Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-59/2022 17.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-nin nümayəndəsi Nümayəndə Məhəmmədkərimoviçin iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: ünvan 1ashvili; VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 15.12.2021-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC 63.000,00 Avro məbləğində olan vəsaiti bank hesabından 13.11.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, şirkət tərəfindən protokolda göstərilən 63.000 Avro məbləğində vəsait müvafiq malların avans ödənişi qismində deyil, mallar ölkəyə gömrük bəyannaməsinə əsasən idxal edildikdən sonra təqdim edilmiş hesab fakturaya uyğun ödənilmişdir. "xxxx" ASC tərəfindən Mərkəzi Banka təqdim edilimiş məktubda 63.000 Avro məbləğində vəsaitin köçürülməsi göstərilmişdir. Bu ərizənin ödənişin təyinatı və əlavə məlumat hissəsində qeyd edilən vəsaitin köçürülməsinin hüquqi əsası kimi Şəxs MMC və “X3 İnterkon Logistics” şirkəti arasında bağlanılan 01.05.2017-ci il tarixli, 2017-01 nömrəli və 24.12.2018-ci il tarixli, STP16A018 saylı hesab fakturaya istinad edilmişdir. Sözügedən müqaviləyə əsasən “X3 İnterkon Logistics” şirkəti Şəxs MMC-yə göndərdikdən və alıcı həmin malları qəbul etdikdən sonra alıcıya hesab faktura göndərməli, alıcı isə həmin hesab fakturanı aldıqdan sonra 12 ay ərzində müvafiq ödənişləri həyata keçirməlidir (müqavilənin 6.3-cü bəndi). Təchizatçı müqavilənin şərtlərinə uyğun olaraq mallar alıcıya çatdırıldıqdan sonra alıcıya STP16A018 saylı hesab faktura təqdim etmiş, alıcı isə həmin hesab faktura əsasında 13.11.2019-cu il tarixdə 63.000 Avro məbləğində vəsaiti qismən ödəniş şəklində həyata keçirmişdir. Yuxarıda istinad olunan sənədlərin xronoloji ardıcılığından və müqavilənin şərlərindən aydın olur ki, 63.000 Avro məbləğində vəsait yalnız texniki səhv nəticəsində avans ödənişi kimi qeyd olunmuşdur. Əslində isə həmin vəsait hesab fakturada göstərilən 141.104,96 Avro məbləğində malların dəyərinin bir hissəsinin ödənişidir. Bundan başqa, Şəxs MMC dəyəri 141.104,96 Avro məbləğində olan malları 03.01.2019-cu il tarixli, **********0567 saylı gömrük bəyannaməsi əsasında təhvil almışdır. Bəyannamədə 01.05.2017-ci il tarixli 2017-01 nömrəli müqaviləyə və STP16A018 saylı hesab fakturaya istinad olunmuşdur. Şəxs MMC bu bəyannamə əsasında malları təhvil aldıqdan sonra 13.11.2019-cu il tarixdə “X3 İnterkon Logistics” şirkətinə həmin malların ümumi dəyərinin bir hissəsinin ödənişini 24 dekabr 2018-ci il tarixli hesab faktura əsasında aparmışdır. Bu hesab faktura üzrə Humana AZ MMC-nin ümumi öhdəliyi 141.104.96 Avro məbləği təşkil edir və həmin öhdəlik üzrə Şəxs MMC “X3 İnterkon Logistics” şirkətinə cəmi 63.000 Avro məbləğində vəsait köçürmüşdür. Bəyənnamədən də göründüyü kimi, mallar yuxarıda qeyd edilən müqavilə üzrə təhvil alınmış və yalnız bundan sonra müvafiq hesab fakturaya əsasən malların ümumi dəyərinin bir hissəsi ödənilmişdir. Şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlaməti olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Təxirə salınmış məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən 19.11.2021-ci il tarixdə Mərkəzi Banka göndərilmiş məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda Şəxs MMC-nin 13.11.2019-cu il tarixdə 63.000,00 Avro göndərildiyi qeyd olunmuşdur; Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Gürcüstanda yerləşən “X3 İnterkon Logistics LLC” şirkətinin hesabına 01.05.2017-cı il tarixli, 2017-01 saylı müqavilə üzrə 24.12.2018-ci il tarixli, STP16A018 saylı invoysla bağlı 13.11.2019cu il tarixdə əvvəlcədən ödəniş kimi 63.000,00 Avro məbləğində pul göndərilmişdir; Şəxs MMC ilə “X3 İnterkon Logistics LLC” şirkəti arasında bağlanılmış 01.05.2017cı il tarixli, 2017-01 saylı müqavilənin 6.3-cü bəndinə əsasən alqı-satqı qiyməti Alıcı tərəfindən malların çatdırılması tarixindən 12 ay ərzində Təchizatçının verdiyi hesab-fakturaya uyğun olaraq ödənilir; “X3 İnterkon Logistics LLC” şirkəti tərəfindən Şəxs MMC-yə verilmiş 24.12.2018-ci il tarixli, STP16A018 saylı invoysa görə sifariş verilən malların ümumi dəyəri 141.104,96 Avro təşkil edir; **********0567 saylı gömrük bəyannaməsinə görə Gürcüstanda yerləşən “X3 İnterkon Logistics LLC” şirkəti tərəfindən Şəxs MMC-yə 01.05.2017-ci il tarixli, 2017-01 saylı müqavilə üzrə 24.12.2018-ci il tarixli, STP16A018 saylı invoys əsasında göndərilmiş 141.675,96 Avro dəyərində uşaq qidaları 03.01.2019-cu il tarixdə ölkəyə idxal olunmuşdur (Qrafa 20 “Çatdırma şərtləri”ndə kod “120” göstərilmişdir); Məhkəmənin sorğusuna əsasən Mərkəzi Bank tərəfindən təqdim olunmuş “egömrük bəyannaməsi haqqında” məlumatdan görünür ki, Şəxs MMC-nin **********0567 saylı gömrük bəyannaməsi ilə ölkə ərazisinə idxal etdiyi mallar 01.05.2017-ci il tarixli, 2017-01 saylı müqavilə və ya 24.12.2018-ci il tarixli, STP16A018 saylı invoslar üzrə "xxxx" ASC vasitəsilə həyata keçirilmiş 29.01.2020 və 20.12.2019-cu il tarixli, habelə "xxxx" ASC vasitəsilə aparılmış 24.10.2019, 19.09.2019, 13.09.2019 və 05.09.2019-cu il tarixli ödənişlərlə bağlı bəyan edilmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmədə müəyyən edilir ki, Şəxs MMC ilə Gürcüstanda yerləşən “X3 İnterkon Logistics LLC” şirkəti arasında 01.05.2017-cı il tarixli, 2017-01 saylı müqavilə müqavilə bağlanılmışdır. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən alqı-satqı qiyməti Alıcı tərəfindən malların çatdırılması tarixindən 12 ay ərzində Təchizatçının verdiyi hesabfakturaya uyğun olaraq ödənilir. “X3 İnterkon Logistics LLC” şirkəti tərəfindən Şəxs MMCyə verilmiş 24.12.2018-ci il tarixli, STP16A018 saylı invoysa görə sifariş verilən malların ümumi dəyəri 141.104,96 Avro təşkil edir. **********0567 saylı gömrük bəyannaməsinə görə Gürcüstanda yerləşən “X3 İnterkon Logistics LLC” şirkəti tərəfindən Şəxs MMC-yə 01.05.2017-ci il tarixli, 2017-01 saylı müqavilə üzrə 24.12.2018-ci il tarixli, STP16A018 saylı invoys əsasında göndərilmiş 141.675,96 Avro dəyərində uşaq qidaları 03.01.2019-cu il tarixdə ölkəyə idxal olunmuşdur və həmin sənədin 20-ci qrafasında (Çatdırma şərtləri) kod “120” göstərilmişdir (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 31.10.2014-cü il tarixli, 100/143 saylı sərəncamı ilə təsdiq edilmiş “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası”na əsasən bəyannamənin 20-ci qrafasında “120” kodu malın dəyərinin ödənilməməsini göstərir). Bundan əlavə Mərkəzi Bank tərəfindən təqdim olunmuş “e-gömrük bəyannaməsi haqqında” məlumatdan aydın olur ki, Şəxs MMC-nin **********0567 saylı gömrük bəyannaməsi ilə ölkə ərazisinə idxal etdiyi mallar 01.05.2017-ci il tarixli, 2017-01 saylı müqavilə və ya 24.12.2018-ci il tarixli, STP16A018 saylı invoysla bağlı "xxxx" ASC vasitəsilə həyata keçirilmiş 13.11.2019-cu il tarixli 63.000 Avro məbləğində köçürmə üzrə deyil, həmin bankdan 29.01.2020 və 20.12.2019-cu il tarixlərdə, habelə "xxxx" ASC vasitəsilə 24.10.2019, 19.09.2019, 13.09.2019 və 05.09.2019-cu il tarixlərdə aparılmış ödənişlərlə bağlı bəyan edilmişlər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 63.000,00 Avro valyuta vəsaiti məbləğinin 20 faizi – 12.600 (on iki min altı yüz) Avro məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-59/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-59/2022
17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver