Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-595/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 2TCOKVC), Kürdəmir rayonu, Qocalı ərazi dairəsi, Beyi kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 24 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulmasına görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən ictimai qaydanı pozaraq sonunculara qarşı nalayiq ifadələr küçə söyüşləri işlətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi RPİ-nin 20-ci PŞ-nin sahə inspektoru N.Ə.Hüseynli tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli raportlara əsasən həmin tarixdə, saat 08:30 radələrində Bakı şəhəri BPİ-nin DYPİ-nin YPXA-nın YPX inspektorları X2 və X3 post üzrə xidmət aparan zaman “Volkswagen” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol ayrıcı keçmə qaydasını pozduğu üçün onlar həmin şəxsi saxlayıb, ona yaxınlaşaraq qayda pozuntusunu izah edərkən həmin şəxs, yəni xx.xx.1979-cu il təvəllüdlü Şəxs YPX əməkdaşlarının ünvanına nalayiq, polisin nüfuzunu alçaldan ifadələr işlətmiş və onları təhqir etmişdir. YPX əməkdaşları Şəxs sakitləşdirməyə çalışsalarda yenidən onların ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra Şəxs PPX-nin köməkliyi ilə Nəsimi RPİnin 20-ci PB-nə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan başqa, Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspektoru N.Ə.Hüseynli məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:30-da saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus“Volkswagen” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində hərəkətdə olan zaman uşağının ağır xəstəliyi səbəbindən yolda izdiham olduğuna görə 10-20 km sürətlə avtomobili idarə etmiş, həmin zaman YPX əməkdaşı onu saxlayıb, qanun pozuntusuna yol verdiyini bildirərək sənədlərini təqdim etməsini tələb etmişdir. O, sənədləri təqdim etdikdən sonra polis əməkdaşı onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi protokol tərtib etmişdir. O, həmin protokolla razılaşmayaraq törətmiş olduğu qayda pozuntusunun videogörüntülərinin ona təqdim edilməsini tələb etmiş və bu zaman polis əməkdaşları ilə arasında mübahisə yaranmış və nəticədə o, nalayiq ifadələr işlətmişdir. Yalnız həmin ifadələri o, polis əməkdaşlarına deyil, ümumi olaraq “yalan deyənə qarşı” işlətmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 10:30-da Nəsimi RPİ-nin 20-ci PB-nə oradan isə birbaşa məhkəməyə gətirilmişdir. Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin DYPİ-nin YPXAnın YPX inspektorları N.Ə.Səfərov ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 08:30 radələrində Bakı şəhəri BPİ-nin DYPİ-nin YPXA-nın YPX inspektoru S.İ.Əlimanov ilə post üzrə xidmət aparan zaman Volkswagen markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol ayrıcı keçmə qaydasını pozduğu üçün onlar həmin şəxsi saxlayıb, ona yaxınlaşaraq qayda pozuntusunu izah edərkən sürücü Şəxs ictimai qaydanı pozaraq onların ünvanına nalayiq, polisin nüfuzunu alçaldan ifadələr işlətmiş və onları təhqir etmişdir. Onlar Şəxs sakitləşdirməyə çalışsalarda yenidən onların ünvanına dəfələrlə nalayiq ifadələr işlətmişdir. Həmin faktlar isə məhkəməyə təqdim edilmiş DVD diskdə öz əksini tapır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin DYPİ-nin YPXAnın YPX inspektoru S.İ.Əlimanov ondan əvvəl şahid qismində dindirilmiş N.Ə.Səfərovun izahatına oxşar eyni məzmunlu izahat vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, DVD diskdə olan videogörüntüləri nəzərdən keçirib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialarında olan xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulmasına görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən sonunculara qarşı nalayiq ifadələr küçə söyüşləri işlətmiş və bununla da, xırda xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 20-ci PB-nin rəisinə ünvanlanmış xx.xx.2023cü il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 08:30 radələrində Bakı şəhəri BPİ-nin DYPİ-nin YPXA-nın YPX inspektorları N.Ə.Səfərov və S.İ.Əlimanov post üzrə xidmət aparan zaman “Volkswagen” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol ayrıcı keçmə qaydasını pozduğu üçün onlar həmin şəxsi saxlayıb, ona yaxınlaşaraq qayda pozuntusunu izah edərkən həmin şəxs, yəni xx.xx.1979-cu il təvəllüdlü Şəxs YPX əməkdaşlarının ünvanına nalayiq, polisin nüfuzunu alçaldan ifadələr işlətmiş və onları təhqir etmişdir. YPX əməkdaşları Şəxs sakitləşdirməyə çalışsalarda yenidən onların ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra Şəxs PPX-nin köməkliyi ilə Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 20-ci PB-nin rəisinə ünvanlanmış xx.xx.2023cü il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 09:00 radələrində ƏÇPA-nın 9-cu PBnin polis nəfərləri Rza Abbasov, Yılmaz Həsənov, Fuad Hüseynli 3-cü MKR dairəsində YPX-nə kömək məqsədi ilə bir nəfər vətəndaşın 20-ci PB-nə dəvət etmiş, bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan DVD diskindəki videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, 3cü mikrorayon dairəsində “Volkswagen” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol ayrıcı keçmə qaydasını pozduğu üçün YPX əməkdaşları ona yaxınlaşaraq onunla danışır, həmin sürücü barəsində protokol tərtib edilərkən sonuncu polislərə qarşı nalayiq ifadələr işlədir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında verilmiş izahatlar, inzibati xəta haqqında protokol, DVD diskdə olan videogörüntüləri və digər iş materialları ilə Şəxs xırda xuliqanlıq hərəkətləri etməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü qismən təqsirli bilməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları,onun təqsirinin dərəcəsini,habelə onun məsuliyyətini yüngülləşdirən halı və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli izahatlara əsasən inzibati xəta törətmiş şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən saat 10:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən saat 10:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-595/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-595/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver