Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-610/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:15-də idarə etdiyi “Chevrolet Cruze minik” markalı **-EV- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti ilə X.Şuşinski küçəsinin kəsişməsində “Toyota Prius” markalı, **-VX-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində X4, X1, X3 xəsarət almışdır. Bununla da, Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:15 radələrində etibarnamə ilə idarə etdiyim "Chevrolet Cruze" markalı **-EV-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu "Dədə Qorqud" parkı istiqamətindən üzü "Koala Park" istiqamətinə Vaqif prospekti 4 zolaqlı yolun soldan 2-ci zolağı ilə təxminən saatda 15 km surətlə hərəkət edərək 2-ci zolaqdan bir-başa sola M.Qaşqay küçəsinə dönən zaman eyni istiqamət üzrə Vaqif prospekti 4 zolaqlı yolun soldan 1-ci zolağı ilə düzünə hərəkət edən sonradan ona məlum olan "Toyota Prius" markalı **-VX-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün idarə etdiyi avtomobilinin qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sol yan hissəsindən toqquşmuşlar. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bədən xəsarəti alan olmadı və bu səbəbdən hadisə yerinə DYP əməkdaşı gələrək hadisəni sənədləşdirdi. Lakin, "Paşa Sığorta" şirkətində sığortalı olduğu üçün müayinə olunmaq məqsədi ilə çağırış etmiş və idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş X2, X1, X4 və onu X10 xəstəxanasına müayinə olunmaq üçün göndərdilər və onlar həmin xəstəxanaya gəlmiş, müayinə nəticələrinə əsasən həkim bizdə hər-hansı bir xəsarətin olmadığını bildirərək onları evə buraxmışdır. Sonda törətdiyi əmələ görə səmimi peşman olmasını, sürücülük edərək rayondakı ailəsinə baxdığını, bu səbəbdən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 1194 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:15-də DİN-in 102 çağrı mərkzəindən daxil olmuş məlumata əsasən Vaqif prospekti, Koala parkın yanında, YHN-si olmuş, baş vermiş YHN-si ilə əlaqədar olaraq “X10”-in həkimi 2 nəfər şəxsin yüngül xəsarət almasını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:15 radələrində etibarnamə ilə idarə etdiyim "Chevrolet Cruze" markalı **-EV-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu "Dədə Qorqud" parkı istiqamətindən üzü "Koala Park" istiqamətinə Vaqif prospekti 4 zolaqlı yolun soldan 2-ci zolağı ilə təxminən saatda 15 km surətlə hərəkət edərək 2-ci zolaqdan bir-başa sola M.Qaşqay küçəsinə dönən zaman eyni istiqamət üzrə Vaqif prospekti 4 zolaqlı yolun soldan 1-ci zolağı ilə düzünə hərəkət edən sonradan ona məlum olan "Toyota Prius" markalı **-VX-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün idarə etdiyi avtomobilinin qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sol yan hissəsindən toqquşmuşlar. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bədən xəsarəti alan olmadı və bu səbəbdən hadisə yerinə DYP əməkdaşı gələrək hadisəni sənədləşdirdi. Lakin, "Paşa Sığorta" şirkətində sığortalı olduğu üçün müayinə olunmaq məqsədi ilə çağırış etmiş və idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş X2, X1, X4 və onuX10 xəstəxanasına müayinə olunmaq üçün göndərdilər və onlar həmin xəstəxanaya gəlmiş, müayinə nəticələrinə əsasən həkim bizdə hər-hansı bir xəsarətin olmadığını bildirərək onları evə buraxmışdır. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2023-cü il tarixli, 1791 nömrəli rəyindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, “X10” klinikasına müraciət etmiş və ona “döş qəfəsinin əzilməsi” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyanı nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2023-cü il tarixli, 1792 nömrəli rəyindən görünür ki, A.Ə.Heydərova xx.xx.2023-cü il tarixdə, “X10” klinikasına müraciət etmiş və ona “baş-beyin silkələnməsi” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. A.Ə.Heydərovanın bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyanı nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2023-cü il tarixli, 1790 nömrəli rəyindən görünür ki, S.H.Mahmudzadə xx.xx.2023-cü il tarixdə, “X10” klinikasına müraciət etmiş və ona “baş-beyinin yumşaq toxumasının hematoması” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. S.H.Mahmudzadənin bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyanı nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2023-cü il tarixli, 1793 nömrəli rəyindən görünür ki, T.K.Bağırova xx.xx.2023-cü il tarixdə, “X10” klinikasına müraciət etmiş və ona “başın səthi travması” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. T.K.Bağırovanın bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyanı nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb və tərəflərin çıxışlarını dinləyib belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-610/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-610/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver