Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-588/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayət vermiş şəxs: X2 Qərarından şikayət verilən şəxs: Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə Bakı Şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 barəsində Bakı Şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət göstərmişdir ki, o, idarə etdiyi “Mazda” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 29 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində sola manevr edərək işıqforun qırmızı işığında dayanandan sonra yaşıl işıqda yolayrıcından keçib H.Əliyev küçəsinin sol zolağı ilə hərəkəti davam etdirmişdir. Elə bu ərəfədə sağ zolaqla hərəkət edən “KİA” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sol zolağa keçmək istədiyindən idarə etdiyi avtomobillə onun avtomobilini sağ tərəfdən vurmuşdur. Hadisə yerinə yol polis əməkdaşı gəlmiş, avtomobilin sənədlərini və onun sürücülük vəsiqəsini götürüb ona Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinə gəlməli olduğunu bildirmişdir. O da həmin yerə gəldikdə ona “İmza at, izahat yazmağa ehtiyac yoxdur”, “İstənilən halda günah səndədir”, “Uzun yazma, yoxsa yerləşməyəcək”, “Uzatma, tez ol, növbədə gözləyənlər var” və s. fikirlər bildirilərək məsələyə ədalətsiz yanaşılmış, heç bir sübut təqdim edilmədən onun təqsirli olduğu bildirilmişdir. O da buna etiraz etmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində əsassız qəbul edilmiş 29 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş və bu məhkəmənin 16 noyabr 2022-ci il tarixli qərarı ilə şikayəti təmin edilərək mübahisələndirilən qərar ləğv edilib iş üzrə icraata xitam verilsə də, verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə rayon məhkəməsinin həmin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında şikayət vermiş X4 şikayətində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, baş vermiş hadisədə onun heç bir gunahı yoxdur. Qanunvericiliyin tələblərinə görə sürücü yerdəyişmə etmək istədikdə eyni istiqamətə gedən avtomobillərə yol verməlidir. Buna isə “KİA” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əməl etməmiş, nəticədə onun idarə etdiyi maşına dəymişdir. Eyni zamanda tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemi ilə də razı deyil. Həmin sxemə baxanda hadisə guya Tbilisi prospektində baş verib. Halbuki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda hadisənin baş vermə yeri Tbilisi prospekti-Həsən Əliyev küçəsi göstərilib. Lakin, onun təqdim etdiyi şəkillərdə hadisənin Ak.H.Əliyev küçəsində baş verməsi açıq görsənir. Göründüyü kimi, ona qarşı qərəzli münasibət göstərilərək əsassız olaraq qanunsuz qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, şikayət əsassızdır. Belə ki, hadisə yerinin sxemindən aydın olur ki, X4 yol hərəkəti qaydalarını pozmuş, manevr etmə qaydalarına riayət etməmiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılmış və nəticədə V.X5 Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan: • Bakı Şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 həmin tarixdə, saat 20:10-da Tbilisi prospekti - Həsən Əliyev küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur; • “Yol-nəqliyyat hadisəsinin sxemi”nə görə “Mazda” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “KİA Pride” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil Tbilisi prospektində toqquşmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddəsi); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X7 şöbəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, tam zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-588/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-588/2023
02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver