Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5905/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayət vermiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin TP ******* saylı, 06 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin TP ******* saylı, 06 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə, saat 15:02 radələrində Bakı şəhəri, A.A.Mirqasımov, 41 a ünvanında hərəkətdə olan zaman DYP-nin Yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “Yolayrıcını keçmə qaydalarının pozulması” bildirilməklə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib etmişdir. Yol patrul əməkdaşı ona bildirmişdir ki, o qarşıdan gələn avtomobilə yol verməmişdir. O da öz nəvbəsində “yol vermək” anlayışının nə olduğunu soruşmuş, polis isə ona izah etmək əvəzinə istehzalı sözlər bildirərək protokol tərtib etmişdir. O polisə qarşıdan gələn avtomobil sürətini yavaşıtmadığını və üstəlik ona keçməyi barədə işarə etdiyini bildirsə də xeyri olmamış, daha da aqressiv olmuşdur. Yol patrul xidmətinin əməkdaşı heç bir əsaslı sübut təqdim etmədən barəsində inzibati protokol tərtib etmiş, protokola etirazı olduğu təqdirdə səlahiyyətli orqana şikayət edə biləcəyini bildirmişdir. Dərhal mübahisəli protokolla bağlı DİN-nə şikayət etmiş və istifadəsində olan telefon nömrəsinə DİN tərəfindən sms-lə məlumat göndərilmişdir ki, şikayəti qeydə alınmışdır, müraciətə Baş X5i İdarəsində baxılır, icraçı əməkdaş tərəfindən onunla əlaqə saxlanılacaqdır. Lakin bu günə kimi heç kim şikayəti ilə bağlı onunla əlaqə saxlamamışdır. Artıq tərtib olunmuş protokol xx.xx.2025-ci il tarixdən etibarən qüvvəyə minmişdir. Azərbaycan Respublikası İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsirim sübut olunmalıdır. Çünki Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və 53.1.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, X3 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXMnin 61.1.9-cu maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçülən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur. Azərbaycan Respublikası İXM-nin 129.5-ci maddəsinə əsasən X3 işlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Qeyd olunanları nəzərə alaraq, TP ******* saylı, 06 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq, qarşıdan gələn avtomobilin ona işarə verərək yol verdiyini və həmin avtomobillə aralarında kifayət qədər məsafə olduğunu bildirərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş TP ******* nömrəli, 06 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “X7 X6” markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, A.A.Mirqasımov küçəsində hərəkətdə olarkən yolayrıcını keçmə qaydasını pozmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında videogörünütüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, X2 idarə etdiyi “X7 X6” markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, A.A.Mirqasımov küçəsində hərəkətdə olarkən yolayrıcını keçmə qaydasını pozmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 41-ci bəndinin tələbinə görə yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edəbiləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Həmin Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 77-ci maddəsinin tələbinə görə eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “X7 X6” markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, A.A.Mirqasımov küçəsində hərəkətdə olarkən yolayrıcını keçmə qaydasını pozmuş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş TP ******* saylı, 06 oktyabr 2025-ci il tarixli qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin TP ******* saylı, 06 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-5905/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5905/2025
31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver