Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6267/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X11, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X6 iştirakı ilə, Şəxs QSC-nin barəsində (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, ev 102a, X19, 11-ci mərtəbə; VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXMnin) 539.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən vətəndaş X4 müraciəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs QSC-yə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-55339 nömrəli məktub göndərilərək müraciətə dair sənədlərin 7 (yeddi) iş günü müddətinə DƏMX-nə təqdim edilməsi tələb edilmiş, lakin sənədlər təqdim edilməmişdir. Nəticədə Şəxs QSC-nin tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X16 protokolun məzmununa uyğun izahat verərək Şəxs QSC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X9 məhkəməyə ünvanlanan etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin baş əmək müfəttişi vəzifəsində işləyən X7 tərəfindən “X1 müraciəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs QSC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/255339/2025 nömrəli məktub göndərilərək müraciətə dair sənədlərin 7 (yeddi) iş günü müddətinə DƏMX-nə təqdim edilməsi tələb edilməsi, lakin sənədlərin təqdim edilməməsi” əsasına görə Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş MN №2340422 nömrəli “İnzibati xəta haqqında” protokol qanunsuz və əsassız olduğundan aşağldakılara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin protokolun tərtibi barəsində toplanmış materiallardan görünür ki, X8 ilə Şəxs Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə onun Şəxs QSC-yə mühasib köməkçisi vəzifəsinə qəbul edilməsi barədə 4 (dörd) ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış, 09 mart 2022-ci ildə o, mühasib vəzifəsinə keçirilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin ikinci cümləsinin “bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” müddəası rəhbər tutularaq onunla bağlanmış əmək müqaviləsi dəfələrlə əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır. Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Baş direktorunun 03 iyun 2024-cü il tarixli 523/A nömrəli əmri ilə Şəxs Qapalı Səhmdar Cəmiyyətində mühasib vəzifəsində işləyən X8 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) rəhbər tutularaq onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. X1 guya Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə ünvanladığı müraciətləri əsasında onun barəsində tələb olunan sənədlər dəfələrlə həmin quruma və ya onun struktur vahidlərinə təqdim edilmişdir. Belə ki,Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin rəisi vəzifəsinin müvəqqəti icra edən Rüfət Əliyevin 03 iyul 2024-cü il tarixli 3-17-5/2-42569/2024 və 3-17- 5/2-42577/2024 nömrəli məktublarına əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli 126/02/24 nömrəli məktubla tələb olunan sənədlər həmin quruma təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini Orxan Hüseynzadənin 07 avqust 2024-cü il tarixli 3-17-5/2- 52603/2024 nömrəli məktubuna əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli 144/02/24 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyevin 03 iyul 2024-cü il tarixli 3-17-5/2-42569/2024 və 3-17-5/2-42577/2024 nömrəli məktublarına əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli 126/02/24 nömrəli məktubla X8 barəsində tələb olunan sənədlərin həmin quruma təqdim edilməsi barədə rəis müavininə ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini Orxan Hüseynzadənin 29 avqust 2024- cü il tarixli 3- 17-5/2-58433/2024 nömrəli məktubuna əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli 155/02/24 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli 144/02/24 nömrəli məktubla X3 şikayəti ilə bağlı həmin quruma ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini Azər Rəhimovun 18 iyun 2025-ci il tarixli 3-17-5/2-55338/2025 nömrəli məktubuna əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli 113/02/25 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyevin 03 iyul 2024-cü il tarixli 3-17-5/2-42569/2024 və 3-17-5/2-42577/2024 nömrəli məktublarına əsasən xx.xx.2024-cü il tarixli 126/02/24 nömrəli məktubla X8 barəsində tələb olunan sənədlərin həmin quruma təqdim edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 07 avqust 2024-cü il tarixli 3-17-5/2- 52603/2024 nömrəli məktubuna əsasən xx.xx.2024-cü il tarixli 144/02/24 nömrəli məktubla X3 eyni məzmunlu şikayət ərizəsi üzrə həmin quruma ətraflı cavab verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini Azər Rəhimovun 18 iyun 2025-ci il tarixli 3-17-5/2-55338/2025 nömrəli məktubuna əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli 150/02/25 nömrəli məktubla X8 barəsində tələb olunan bütün sənədlər həmin quruma təqdim edilmişdir. Göründüyü kimi,” AZZA” Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin və onun struktur qurumları arasında X8 ilə əlaqədar tələb olunan məlumatların (sənədlərin) həmin qurumlara təqdim edilməsi ilə bağlı yazışmalar 03 iyul 2024-cü il tarixdə başlanmışdır. Əslində, həmin yazışmalar zamanı Şəxs Qapalı Səhmdar Cəmiyyəti həmin qurumlar tərəfindən tələb edilən məlumatların (sənədlərin) təqdim edilib-edilməməsindən, yaxud tam, düzgün və ya vaxtında təqdim edilib- edilməməsindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilə bilinməzdi. Belə ki, 11 aprel 2025-ci il tarixli 178-Vİ1QD nömrəli qanunla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə yeni məzmunda, “əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə” 539.3-cü maddə əlavə edilmişdir. Həmin Qanun 30 may 2025-ci il tarixdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTACın) rəsmi internet saytında dərc edilməklə həmin tarixdən qanuni qüvvəyə minmişdir. Həmin tarixədək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində yuxarıda göstərilən əməllərin törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmamışdır. Belə olduğu halda,” AZZA” Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin və onun struktur qurumları arasında X8 ilə əlaqədar tələb olunan məlumatların (sənədlərin) həmin qurumlara təqdim edilməsi ilə bağlı yazışmalar 03 iyul 2024-cü il tarixdə başlandığından, əgər Şəxs QSC tərəfindən həmin tarixlərdə, yəni 2024-cü ilin iyul ayında X8 ilə əlaqədar tələb olunan məlumatların (sənədlərin) həmin qurumlara təqdim edilməməsi ilə əlaqədar qanun pozuntusuna yol verilsəydi belə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə həmin əmələ görə məsuliyyət nəzərdə tutulmadığından inzibati xəta hadisəsi olmaması əsası ilə Şəxs QSC inzibati məsuliyyət daşımazdı. Burdan belə bir nəticə çıxır ki, ”AZZA” Qapalı Səhmdar Cəmiyyəti X8 ilə əlaqədar tələb olunan məlumatların (sənədlərin) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin və onun struktur qurumlarına təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə ilk dəfə 2024-cü ilin iyul ayında, yəni həmin əməl inzibati xəta hadisəsi kimi qanunda nəzərdə tutulmadığı dövrdə yol vermişdir. Bundan sonra 11 aprel 2025-ci il tarixli 178-VİİQD nömrəli qanunla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə yeni məzmunda, “əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə” 539.3-cü maddə ilə inzibati xətalara görə məsuliyyət müəyyən edildiyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin baş əmək müfəttişi vəzifəsində işləyən X7 tərəfindən həmin niormativ hüquqi aktın geriyə qüvvəsi olmadığı halda, ”AZZA” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2024cü ilin iyul ayında törədilməsi ehtimal edilən qanun pozuntusuna görə guya Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2025-ci il tarixdə qanunsuz və əsassız olaraq MN №2340422 nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Maddə 11. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin qüvvəsi; 11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Bundan əlavə, ”AZZA” Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin və onun struktur qurumları arasında X8 ilə əlaqədar tələb olunan məlumatların (sənədlərin) həmin qurumlara təqdim edilməsi ilə bağlı yazışmalar 03 iyul 2024-cü il tarixdə başlandığından və həmin qurum tərəfindən tərəflərindən törədilməsi söylənilən qanun pozuntusunun törədildiyi vaxtdan qanunla şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müəyyən edilmiş bir illik müddət keçdiyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin baş əmək müfəttişi vəzifəsində işləyən X7 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2025-ci il tarixdə MN №2340422 nömrəli “İnzibati xəta haqqında” protokolu tərtib edilə bilinməzdi. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarında göstərilir: İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasım istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin müddəaları nəzərə alınmadan həmin Məcəllənin 38.3-cü maddəsinin hərfi təfsiri yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən bir il keçəndən sonra da verilə bilməsi hallarını istisna etmir. Belə təfsir həm də faktiki olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin qeyri-müəyyən müddətədək uzadılmasına imkan yaradır. Belə hallarda inzibati məsuliyyətə cəlbetmə müddəti hətta cinayət məsuliyyətinə cəlbetmə müddətindən də artıq ola bilər. Belə ki, bu halda cinayət təqibi üzrə icraatın dayandırılması, ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzanması və ya prosessual hərəkətlərinin təkrarlanması istisna edilmir. Bununla da cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (“M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014cü il 29 aprel və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarlar). Bu hüquqi mövqeyin davamı olaraq qeyd olunmalıdır ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirlməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır. Yuxarıda göstərilənlərə əsasən qeyd etmək lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 38.1ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin bitmə vaxtının müəyyən edilməsi məsələsinin həlli zamanı İnzibati Xətalar Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinin həmin Məcəllənin 38.3-cü maddəsi ilə sistemli əlaqəsindən çıxış etmək lazımdır. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarının 3-cü bəndinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin baş əmək müfəttişi vəzifəsində işləyən X7 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2025-ci il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokol düzgün tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cu maddəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydası təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cu maddəsi: Maddə 100. İnzibati xəta haqqında protokol 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.2. İnzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327- 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. 100.3. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. 100.4. Protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə görə, Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir, 100.4-cü maddəsinə görə, Protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur müddəaları inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin baş əmək müfəttişi vəzifəsində işləyən X7 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2025-ci il tarixdə qanunsuz və əsassız olaraq tərtib edilmiş MN № 234022 nömrəli “İnzibati xəta haqqında” protokolda “Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməməklə, Protokol nömrələnmiş blankda tərtib edildikdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamaqla və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilməməklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmamaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları təmin edilməməklə, onların bu izahatları və mülahizələri protokola əlavə olunmamaqla, protokolun tərtibi zamanı, Şəxs QSC-nin nümayəndəsi iştirak etmədi” qeydini yazmaqla” Azərbaycan Respubluikası İnzibati Xətalar Məcəlləsinin 100.3, 100.4-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin baş əmək müfəttişi vəzifəsində işləyən X7 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2025-ci il tarixdə qanunsuz və əsassız olaraq tərtib edilmiş MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş materiallar 2 (iki) ay 9 (doqquz) gündən sonra məhkəməyə göndərilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə görə, inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Əslində, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin baş əmək müfəttişi vəzifəsində işləyən X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103-cü maddəsinin müddətlə bağlı müddəalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllənin 52.2-ci, 57.4-cü, 83.2-ci, 83.3-cü, 91.0.4-cü, 97-ci, 101-ci, 102.5-ci, 103-cü, 104.4-cü, 104.7-ci, 111.1-ci, 117-ci, 131-ci, 136.2-ci və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539-cü maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin baş əmək müfəttişi vəzifəsində işləyən X7 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokolun və iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, hazırkı inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin tələblərinə əməl edilməmiş, hüquqi şəxs barəsində birbaşa protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəalarına əsasən səlahiyyətli orqanın hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq etmək səlahiyyəti yoxdur, bu səlahiyyət hakimə aiddir. Lakin bu müddəa heç də o demək deyil ki, hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün və protokol tərtib edilməzdən əvvəl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində müəyyən edilmiş tələblərə əməl edilməməlidir. Əksinə hər bir halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin tələblərinə əməl edilməlidir. Şəxsin əməlində inzibati xəta tərkibinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərə tam əməl edilməli, bu barədə qanuni yolla əldə edilmiş sübutlar mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsi: Maddə 76. Sübutlar 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin vəzifəsi iş üzrə ziddiyyətli və şübhəli məqamları şəxsin ziyanına aradan qaldırıb,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamağa yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bıı Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, hüquqi şəxsin protokolda qeyd edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsi üzrə inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmaması ilə əlaqədar aşağıdakılar qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə inzibati məsuliyyətin yaranması, hüquqi şəxsə münasibətdə əməldə inzibati xəta tərkibinin yaranması və məhz həmin maddəyə əsasən hüquqi şəxsin barəsində inzibati tənbeh qərarının qəbul edilməsi üçün mütləq mənada həmin maddə üçün xüsusi müəyyən edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin tələblərinə əməl edilməlidir. Əgər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin tələblərinə əməl edilməmişdirsə, onda hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz və inzibati qaydada tənbeh edilə bilməz. Belə ki,Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinə görə, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3-540.5, 541-544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə görə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə görə, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə görə, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin məzmununa görə şəxs barəsində, o cümlədən hüquqi şəxs barəsində də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 539.3-cü maddəsi ilə inzibati protokol tərtib edən səlahiyyətli orqan (vəzifəli şəxs) əvvəlcə inzibati xətanı törətmiş şəxs barəsində inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarmalı və ona törətdiyi hüquqpozmanı aradan qaldırması üçün vaxt verməli idi. Həmin müddət ərzində barəsində icraat aparılan hüquqi şəxs hüqupozmanı aradan qaldırarsa, inzibati cəriməni ödəməkdən azad edilməli, əks halda qərarda nəzərdə tutulan inzibati cəriməni ödəməli idi. Lakin iş materiallarında inzibati orqan tərəfindən belə bir qərarın qəbul edilməsi və cərimənin şərti olaraq tətbiq edilməsi üçün Şəxs QSC-yə vaxt verilməsi müəyyən olunmur. Həmçinin Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən eyni inzibati xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları müəyyən edilməmiş, bu barədə sübutlar mövcud deyildir. Həmçinin, aşağıdakılara əsasən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində müəyyən edilmiş prosedur qaydalar məhkəmə tərəfindən tətbiq edilə bilməz. Çünki həmin maddənin məzmununa görə inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərarı səlahiyyətli orqan (vəzifəli şəxs) çıxarır. Məhkəmə isə həmin maddədə nəzərdə tutulmuş səlahiyyətli orqan (vəzifəli şəxs) deyildir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsi ilə şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün təkcə müddətin verilməsi kifayət etmir. Çünki həmin Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozmanın aradan qaldırılıb-qaldırılmaması yoxlanılmalıdır ki, inzibati cərimənin ödənilib-ödənilməməsinə qərar verilsin. Bu mənada həmin hüquqpozmanın aradan qaldırılması üçün bu barədə yerində yoxlama aparılmalıdır. Məhkəmənin belə bir səlahiyyəti olmadığı üçün, həmin hüquqpozmanın aradan qaldırılıbqaldırılmamasını müəyyən edə bilməz. Həmin işləri məhz səlahiyyətli orqan (vəzifəli şəxs) yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.4cii maddəsinə görə, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Göründüyii kimi, bu barədə məlumat məhkəməyə yox, məhz həmin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) verməlidir. Həmin səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində nəzərdə tutulmuş prosedur qaydalar, o cümlədən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qəbul etmək, hüquqpozmanı aradan qaldırılması üçün müddət müəyyən etmək, həmin müddət bitdikdən sonra hüquqpozmanın aradan qaldırılıb-qaldırılmamasını yoxlamaq, verilmiş məlumatın düzgünlüyünü 5 iş günü ərzində yoxlamaq, hüquqpozma aradan qaldırılmadıqda cərimənin ödənilməsini təmin etmək üçün tədbirlər görmək səlahiyyəti məhkəmə tərəfindən deyil, məhz səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin maddədəki prosessul hərəkətləri etmək və qərarlar qəbul etmək məhkəmənin səlahiyyətinə aid deyildir. Belə olduğu halda, yalnız və yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində müəyyən edilmiş bu prosedur qaydalara əməl edildikdən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən şərti cərimə edilmiş həmin işçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə olduqda və ya hüquqi şəxsin maraqları üçün törədilmiş olması sübuta yetirilərsə, yalnız bundan sonra hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilə bilərdi. Göstərilənləərə əsasən yuxarıda göstərilən prosedur qaydalara əməl edilmədiyi üçün Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə əməldə inzibati xəta tərkibinin bütün əlamətləri müəyyən edilməmişdir. Yuxarıda göstərilən işin halları və sadalan normalara əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində tərtib edilmiş protokola münasibətdə və protokolda təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan) törədilən və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir, bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarının 2-ci bəndində göstərilir: İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarında göstərilir. Konstitusiya Məhkəməsi Plenumu inzibati xəta haqqında protokolun hüquqi mahiyyətinin və əhəmiyyətinin açıqlanmasını zəruri hesab edir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. Qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokola məhkəmə tərəfindən baxılaraq müvafiq qərarın qəbul edilməsi ilə səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından verilən şikayətə məhkəmə tərəfindən baxılmasının qayda və şərtləri fərqlidir. İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarının 3-cü bəndində göstərilir: müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyul 2004-cü il tarixli, 688-11 QD saylı Azərbaycan Respublikasının Qanununun 111 hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında göstərilir ki, “Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir". Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1, 53.1.1, 53.1.2, 53.1.6-cı maddələrinə görə, inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin baş əmək müfəttişi vəzifəsində işləyən X2 X3 şikayət ərizəsi üzrə aparılan araşdırma zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığı hallarda Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2025-ci il tarixdə qanunsuz və əsassız olaraq MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib etməsi nəzərə alınıb, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlər nəzərə alınmaqla, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC barəsində Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şəxs QSC-nin rəhbərliyinə ünvanlanmış 18 iyun 2025-ci il tarixli, 3-17-5/2-55339/2025 nömrəli məktubundan görünür ki, X1 Şəxs QSC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanlandığı müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətində baxılması ilə əlaqədar X5 aid sənədlərin 7 (yeddi) iş günü ərzində X13 Xidmətinə təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan poçt göndərişlərinin izlənməsinə dair məlumatdan görünür ki, SS967469515AZ nömrəli göndəriş xx.xx.2025-ci il tarixində Şəxs QSC-yə çatdırılmışdır. İş materiallarında olan Şəxs QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyevin 03 iyul 2024-cü il tarixli 3-17-5/2-42569/2024 və 3-17-5/2- 42577/2024 nömrəli məktublarına əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli 126/02/24 nömrəli məktubla tələb olunan sənədlər həmin quruma təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 07 avqust 2024-cü il tarixli 3-17-5/2-52603/2024 nömrəli məktubuna əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli 144/02/24 nömrəli məktubla X3 eyni məzmunlu şikayət ərizəsi ilə bağlı ətraflı cavab verildiyi qeyd edilmişdir. İş materiallarında olan Şəxs QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyevin 03 iyul 2024-cü il tarixli 3-17-5/2-42569/2024 və 3-17-5/2- 42577/2024 nömrəli məktublarına əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli 126/02/24 nömrəli məktubla tələb olunan sənədlər həmin quruma təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 07 avqust 2024-cü il tarixli 3-17-5/2-52603/2024 nömrəli məktubuna əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli 144/02/24 nömrəli məktubla X3 eyni məzmunlu şikayət ərizəsi ilə bağlı ətraflı cavab verildiyi qeyd edilmiş və QSC tərəfindən əmək müqaviləsinin surəti, iş vaxtının uşotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (son on iki ay üzrə), məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürənin əmri), məzuniyyət haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti (son on iki ay) və digər sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə göndərilmişdir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-55339/2025 nömrəli məktubu ilə tələb olunan sənədlər Şəxs QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-in 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-6267/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6267/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver