Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-605/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati təbeh vermə qərardan verdiyi şikayətini baxılmağa hazırlanması zamanı M Ü Ə Y Y Ə N E T D İ M: Şikayətdə göstərilir ki, X2 xx.xx.2021-ci il tarixdə, saat 13:25 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, məhəllə 3147, mənzil 31-nin yaxınlığında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşı tərəfindən saxlanılmış və karantin rejimi ilə bağlı yaşayış yerini tərk etmək üçün müvafiq qaydada icazə almadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokol tərtib olunmuş və barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarından aydın olur ki, şikayət verən şəxsin qeydiyyat yeri Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi, ev 96A olsa da, inzibati xəta Bakı şəhəri Yasamal rayonunun ərazisində törədilmiş, işdə isə vəzifəli şəxsin qərarından verilmiş şikayətə şikayətçinin yaşayış yeri üzrə baxılması barədə vəsatət mövcud deyil. Qeyd olunanlarla əlaqədar hesab edirəm ki, hazırkı şikayətə inzibati xətanın törədildiyi yer üzrə baxılmalı və bununla bağlı şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci və 132.2-ci maddələrinə görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olub-olmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü, 132.1.1-ci və 132.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati təbeh vermə qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-605/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-605/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver