Məhkəmə qərarları › İş №3(006)-606/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-606/2020

10.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-606/2020 10.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Fərruxov Dönməz Orduxan oğlunun iştirakı ilə 16.05.1975-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Cəbrayıl rayonu, Balyand kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 5 ünvanında yaşayan Fərruxov Dönməz Orduxan oğlu barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Fərruxov Dönməz Orduxan oğlu 29.11.2019-cu il tarixdə, saat 15:30 radələrində idarə etdiyi «Mercedes» markalı, **-YY-*** nömrə nişanlı avtomobildə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi il Bül-Bül prospektinin kəsişməsinə yaxın olan ərazidə saxlayarkən anidən avtomobilin ön sol qapısını açarkən Zərərçəkmiş şəxs idarə etdiyi “Haujue Sport” markalı, 99-A-489 dövlət nömrə nişanlı motosiklet ön qapıya çırpılmış, nəticədə Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Fərruxov Dönməz Orduxan oğlu izahatında göstərdi ki, o, 29 noyabr 2019-cu il tarixdə, saat 15:30 radələrində yol vərəqəsi əsasında idarə etdiyi «Mercedes» markalı, **-YY-*** nömrə nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yolun sağ kənarında digər dayanmış vəziyyətdə olan avtomobillərin cərgəsində saxlayıb mühərriki söndürərək avtomobildə sükan arxasında əyləşmişdir. Təxminən 30 dəqiqə avtomobildə sükan arxasında əyləşdikdən sonra siqaret çəkmək məqsədilə avtomobilin ön sol qapısını açaraq yerə düşərkən arxadan hərəkətdə olan sonradan nömrəsini bildiyi “Haujue Sport” markalı, 99-A-489 dövlət nömrə nişanlı motosiklet avtomobilin açıq vəziyyətdə olan ön qapısına çırpılmış və motosiklet üzərindəki sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs motosikletlə birlikdə yerə yıxılmışdır. Hadisə nəticəsində motosiklet sürücüsü qolundan xəsarət aldığı üçün o, zərərçəkmiş şəxsə köməkliyini etmiş və onu müayinə etdirmək məqsədilə təcili tibbi yardım çağıraraq 1 saylı KTM-nə çatdırmışdır. Daha sonra hadisə nəticəsində zərərçəkmiş şəxsin bütün müayinə və müalicə xərclərini, eyni zamanda dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Qeyd olunanları nəzərə alaraq, həmçinin zərərçəkmiş şəxslə barışmasını, Zərərçəkmiş şəxs müalicə xərclərinin ödənilməsini nəzərə alaraq məhkəmədən sürücülük hüququndan məhrumetmə ilə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x2-Təcrübi və Tədris Birliyi tərəfindən verilən 1231 saylı, 06.01.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sol dirsək oynağı nahiyəsinin həmin oynağda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sağ bazunun, sağ əlin, sağ budun, sağ ayağın bayır topuğunun, sağ daban nahiyəsinin qançırları, sağ əlin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən, onun tibbi yardım üçün Baş Sİ-nin x3 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 29.11.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı İlqar Həmidov tərəfindən qəbul edilmiş 06 yanvar 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-546 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Fərruxov Dönməz Orduxan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə inspektoru x1 tərəfindən tərtib edilmiş 02 mart 2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Fərruxov Dönməz Orduxan oğlunun törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Fərruxov Dönməz Orduxan oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Fərruxov Dönməz Orduxan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar