Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6256/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnın iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:46-da idarə etdiyi “Hyundai Sonata” minik markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, S. Vurğun küçəsi ilə Füzuli küçəsi istiqamətə birinci zolaqda (yolun sağ zolağı) hərəkətdə olarkən küçənin Ş.Əzizbəyli küçəsi ilə kəsişməsindəki işıqforun qırmızı işığında gözləyərkən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 52-ci maddəsinin Vİİİ bəndinin tələblərini pozaraq maşının yük yerinin qapısının bağlı olub-olmamasını yoxlamaq məqsədilə avtomobildən düşmək üçün sol ön qapısını açmış, nəticədə özündən solda hərəkətdə olan “Yamaha FZX” markalı 99-E-751 dövlət qeydiyyat nişanlı motosiklin sürücüsü X2 əli və sağ ayağı avtomobilin qapısına dəymiş və motsosikl sola tərəf aşaraq ikinci zolaqda işıqforun qırmızı işığında gözləyən X4 idarə etdiyi “Toyota Gamry” markalı **-NQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön və sağ arxa qapısına dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində Yamaha FZX” markalı 99-E-751 dövlət qeydiyyat nişanlı motosiklin sürücüsü X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 17:45 radələrində etibarnamə əsasında idarə etdiyi avtomobillə Nəsimi rayonu, S.Vurğun küçəsi ilə Füzuli küçəsi istiqamətinə (Qış parkı) doğru 1-ci zolaqda, yəni sağ zolaqda hərəkətdə olmuşdur. S.Vurğun küçəsinin Ş.Əzizbəyli küçəsi ilə kəsişməsində işıqforun qırmızı işığında dayanmış və yaşıl işığın yanmasını gözləmişdir. Avtomobili idarə etdiyi vaxt arxa tərəfdən səs gəldiyini eşitdiyi üçün yük yerinin (baqaj) qapısının açıq ola biləcəyini ehtimal etmiş və buna görə də dayandığı müddətdə düşüb baxmaq qərarına gəlmişdir. Bu məqsədlə avtomobildən düşmək üçün sol ön qapını açdığı anda, avtomobilin sol tərəfində, digər zolaqda dayanmış “Toyota Camry” markalı avtomobillə onun idarə etdiyi avtomobilin arasından keçmək istəyən “Yamaha FZX” markalı, 99-E-751 dövlət qeydiyyat nişanlı motosikl açıq qapı ilə toqquşmuş, nəticədə motosikl sol tərəfdəki “Toyota Camry” markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə aşmışdır. Hadisə nəticəsində onun idarə etdiyi avtomobilin sol ön qapısı, “Toyota Camry” markalı avtomobilin sağ ön və arxa qapıları, həmçinin motosiklin özü zədələnmişdir. Motosiklin sürücüsünün ayağı maşınla motosiklin arasında qalmış, eləcə də əl barmaqları səthi sıyrılmışdır. Hadisə baş verən zaman o və avtomobilində olan sərnişin hər hansı xəsarət almamışlar. Həmçinin, özü də heç bir xəsarət almamış, yalnız avtomobilin sol ön qapısı zədələnmişdir. “Yamaha FZX” markah motosikldə sürücü tək olmuşdur. “Toyota Camry” markalı avtomobildə olan şəxslər də xəsarət almamış, yalnız avtomobilə zərər dəymişdir. Hadisə vaxtı o, ayıq vəziyyətdə olmuşdur. Əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 xx.xx.2025-ci il tarixli 1144 saylı rəyindən görünür ki, E.H.Quliyevin bədən səthində aşkar edilmiş xəsarətlər - sağ əlin İİ və İİİ barmaqlarının İİ barmağın dırnaq lövhəsinin hissəvi sınması ilə müşayiət olunan cərrahi tikişə ehtiyacı olan iri ölçüdə əzilmiş-cırılmış yaraları, sol mil-bilək oynağı nahiyəsinin sıyrığı, sağ diz oynağı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, onun -tibbi yardım üçün X8 PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. E.H.Quliyevin bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yolnaqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə işin hallarını araşdırıb və tərəfin çıxışını dinləyib belə qənaətə gəlir ki, Şəxsnın Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 52-ci maddəsinin 1 bəndinə görə - nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. 52-ci maddənin İİ bəndinə görə yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə, kiçik elektrik nəqliyyat vasitələrinə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Sürücü işıqforun qırmızı işığında dayandığından və bu şəraitdən istifadə edərək avtomobilin yük yerinin qapısını yoxlamaq üçün düşdüyündən onun əməli durmanı qadağan edən yol nişanının tələblərini əhatə etmir. Həmin Qanunun 52-ci maddəsinin Vİİİ bəndində qeyd olunmuşdur ki, nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxsnın Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, o, inzibati məsuliyyətə cəlb edilməli və ona Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-6256/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6256/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver