Məhkəmə qərarları › İş №3(006)-606/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-606/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-606/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “RETAİL GROUP AZƏRBAYCAN”MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aparıcı məsləhətçisi X4 tərəfindən tərtib edilmiş 17 yanvar 2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Füzuli küçəsi kəsişməsində, məhəllə 720 (“28 Mall” ticarət mərkəzi) yanındakı “Zara” mağazasında xx.xx.2023-cü il tarixdə ayaqqabı üzərində göstərilmiş qiymətdən baha satılmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi S.M.Bağırov bildirmişdir ki, vətəndaş K.İmanovun müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, “28 Mall”-da fəaliyyət göstərən Zara mağazasından ayaqqabı almışdır. Ayaqqabı piştaxtada 59 manat qeyd olunmasına baxmayaraq, kassada ondan 79 manat vəsait alınmışdır. Vətəndaş K.İmanovun müraciətinin araşdırılması nəticəsində “28 Mall” ticarət mərkəzində yerləşən Şəxs MMC-yə məxsus “ZARA” mağazasında ayaqqabının qiymətinin 59 manat olmasına baxmayaraq, kassada 79 manata hesablanaraq satılması müəyyən olunmuşdur. Həmçinin bildirmişdir ki, çekin üzərindəki kodla məhsulun kodu eynidir. Şəxs MMC əməlini qismən etiraf etmişdir. Göstərilənləri nəzərə alaraq ”RETAİL GROUP AZƏRBAYCAN” MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “RETAİL GROUP AZƏRBAYCAN” MMC-nin nümayəndəsi Y.A.Sadıkova bildirmişdir ki, müştəri K.İmanov ayaqqabı seçmiş və həmin ayaqqabının qiyməti piştaxdada 59 manat göstərilmişdir, lakin kassada 79 manata satılmışdır. Müştəri çekin və etiketin fotoşəklini çəkmişdir. Bəlkə etiket başqa məhsulun etiketidir, lakin çek həmin məhsula aiddir. Müştəri kassaya yaxınlaşaraq narazılığını birdirmiş və sonuncuya izah edilmişdir ki, məhsulu geri qaytara bilər, lakin müştəri həmin məhsulu almışdır. Satıcı onu məcbur etməmişdir. Məhsulun məlumatlarının üst-üstə düşməməsi ilə bağlı bildirmişdir ki, bəlkə müştəri özü bu qiyməti qəsdən göstərmişdir. Mağazaya yeni məhsul gələrkən etiketin üzərinə yerləşdirilir, lakin endirim olan zaman ikinci qiymət cari qiymətin üzərinə yerləşdirilir. Həmçinin bildirmişdir ki, çekin üzərindəki kodla məhsulun kodu eyni olsada, hansı şəraitdə yerləşdirildiyi bilinmir və endirim olanda sistemdə dəyişiklik olunur. Bundan başqa, o, bildirmişdir ki, vətəndaşın şikayətindən sonra artıq alınmış 20 manat sonuncuya qaytarılmışdır. Göstərilənləri nəzərə alaraq ”RETAİL GROUP AZƏRBAYCAN” MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin xx.xx.2023cü il tarixli ********** nömrəli müraciət vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:23-də ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş K.F.İmanov tərəfindən **********, ********** telefon nömrələri ilə müraciət edilərək bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, “28 Mall” ticarət mərkəzində fəaliyyət göstərən “Zara” mağazasından ayaqqabı almış, ayaqqabının piştaxtada 59 manat qeyd olunmasına baxmayaraq kassada ondan 79 manat vəsait alınmasını, eyni zamanda mağazada satılan ayaqqabıların əksəriyyətinin piştaxta qiyməti ilə kassa qiyməti arasında uyğunsuzluq olmasını bildirmişdir. İş materiallarında olan qəbzin və etiketin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 20:38-də “28 Mall”da fəaliyyət göstərən “Zara” mağazasında olan ayaqqabının qiyməti etiketdə 59 manat göstərilməsinə baxmayaraq 79 manata satılmışdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli 72670 nömrəli satış çekinin surətindən görünür ki, “28 Mall” ticarət mərkəzində fəaliyyət göstərən” Zara” mağazasında qoyulmuş ayaqqabı 79 manata satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-ci il tarixli 3-21-1/2- 803/2023 nömrəli istelakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinin pozulması barədə məktubundan görünür ki, Şəxs MMC-dən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ünvan 2 ünvanında yerləşən inzibati binasında xx.xx.2023-cü il tarixdə saat 16:00-17:00-dək inzibati xəta haqqında protokulun tərtibində səlahiyyətli nümayəndənisinin iştikanı təmin etməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qaimədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu Şəxs MMC-nin məsul şəxsi “Ağazadə” adlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-ci il tarixli 3-21-1/2- 610/2023 nömrəli inzibati xəta haqqında protokolun göndərilməsi barədə məktubundan görünür ki, inzibati xəta haqqında protokol Şəxs MMC-ə təqdim edilmişdir. Beləlikə də iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Füzuli küçəsi kəsişməsində, məhəllə 720 (“28 Mall” TM) yanındakı “Zara” mağazasında xx.xx.2023-cü il tarixdə ayaqqanı üzərində göstərilmiş qiymətdən baha satılmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən”inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına”və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə”uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri,”inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun”maliyyə və əmlak vəziyyəti,”xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun”maliyyə və əmlak vəziyyətini,”habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 447.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar