Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-6121/2025 13.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, "xxxx" ASC 69 saylı X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" ASC 69 saylı X* Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon DYPŞ tərəfindən tərtib olunmuş İXP 73426*7 saylı, *5.08.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Təqdim olunmuş materialları nəzərdən keçirib hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuş, işə baxılarkən tamamlanması mümkün deyildir. İnzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiyilin tələblərinə riayət olunmadığına görə həmin protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, qeyd olunan inzibati xəta haqqında material daha əvvəl də baxılması üçün məhkəməyə təqdim olunmuş, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin VÖEN-i, hüquqi və faktiki ünvanları göstərilmədiyi, hüquqi şəxsin nümayəndəsinin müvafiq sənədləri təqdim etməsi və izahatının alınması üçün dəvət edilməsi barədə məktubun iş materiallarına əlavə olunmadığı, həmçinin onlara çatmasını təsdiq edən poçt göndərişi əlavə edilmədiyi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *8.09.2025-ci il tarixli, 3(006)-5559/2025 saylı qərardadı ilə "xxxx" ASC 69 saylı X* Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair İXP 73426*7 saylı, *5.08.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *8.09.2025ci il tarixli, 3(006)-5559/2025 saylı qərardadında göstərilən nöqsanlar aradan qaldırılmadan İXP 73426*7 saylı, *5.08.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün yenidən məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin *00.4-cü maddəsinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin *00.5.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları göstərilməlidir. Azərbaycan Respublikası İXM-in *06-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (*06.0.*), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (*06.0.3), işin icraatını rədd edən halların mövcud olub-olmadığını (*06.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanılmamasını (*06.0.5) həll etməlidir. Həmin Məcəllənin *09.*.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin *09 və **8-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" ASC 69 saylı X* Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair İXP 73426*7 saylı, *5.08.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-6121/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-6121/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver