Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6231/2025 03.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X1 Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə şikayətinə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, yaxın qohumu olan şəxsin mülkiyyətində olan **-EQ-*** dövlət nömrə nişanlı avtomaşını sürücülük hüququna verilmiş etibarnamə əsasında idarə etmişdir. xx.xx.2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası DİN-nin DYP (naməlum) əməkdaşı (özünü təqdim etməmişdir) tərəfindən əsassız olaraq saxlanılmışdır. Onu saxlayan polis əməkdaşı nə vəzifə və adını təqdim etmiş, nə də nəzarət protokolu üzrə qanunvericiliyin tələb etdiyi normaları gözləyərək izahat verməmişdir. Saxlama səbəbini soruşmuş və əsassız iddialarla onu İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmaqda ittiham edərək barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Bildirir ki, inzibati xəta haqqında protokolun təqdim edilməsi barədə SMS bildiriş təqdim edilmiş və bildirişdə inzibati xəta haqqında protokolun xx.xx.2025-ci il tarixində tərtib edildiyi və qərarın xx.xx.2025-ci il tarixində qəbul edildiyi qeyd edilmişdir. Bildirir ki, xx.xx.2025-ci il tarixində o sözügedən **-EQ-*** dövlət nömrə nişanlı avtomaşını idarə etməmiş və onun barəsində tərtib edilən protokol və qəbul edilən qərar olduqca yalan və qərəzlidir. Hətta polis əməkdaşı ona bildirmişdir ki, “get hara istəyirsən şikayət et”. Bu cür davranış qanunvericiliyin pozulması ilə yanaşı, vətəndaşla təhqiramiz rəftar, hüququn saya salınmaması və vəzifə səlahiyyətlərindən sui-istifadə halıdır. Qeyd etdiyi kimi bununla da kifayətlənməyən polis əməkdaşı, onun svetoforu sür işarəsi verilərkən sürdüyü halda onu bir gün qabağa xx.xx.2025-ci il tarixinə İXP ******* saylı protokol tərtib edərək İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək 100 manat cərimə etmişdir. Qeyd olunan hüquqi və faktiki hallar bir daha göstərir ki, ona qarşı tərtib edilmiş protokol və cərimə qərarı əsassız, qərəzli və hüquqa ziddir. Bu qərarla onun Konstitusiya ilə qorunan şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə araşdırması hüququ və hüquqlarının qorunması prinsipi kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. X5 13.7-ci maddəsinin İİ bəndinə əsasən hər hansı şəxsə müraciət edərkən polis əməkdaşı adını, soyadını, rütbəsini bildirməli və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin qanunla müəyyən edilmiş qaydada öz hüquq və azadlıqlarını məhkəmə yolu ilə müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə, dövlət orqanları insan hüquq və azadlıqlarını məhdudlaşdıra bilməz və bu azadlıqların təmin olunmasına borcludurlar. Göstərilənlərə əsasən, xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq X2 və barəsində şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə şikayətçinin və barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş portaldan çıxarışa əsasən məlum olur ki, X4 xx.xx.2025-ci il tarixdə avtomaşını idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsinə riayət etməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarına əsasən məlum olur ki, X4 xx.xx.2025-ci il tarixdə avtomaşını idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsinə riayət etməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə gələrək təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-6231/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6231/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver