Məhkəmə qərarları › İş №3(006)-589/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-589/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-589/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxılmağa hazırlanması zamanı, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuş və həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(006)-3987/2022 saylı qərarı ilə (Hakim E.M.Hüseynov) Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3.000 (üç min) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Daha sonra Şəxs MMC-nin direktoru Məmməd Səidov həmin qərardan apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-2997/2022 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru M.Səidovun apelyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-3987/2022 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-971/2019 saylı icra sənədinə əsasən tələbkar X1 əmək qabiliyyətini itirməzdən əvvəlki orta aylıq əmək haqqının 80%-i xx.xx.2018-ci il tarixdən hesablanmaqla borclu tərəfindən ödənilməlidir. Lakin icra sənədi üzrə tələb bugünədək borclu tərəfindən ödənilməmişdir. Göstərilənlərə əsasən Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 971/2019 saylı, 30 aprel 2019-cu il tarixli icra sənədi üzrə Nəsimi Rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərarın Şəxs MMC-yə göndərilməsi öz əksini tapsa da, təqdim edilmiş materiallarla həmin sənədin Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sənəd iş materiallarından müəyyən edilməmişdir. Beləliklə, inzibati xəta haqqında protokola məhkəmə iclasında baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, icra sənədi üzrə icraata başlamaq haqqında qəbul edilmiş qərarın borcluya çatdırılıb-çatdırılmaması, borclu tərəfindən təqdim edilmiş sənədlərin yoxlanılaraq tələbkarın əmək qabiliyyətli olub-olmamasının yoxlanılmaması, həmçinin borclu tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başladıqdan sonra tələbkarın hesabına müəyyən məbləğdə ödəniş edilməsinə səbəb olan hallar və iş üzrə əhəmiyyətli olan digər hallar araşdırılmamışdır. Bununla da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icra məmuru tərəfindən borcluya icraata başlamaq haqqında qərarın və bildirişin təqdim edilməsinə dair hər hansı sübut iş materiallarına əlavə edilmədiyindən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Nəsimi rayon İcra şöbəsinə qaytarılsın. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar