Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-589/2025 14.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun vəkili X5 iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağcabədi rayonu, Xocavənd kəndi ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2 Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-19/2023 nömrəli icra vərəqəsi ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 31 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 22(121)- 19/2023 nömrəli icra vərəqəsi üzrə borc Şəxs tərəfindən ödənilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 3(006)- 589/2025 nömrəli qərarına əsasən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(103)-890/2025 nömrəli qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 3(006)-589/2025 saylı qərarı ləğv edilmiş və yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-589/2025 nömrəli qərarına əsasən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin həmin qərarından tələbkar X9 apellyasiya qaydasında şikayət verərək, qeyd edilən qərarı ləğv edərək, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati məsuliyyətə cəlb olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-1518/2025 nömrəli qərarına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-589/2025 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. 3(006)-589/2025 nömrəli iş 01 iyul 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X8 bildirmişdir ki, borclu Şəxs Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 2(121)-19/2023 nömrəli icra sənədinin icraatına xitam verilməsi ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir və bununla bağlı müvafiq sənədləri şöbəyə təqdim etmişdir. Buna görə də, tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-19/2023 nömrəli icra sənədi üzrə icraat dayandırılmışdır. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, onun Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-19/2023 nömrəli icra sənədi üzrə tələbkara hər hansı borcu qalmamışdır. Bununla bağlı tələbkar X9 xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə vermiş və həmin ərizədə qeyd etmişdir ki, X4 ona qarşı şikayət və tələbi yoxdur. Hazırda tələbkar ona qarşı qərəzli münasibət göstərir. Buna görə də, o, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-19/2023 nömrəli icra sənədinin icraatına xitam verilməsi ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunanları nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X9 izahatında göstərmişdir ki, borclu qərəzli olaraq icra sənədinin icrasından yayınır. Hazırda da Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-19/2023 nömrəli icra sənədinin icraatına xitam verilməsi barədə iddia ərizəsini sadəcə olaraq işin uzadılması üçün vermişdir. O, borcun tam olaraq ödənilməsini tələb edir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edilmişdir: Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-19/2023 nömrəli icra vərəqəsindən görünür ki, 344978,88 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 345003,78 manat məbləğində pul vəsaiti Şəxs alınaraq X6 ödənilməlidir. Ağcabədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən 14 fevral 2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, Şəxs tələbin könüllü icrası barədə xəbərdar edilmişdir. Ağcabədi rayon Məhkəməsinin 3(017)-202/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbs edilmişdir. Ağcabədi rayon Məhkəməsinin 8(017)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-19/2023 nömrəli icra sənədi üzrə borclu Şəxs ölkədən getmək hüququ, borclu olduğu məbləği tam ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən qəbul edilmiş “icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-19/2023 nömrəli icra sənədi üzrə icraat dayandırılmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib və proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin tələbinə icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Beləliklə də, icra sənədi üzrə icraat dayandırıldığından borclunun inzibati məsuliyyətə cəlb edilməsi bağlı inzibati protokol üzrə araşdırma aparılması hazırki halda qanunauyğun hesab edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən təqdim olunmuş “icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərarı nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 31 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qaytarılsın. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-589/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-589/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver