Məhkəmə qərarları › İş №3(006)-61/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-61/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-61/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu 19-cu polis şöbəsinin polis sahə inspektoru tərtib etmiş şəxs: X2 Zərər çəkmiş şəxs: Nümayəndə Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1989-cu il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 86 saylı ünvanda yerləşən “A-Plus” marketdən 01 ədədinin dəyəri 157 manat olan 02 ədəd “Beluqa” markalı spirtli içki oğurlamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin polis sahə inspektoru X3 izahatında göstərdi ki, Nümayəndə şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində Şəxs Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 86 saylı ünvanda yerləşən “A-Plus” marketə müştəri qismində gəlmiş şəxs satıcıların fikrini yayındırmaqla marketdən 01 ədədinin dəyəri 157 manat olan 02 ədəd “Beluqa” markalı spirtli içkini oğurlayaraq əynindəki gödəkcədə gizlətməklə oranı tərk etmişdir. Təxminən 03-05 dəqiqə sonra həmin şəxs marketin yaxınlığında saxlanılmış, ondan həmin içkilər tələb edilən zaman sonuncu içkinin birini yerə salıb sındırmışdır. Nəticədə marketə 157 manat maddi ziyan vurmuşdur. Əməldə cinayət tərkibi olmadığından xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Nümayəndə izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində adı sonradan ona məlum olan Şəxs onun direktoru işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 86 saylı ünvanda yerləşən “A-Plus” marketə gəlmiş və marketdən 02 ədəd, hər birinin qiyməti 157 manat olan “Beluqa” markalı arağı götürüb əynindəki gödəkcədə gizlədərək pulunu ödəmədən marketi tərk etmişdir. Təxminən 03-05 dəqiqə sonra həmin şəxsi marketin yaxınlığında saxlayıb spirtli içkiləri tələb edən zaman sonuncu şüşənin birini yerə salıb sındırarmış, digərini isə qaytarmışdır. Hadisə ilə bağlı o, “102” xidmətinə şikayət etmişdir. Hazırda onun Şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışıb. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində oğurluq etmək məqsədi ilə “A-Plus” marketə daxil olaraq satıcıların fikrini yayındırmaqla rəflərə düzülmüş iki ədəd “Beluqa” markalı arağı gizli götürüb əynindəki gödəkcədə gizlədərək marketdən çıxmışdır. Marketdən uzaqlaşdıqdan təxminən 05 dəqiqə sonra marketin işçiləri tərəfindən saxlanılmış və ondan oğurladığı spirtli içkiləri qaytarmaq tələb olunduqda o, şüşənin birini yerə salıb sındırmışdır. Zərər çəkmiş şəxs onu bağışlamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar