 radələrində o və Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın inspektoru polis serjantı X2 Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində xidmətdə olarkən 2 ədəd nəqliyyat vasitəsinin yüksək sürətlə idarə olunmasını görmüşlər. Dərhal onların arxası ilə hərəkət etmişlər və hər iki sürücüyə saxla əmrini vermişlər və hər iki, yəni **-AZ-*** dövlət qeydiyyat naşanlı nəqliyyat və **-BX-*** dövlət qeydiyyat naşanlı avtmobillər saxladıqdan sonra onlar sürücülərə yaxınlaşıb özlərini təqdim etmişlər. Sürücülərə yaşayış sahəsində qoyulmuş sürət həddini kobud şəkildə aşmaları və manevr etmə qaydaslarını pozduqları bildirilmişdir. Daha sonra hər iki avtomobilin Baş Dövlət Yol Polis İdarəsəsinin mühafizə olunan duracağına təmin olunmasını izah etmişlər, lakin sürücülər polisin qanuni tələbinə tabe olmamışlar. Onlar dərhal növbətçi hissəyə məlumat vermiş və əraziyə ƏÇPA-nın 9731 saylı çağırışı ilə avtopatrul gəlmiş və sürücülər ərazi üzrə Nəsimi RPİ-nin 19-cu PŞ-nə aparılaraq təhvil verilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın inspektorları polis baş serjantı Yaqubov Tural və polis serjantı X2 şahid X4 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə saat, 03:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində polis əməkdaşının qanuni tələblərini pozub ona qarşı tabesizlik göstərərərk Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 03:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın inspektorları Şəxs yaşayış sahəsində qoyulmuş sürət həddini kobud şəkildə aşması və manevr etmə qaydalarını pozduğu üçün avtomobilinin Baş Dövlət Yol Polis İdarəsəsinin mühafizə olunan duracağına təmin olunmasını izah etdiklərini, lakin sürücünün polisin qanuni tələbinə tabe olmamasını bildirmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda; 96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; 96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; 96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; 96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə. Göründüyü kimi məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə, yəni polisin qanuni tələbinə tabe olmamasına dair məhkəməyə heç bir dəlil təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-585/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-585/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver