Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-59/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1, protokol tərtib edən orqanın nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 36E ünvanında yerləşən Şəxs MMC-nin rəhbərliyi tərəfindən avtoservisin fəaliyyəti zamanı ətraf mühitin müəssisə (istehsalat) monitorinqi və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı xx.xx.2024-cü il tarixinədək aparılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən bizim cəmiyyət haqqında tərtib edilmiş 06 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsassız və qeyri qanunidir. Belə ki, fəaliyyət göstərdikləri 4 mərtəbəli qeyri-yaşayış binası 05 iyul 2023-cü il tarixindən notarial qaydada icarəyə götülmüşdür. Həmən binanın İ-ci və İV mərtəbələri anbar, İİ mərtəbənin bir hissəsi avtomobil ehtiyat hissələrin satış zalı və həmən mərtəbənin bir hissəsi xidmət zalı (avtoservis) kimi, İİİ mərtəbə isə ofis binası kimi istifadə edilir. Xidmət zalı (avtoservis) heç vaxt istifadə edilməmişdir. Həmən zal 01 dekabr 2023-cü il tarixli 34 saylı sub-icarə müqaviləsinə əsasən NM STOCK MMC-yə (VÖEN:**********) sub-icarəyə verilmişdir. Həmin şirkət bu xidmət zalından 31 oktyabr 2024-cü il tarixinə qədər istifadə etmişdir. 31 oktyabr 2024-cü il tarixli razılaşma protokoluna əsasən həmən sub-icarə müqaviləsinə xitam verilmişdir. O vaxtdan bu qünə qədər avtoservis sahəsi fəailiyyətsizdir. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, bu dövr ərzində şirkətin bu ünvanda avtoservis kimi heç bir fəaliyyəti olmamışdır. Ümumiyyətlə, icarədə olan və sub-icarə müqaviləsinə əsasən NM STOCK MMC (VÖEN:**********) tərəfindən istifadə edilən avtoservis sahəsində fəailiyyət göstərdiyi dövrdə yalnız çilingərlik xidmətləri göstərilmişdir. Bu xidmət göstərilən zaman ətraf mühitə heç bir təsir götərilmir və ətraf mühitə (axıdılan və yerləşdirilən) heç bir zərərli maddə atılmır. Əgər hər hansı bir müəssisənin təsərrüfat fəaliyyəti zamanı ətraf mühitə hər hansı bir təsir göstərilmirsə, onda olmayan təsirin uçotunun və hesabatının aparılmamasmdan danışmaq və inzibati xəta haqqında protokol tərtib etmək absurddur. Həmçinin Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə protokol tərtib edilən protokolla tanış deyil və protokolu imza etməmişdir. Belə bir protokolun mövcudluğu barədə yalnız Xətai rayon Məkhəməsinin hakimi Bəxtiyar Məmmədovun 3(011)-4412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair məktubunu oxuyanda xəbərdar olmuşdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi X4 protokolun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 06 avqust 2024-cü il tarixli, 86599 nömrəli aktda qeyd olunur ki, idarənin müvafiq sərəncamına əsasən Şəxs MMC tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18ci maddəsinin İ hissəsinin (hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludur) tələblərinin, həmçinin həmin Qanunun 24-cü maddəsinin (ətraf mühitin çirkləndirilməsinə, tullantıların yerləşdirilməsinə, habelə təbii resurslardan istifadəyə görə ödənişlər), eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2022-ci tarixli, 308 saylı Qərarı ilə təsdiq edilmiş yeni ödəniş normativləri əsasında ödənişlərin “Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu”na ödənilməsi tələblərinin yerinə yetirilməsi ilə bağlı araşdırma aparılmışdır. Qeyd olunanlarla bağlı Şəxs MMC-nin əsas fəaliyyət istiqaməti maşınların təmiri, yağ dəyişdirilməsi, boyanması, avtomobillərə digər xidmətlərin yetirildiyi və.s müəyyən edilmişdir. Qanunvericiliklə müəyyən olunmuş tələblərin yerinə yetirilməsi ilə bağlı məlumatların 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli, 3-14-2612-1722/2023 nömrəli xəbərdarlıq məktubunun ünvanlanmasına baxmayaraq, məsələyə münasibət bildirilməmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxs MMC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli, Ç-BM/2624-407 nömrəli məktuba əsasən ətraf mühitin mühafizəsi haqqında mövcud qanunvericiliyin tələblərinə əsasən müəssisələr ətraf mühitin monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmalı və müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabatı ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına onlarla razılaşdırılmış müddətlərdə, hər ayın 10-undan gec olmayaraq təqdim etməlidirlər. Odur ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılacaq inzbati araşdırma ilə bağlı xx.xx.2024-cü il tarixdə, saat 10:00-da İdarəyə gəlmək və ya səlahiyyətli nümayəndəni göndərmək xahiş olunmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə məsuliyyət nəzərdə tutur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə tədqiq edilmiş hallar məhkəmədə Şəxs MMC-nin inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən isə məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İş materiallarında olan Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanılmış 01 dekabr 2023-cü il tarixdə subicarə müqaviləsi imzalanmış, xx.xx.2024-cü il tarixdə tərəflərin qarşılıqlı razılığı ilə subicarə müqaviləsinə xitam verilmişdir. İnzibati xəta haqqında protokola əsasən, xətanın törədilyi tarixdə qeyri-yaşayış sahəsi subicarə müqaviləsinə əsasən Şəxs MMC-nin istifadəsində olmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırki iş üzrə sübutetmə predmetinə daxil olan əsas hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Hazırki iş üzrə səlahiyyətli orqanın təqdim etdiyi sübutlar şəxsin təqsirliliyi barədə nəticəyə gəlməyə imkan vermir. Yalnız belə sübutların mövcudluğu vəziyyətində isə şəxs barəsində başlanmış icraata xitam verilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Eyni zamanda iş materiallarına əsasən müəyyən edilir ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Lakin, iş materiallarında olan sənədlərdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-yə bu barədə müvafiq müraciətin olunması göstərilsə də, Məhkəmə iş materiallarına əlavə edilmiş xəbərnaməyə əsasən, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sorğu məktubu xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, lakin həmin sorğu məktubunu qəbul etmiş şəxsin adı, atasının adı və vəzifəsi xəbərnamədə tam olaraq göstərilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən səlahiyyətli orqanın sorğu məktubunu qəbul etməsi öz təsdiqini tapmamışdır. Bununla da hüquqi şəxs Şəxs MMC-nin təqsirliyinə dair mötəbər sübutlar toplanılmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-59/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-59/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver