Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-587/2023 23.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Qırğızıstan Respublikası, Moskovskiy R.Aksuu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-4891/2018 saylı icra sənədinə əsasən bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment X3 ödənilməlidir. İcra sənədi üzrə bugünədək heç bir ödəniş edilməmiş, yığılmış aliment 8.162 (səkkiz min bir yüz altmış iki) manat təşkil edir və Şəxs qəsdən icra məmurunun qanuni tələblərini icra etməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru A.T.Hümbətov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(004)-4891/2018 saylı icra sənədinə əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(006)-1742/2013 saylı qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı tarixdən xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Şəxs hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulmuşdur. İcra sənədi üzrə icraata xx.xx.2018-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş və sonuncu icra şöbəsinə çağırılaraq izahatı alınmışdır. Bundan sonra, xx.xx.2018-ci il tarixdə borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilmiş və xx.xx.2018-ci il tarixdə izahatı alınmışdır. Sonuncu izahatında evinin plana düşməsi səbəbindən satılacağını və 924 manat məbləğində yığılmış aliment borcunu tam şəkildə xx.xx.2019-cu il tarixədək ödəyəcəyini bildirmişdir. Lakin sonuncu yenə də icra tələbini yerinə yetirməmiş və onun barəsində icra şöbəsinə məcburi gətirilməsi ilə bağlı məhkəməyə təqdimat verilmiş və borclu xx.xx.2019-cu il tarixdə icra şöbəsinə gətirilərək izahatı alınmış və sonuncu izahatında məhkum olunduqdan sonra iş tapa bilmədiyini və 1.078 manat məbləğində yığılmış aliment borcunu tam şəkildə mart ayının ortasınadək ödəyəcəyini bildirmişdir. Bundan sonra borcluya xəbərdarlıq edilmiş, sonuncunun barəsində cinayət məsuliyyətinə cəlb olunma haqqında qərar qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Daha sonra yenidən icra məmurunun xx.xx.2022-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmiş, sonuncu xx.xx.2023-cü il tarixdə icra şöbəsinə gətirilərək izahatı alınmış və o, izahatında 01 ay ərzində evin satılacağını, səhhətində problem olduğunu, 01 ay vaxt istədiyini və 14.662 manat məbləğində yığılmış aliment borcunu tam şəkildə ödəyəcəyini bildirməsinə baxmayaraq yenə də heç bir ödəniş etməmişdir. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən qəsdən və üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, onun icra sənədindən məlumatı var, borcundan bugünədək ödəniş etməməsinin səbəbi işsiz olmasıdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-4891/2021 saylı icra vərəqəsindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(006)-1742/2013 saylı qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı tarixdən xx.xx.2012-ci il təvəllüdlü M.Şəxsnın saxlanılması üçün Şəxs hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-4891/2018 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs ünvanladığı xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün sonuncuya xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, borclu Şəxs icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin borclu Şəxs ünvanladığı xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixli xəbərdarlıqlardan görünür ki, icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə cinayət məsuliyyəti yarandığı bildirilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2020 və xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardaddan görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(004)-4891/2018 saylı icra sənədinə əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(006)-1742/2013 saylı qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı tarixdən xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Şəxs hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulmuşdur. İcra sənədi üzrə icraata xx.xx.2018-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş və sonuncu icra şöbəsinə çağırılaraq izahatı alınmışdır. Bundan sonra, xx.xx.2018-ci il tarixdə borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilmiş və xx.xx.2018-ci il tarixdə izahatı alınmışdır. Sonuncu izahatında evinin plana düşməsi səbəbindən satılacağını və 924 manat məbləğində yığılmış aliment borcunu tam şəkildə xx.xx.2019-cu il tarixədək ödəyəcəyini bildirmişdir. Lakin sonuncu yenə də icra tələbini yerinə yetirməmiş və onun barəsində icra şöbəsinə məcburi gətirilməsi ilə bağlı məhkəməyə təqdimat verilmiş və borclu xx.xx.2019-cu il tarixdə icra şöbəsinə gətirilərək izahatı alınmış və sonuncu izahatında məhkum olunduqdan sonra iş tapa bilmədiyini və 1.078 manat məbləğində yığılmış aliment borcunu tam şəkildə mart ayının ortasınadək ödəyəcəyini bildirmişdir. Bundan sonra borcluya xəbərdarlıq edilmiş, sonuncunun barəsində cinayət məsuliyyətinə cəlb olunma haqqında qərar qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Daha sonra yenidən icra məmurunun xx.xx.2022-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmiş, sonuncu xx.xx.2023-cü il tarixdə icra şöbəsinə gətirilərək izahatı alınmış və o, izahatında 01 ay ərzində evin satılacağını, səhhətində problem olduğunu, 01 ay vaxt istədiyini və 14.662 manat məbləğində yığılmış aliment borcunu tam şəkildə ödəyəcəyini bildirməsinə baxmayaraq yenə də heç bir ödəniş etməmişdir. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən qəsdən və üzrsüz səbəbdən boyun qaçırır. Hal hazırda borclunun icra sənədi üzrə bugünədək ödənilməmiş 8.162 manat aliment borcu qalmışdır. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 23 yanvar 2023-cü il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 23 yanvar 2023-cü il tarixdən, saat 10:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Nəsimi Rayon İcra Şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-587/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-587/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver