Məhkəmə qərarları › İş №3(006)-621/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-621/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-621/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Şikayətçi: X13 vəkili X3 Qərarından şikayət verilən orqan: X11 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin direktoru X17 şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 3.000 manat məbləğində cərimə edilmişdir. Həmin qərara görə "xxxx" MMC tərəfindən X8 2024-cü ilin aprel ayının 09-dan 14-dək olan müddət ərzində vəzifəli şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən traktorçu vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmiş, eyni zamanda son haqq-hesabı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozularaq gecikdirilməklə ödənilmişdir. Bu qərar qanunsuz və əsassız hesab edildiyindən ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, X4 "xxxx" MMC-nin Salyan filialına traktorçu (mexanizator) işinə qəbul edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış elektron portalda mövcud olan texniki səbəbdən müqaviləni həmin gün qeydiyyata salmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 3-17/3-5-42/2023 saylı qərarının 1 saylı əlavəsinə əsasən 2024-cü ilin 10-11 aprel tarixləri Ramazan bayramı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2024-cü il tarixli, 100 nömrəli qərarı ilə 12 aprel iş günü ilə 06 aprel istirahət gününün yerlərinin dəyişdirilməsi ilə bağlı 12 aprel tarixi istirahət günü, 13-14 aprel tarixləri isə şənbə və bazar günlərinə təsadüf etmişdir. Bu səbəbdən tərəflər arasında bağlanmış əmək müqaviləsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin avtomatlaşdırılmış elektron portalına yalnız xx.xx.2024-cü il tarixdə yükləmək mümkün olmuşdur. Buna baxmayaraq X8 ilə xx.xx.2024cü il tarixdə əmək müqaviləsi bağlansa da, o, traktorçu (mexanizator) və digər işlər üzrə işlərin görülməsinə cəlb edilməmiş və bu barədə hər hansı sübut Müfəttişlik tərəfindən tərəflərə təqdim edilməmişdir. "xxxx" MMC Azərbaycan Respublikası Prezidentinin “Pambıqçılığın inkişafına dair” Dövlət Proqramı əsasında yaradılmış kənd təsərrüfatı təyinatlı cəmiyyəti olmaqla məqsədi ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və bu sahənin inkişafının stimullaşdırılmasından ibarətdir. Xam-pambığın əkilib-becərilməsi mövsümü xarakter daşıdığından müxtəlif mərhələləri əhatə edir. X8 ilə bağlanmış müqaviləyə əsasən təsərrüfatlarda aqrotexniki xidmət olan kulvitasiya işlərinin görülməsi üçün traktorçu (mexanizator) olaraq əmək fəaliyyətinə cəlb edilmişdir. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə elektron portala yüklənsə də, traktorçu (mexanizator) kimi hər hansı işləri yerinə yetirməmiş və aprel ayının 09-dan may ayının 10-na kimi olan müddət kulvitasiya işlərinin görülməsi üçün istər nəzəri, istərsə də, təcrübi baxımdan mümkün deyil. May ayının 10-dan sonra kulvitasiya işlərinin görülməsinə başlanılır. Bununla bağlı X10 əmək fəaliyyətinə may ayının 16-da başlamışdır. Buna baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər ərazi İdarəsi "xxxx" MMC barədə tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən hər hansı sübut əldə etmədən Azərbaycan Respublikası Əmək Məcəlləsimdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərə cəlb edilməsinə görə 3.000 manat cərimə edilmişdir. Bunları nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X13 vəkili X9 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi, eyni zamanda bildirdi ki, hüquqi şəxs kimi "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibatı xəta haqqında iş üzrə icraata Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-4822/2024 saylı qərarı ilə xitam verilmiş və bu qərar Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 3(103)-525/2025 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X5 izahatında bildirdi ki, fiziki şəxs X8 2024-cü ilin aprel ayının 09-dan 14-dək olan müddət ərzində vəzifəli şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən traktorçu kimi iş və xidmətlərin yerinə yetirilməsinə cəlb olunduğuna, habelə son haqq-hesab həmin Məcəllənin 172.4-cü maddəsinin tələbi pozularaq gecikdirilməklə ödənildiyinə görə "xxxx" MMC-nin direktoru X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir. Şikayətin rədd olunmasını xahiş etdi. İş materiallarında olan: • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X8 2024-cü ilin aprel ayının 09-dan 14-dək olan müddət ərzində vəzifəli şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən traktorçu kimi iş və xidmətlərin yerinə yetirilməsinə cəlb olunduğuna, habelə son haqq-hesab həmin Məcəllənin 172.4-cü maddəsinin tələbi pozularaq gecikdirilməklə ödənildiyinə görə "xxxx" MMC-nin direktoru X2 Xətalar Məcəlləsinin 192.1ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 3(006)-4822/2024 saylı qərarı ilə inzibati xəta tərkibi olmadığından "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda qeyd olunur ki, P-Aqro” MMC ilə fiziki şəxs X8 arasında 09 aprel 2024-cü il tarixdə əmək müqaviləsi bağlanılmış, sonuncu 16 may 2024-cü il tarixdən etibarən faktiki olaraq işlərin yerinə yetirilməsinə cəlb edilmiş, 22 avqust 2024-cü il tarixdə isə əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilmişdir. "xxxx" MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilməmişdir; • Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 3(103)-525/2025 saylı qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 3(006)-4822/2024 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə tədqiq edilmiş sənədlərə əsasən "xxxx" MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X6 2024-cü ilin aprel ayının 09-dan 14-dək olan müddət ərzində traktorçu işinin yerinə yetirilməsinə cəlb edildiyi üçün "xxxx" MMC barəsində tərtib olunmuş 16 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 3(006)-4822/2024 saylı qərarı ilə əməldə inzibati xəta tərkibi olmadığından MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan verilmiş şikayət də Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 3(103)-525/2025 saylı qərarına əsasən təmin edilməmiş və rayon məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan inzibati xətanın mövcud olmaması barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, qanunvericiliyin tələbləri baxımından da məhkəmənin qanuni qüvvəyə minmiş və ləğv edilməmiş qərarı preyudisial əhəmiyyət daşıdığından, mübahisələndirilən qərar ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə: • Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8-ci maddə); • İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (53.1.2-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər (134.1.3-cü maddə); • Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.5-1-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar